Xəbərlər, MÜƏLLİM
19 fevral 2019
250

Olimpiadaları bu cür təşkil edilir


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Olimpiadaları bu cür təşkil edilir

 

 
Respublika fənn olimpiadalarının rayon turunun nəticələri artıq məlum olub. 40 % və daha artıq nəticə göstərən şagirdlər növbəti mərhələdə, yəni, Respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıblar. Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 6 min 332 şagird II turda iştirak edəcək.

Olimpiada nəticələrinin təhsil gündəmində müzakirəsi bir çox şagirdlərin müsabiqəyəmarağına səbəb olub. Respublika fənn olimpiadalarının neçə turdan ibarət olması, şagirdlərin nəyə əsasən müəyyənləşməsi isə çoxlarına maraqlıdır.
Öncə qeyd edək ki, fənn olimpiadalarında IX-XI sinif şagirdləri iştirak edə bilər. Bununla bərabər, xüsusi istedad sahibi olan VIII sinif şagirdlərinin iştirakı üçün də şərait yaradılır. Şagirdin xüsusi istedadlı olması isə fənn müəllimi və məktəb psixoloqunun təqdimatı əsasında müəyyənləşdirilir.

Olimpiadalar Azərbaycan dili və Ədəbiyyat, Tarix, Coğrafiya, Riyaziyyat, Fizika, Kimya, Biologiya, İnformatika fənləri üzrə keçirilir. İngilis dili üzrə fənn olimpiadası yoxdur. Keçirilsə belə, yalnız məktəb daxilində olur və respublika, beynəlxalq tur kimi davamı olmur.

Fənn olimpiadaları necə təşkil edilir?

Fənn olimpiadalarının şəffaf, obyektiv keçirilməsi üçün Yerli və Respublika təşkilat komitələri və apelyasiya komissiyaları yaradılır. Yerli təşkilat komitəsinin tərkibi təhsil şöbəsinin işçiləri, qabaqcıl müəllimlər, valideynlərdən ibarətolur. Bu təşkilata 5 nəfər daxildir. Sədri isə rayon təhsil şöbəsinin müdiridir.

Respublika təşkilat komitəsi isə Təhsil Nazirliyinin əməkdaşlarından ibarətdir. Səlahiyyət müddəti 1 il olan bu komitəyə təhsil nazirinin müavini sədrlik edir.

Olimpiadaların yekun nəticələrindən narazı qalan şagirdlərin yazı işlərinəyenidən baxılması üçün hər fənn üzrə 3 mütəxəssisdən ibarət apelyasiya komissiyası yaradılır.

Rayon və respublika mərhələsi suallarının tərtibi, şagirdlərin yazı işlərinin yoxlanılmasını münsiflər heyəti həyata keçirir. Münsiflər heyətinin səlahiyyət müddəti 1 ildir, tərkibində isə üzrə hər fənn üzrə 5 nəfər təmsil olunur.

Fənn olimpiadalarının mərhələləri

Fənn olimpiadaları 2 mərhələdən – rayon və respublika turundan ibarətdir. Respublika mərhələsi də öz növbəsində 2-yarımfinal və finaldan ibarət olmaqla keçirilir.

Rayon mərhələsi

Fənn olimpiadalarının rayon mərhələsi həmişə yanvar ayının 2-ci bazar günü baş tutur. Bu mərhələdə suallar respublika fənn olimpiadalarının münsiflər heyəti tərəfindən siniflər üzrə və məktəb proqramına uyğun qapalı test formatında hazırlanır. Rayon mərhələsində şagirdlərə fənn və sinifdən asılı olaraq 3 saat ərzində cavablamaq üçün 30-50 sual təqdim edilir.

Bu turda iştirakçıların sayına məhdudiyyət qoyulmur.

Respublika mərhələsinin yarımfinal turu

Republika mərhələsinin yarımfinal turu martın 2-ci bazar günü müəyyən edilmiş mərkəzlərdə keçirilir. Bu mərkəzlər müxtəlif bölgələrdəki ümumi təhsil müəssisələri arasından seçilir.

Respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlər rayon mərhələsinin nəticələrinə əsasən müəyyənləşdirilir. Rayon mərhələlərində hər fəndən sualların ən azı 60%-nədüzgün cavab vermək şərtilə, hər sinif üzrə ilk 3 yeri tutmuş şagird yarımfinalda iştirak hüququ qazanır. Gəncə və Sumqayıtdan hər sinif üzrə ilk 5, Bakıdan isə hər sinif üzrə ilk 20 yeri tutan şagird yarımfinalda iştirak hüququ  qazanır.

Bu mərhələnin yarımfinal turunda suallar münsiflər heyəti tərəfindən siniflər üzrə, məktəb proqramına uyğun tərtib edilir. Əvvəlki turla müqayisədə nisbətən çətinləşdirilmiş 10 qapalı test formatında hazırlanır. Şagirdlərə fəndən asılı olaraq 30-40 sual təqdim olunur və cavablandırmaq üçün 3 saat vaxt verilir.

Respublika mərhələsinin final turu

Respublika mərhələsinin final turu aprelin 2-ci bazar günü iki yaş qrupu üzrə keçirilir:

-Aşağı yaş qrupu ( IX siniflər və aşağı)

-Yuxarı yaş qrupu (X-XI siniflər)

Bu turda iştirak edəcək şagirdlər yarımfinal turunun nəticələrinə əsasən Respublika təşkilat komitəsinin qərarı iləmüəyyənləşdirilir. Respublika mərhələsinin yarımfinal turunda hər fəndən sualların ən azı 70%-ni düzgün cavablamaq şərtilə ən yüksək nəticə göstərmiş aşağı yaş qrupu üzrə 20, yuxarı yaş qrupu üzrə isə 40 şagird final mərhələsində vəsiqə qazanır.

Final turunun sualları fənn olimpiadalarının münsiflər heyəti tərəfindən yaş qruplarına uyğun olmaqla açıq formatda hazırlanır. Bu son turda şagirdlərə yaş qrupları nəzərə alınmaqla 5-7 sual təqdim olunur vəcavablamaq üçün 3-4 saat vaxt ayrılır.

Respublika mərhələsinin final turunun nəticələri imtahan başa çatdıqdan 10 gün sonra elan edilir.

Nəticələr məlum olduqdan sonra apelyasiya günü təyin edilir. Nəticələrindən narazı iştirakçılar öz işlərinə yenidən baxılması üçün Respublika təşkilat komitəsinə müraciət edirlər. Belə müraciətlərə apelyasiya komissiyası yenidən baxır və onların verdiyi yekun rəy Respublika təşkilat komitəsi tərəfindən nəzərə alınır.

Respublika fənn olimpiadalarının yarımfinal turunun qalibləri Yerli təşkilat komitələri, final turunun qalibləri isə Respublika təşkilat komitəsi tərəfindən diplom, tərifnamə, qiymətli hədiyyələr və pul mükafatı ilə təltif olunurlar





Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri məlumdur

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri məlumdur

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçiriləcək

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçiriləcək

Sabah IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək

Sabah IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək

Fənn olimpiadalarının nəticələri ilə bağlı təklif və şikayətlərə baxılacaq

Fənn olimpiadalarının nəticələri ilə bağlı təklif və şikayətlərə baxılacaq

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Respublika fənn olimpiadalarına start verilir

Respublika fənn olimpiadalarına start verilir

Nazirlik: Respublika fənn olimpiadaları iştirakçılarının sayı ildən-ilə çoxalır

Nazirlik: Respublika fənn olimpiadaları iştirakçılarının sayı ildən-ilə çoxalır

Bu il fənn olimpiadalarında 38 medal qazanılıb

Bu il fənn olimpiadalarında 38 medal qazanılıb

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib

Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib

Göygöl rayonundan fənn olimpiadası qalibləri müəyyən olunub

Göygöl rayonundan fənn olimpiadası qalibləri müəyyən olunub

Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Gəncədə Respublika fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal turu həyata keçirilib

Gəncədə Respublika fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal turu həyata keçirilib

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Respublika fənn olimpiadasında iştirak etmiş Samux rayon şagirdlərindən 36 nəfəri olimpiadanın yarımfinal mərhələsinə  vəsiqə qazanıb

Respublika fənn olimpiadasında iştirak etmiş Samux rayon şagirdlərindən 36 nəfəri olimpiadanın yarımfinal mərhələsinə vəsiqə qazanıb

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Yanvar ayının 15-də Samux rayon ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə Respublika fənn olimpiadalarının rayon mərhələsi heyata keçirilib

Yanvar ayının 15-də Samux rayon ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə Respublika fənn olimpiadalarının rayon mərhələsi heyata keçirilib

Respublika fənn olimpiadalarının birinci–rayon mərhələsi keçirilib. 

Respublika fənn olimpiadalarının birinci–rayon mərhələsi keçirilib. 

Şabranda da Respublika fənn olimpiadalarının birinci mərhələsi keçirilib

Şabranda da Respublika fənn olimpiadalarının birinci mərhələsi keçirilib

Yanvarın 15-də Qax rayonunda Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib.

Yanvarın 15-də Qax rayonunda Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib.

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb