Xəbərlər / Bölgə
16 fevral 2019
1 633


Tovuzda məktəblilər alkoqoldan zəhərləndi

 

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib. Aztehsil.com "Report"a istinadən xəbər verir ki, rayon sakinləri olan 16 yaşlı iki gənc alkoqollu içkidən zəhərlənib.

Onlardan biri içkinin təsirindən bir müddət şoka düşüb. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, hər iki gənc məktəblidir və eyni sinifdə oxuyurlar. Məktəblilərin zəhərlənmələrinə səbəb isə alkoqollu içkini normadan artıq qəbul etmələri olub.
 
Faktla bağlı araşdırma aparılır.
 
Daha əvvəl Tovuz rayonunda qohumunu gülləyən şəxs saxlanılıb.






Загрузка...
Həmçinin oxuyun: