Xəbərlər / Psixoloq / Valideyn / Müəllim
03 mart 2019
2 878


Uşaqların yüksək səviyyədə imtahan stressi yaşadığını hardan anlaya bilərik?

Uşaqların yüksək səviyyədə imtahan stressi yaşadığını hardan anlaya bilərik?

 

 
Uşaqların bilik səviyyələrinin ölçülməsi üçün aparılan imtahanlara uşaqlar xarakterik xüsusiyyətlərindən asılı olaraq, bir-birlərindən fərqli şəkildə reaksiya verir.

Uşaqları imtahan stressindən uzaqlaşdırmaq üçün tək öhdəlik onların boynuna düşmür. Eyni zamanda ailələrə və müəllimlərin də üzərinə böyük öhdəlik düşür.

Uğursuzluq qorxusu yaşayan uşaqlarda imtahandan əvvəl, imtahana hazırlaşarkən və imtahan vaxtı çox fərqli əlamətlər özünü göstərə bilər. Bu əlamətlər psixoloji və ya fizioloji ola bilər. Valideyn və müəllimlərin əvvəlcədən bu əlamətləri görməsi onların aradan qaldırılması üçün böyük əhəmiyyətə malikdir. Çünki uşaqlar sıxıntıları ifadə etməkdə böyüklərə nisbətən çətinlik çəkirlər.

Uşaqların yüksək səviyyədə imtahan stressi yaşadığını hardan anlaya bilərik?

Əgər uşaqlarınızda aşağıdakı əlamətlərdən bir neçəsi varsa, deməli, uşaq imtahan stressini həddindən artıq çox yaşayır.

- Düşüncələrini toplaya və ifadə edə bilməmə.

- Öyrəndiklərini unutmaq və yaza bilməmək.

- Diqqətini verə bilməmək.

- Sualları başa düşməkdə çətinlik.

- Ürəyin sürətlə döyünməsi.

- Əllərin titrəməsi, istilik basması və baş fırlanması.

- Mədə bulantısı və baş ağrısı.

- Gərginlik və əsəbilik.

- İnamsızlıq və mənfi düşünmə.

- Qorxu hissi.

Bəs bu əlamətlərdən bir neçəsi mövcuddursa, bunu necə aradan qaldırmaq lazımdır? Valideynlər uşaqlarına necə kömək edə bilərlər?

- Birincisi, uşaqlarda bu həyəcanı tam aradan qaldırmaq lazım deyil. Əsas olan onlara bu həyəcanı idarə edə bilməyi öyrətməkdir. Əgər uşaq bir işə qarşı heç bir həyəcan keçirmirsə, demək ki, heç o işi önəmsəmir. Bu halda o işə motivasiya olmaq da qeyri-mümkündür. Bir işə qarşı məsuliyyət və həyəcan duymaq o işi yaxşı görməyimiz üçün bir səbəbdir. Uşaq bir işə qarşı həyəcan duyursa, deməli, bu işə qarşı daha çox istək və önəm verir və bu da şagirdin bu işi daha yaxşı yerinə yetirməyinə səbəbdir. Bizə düşən öhdəlik onların bu həyacanını bacardığımız qədər azaltmaqdır.

- İkincisi, zamanı düzgün istifadə etməkdə uşağa köməklik göstərin. Şagirdlər bəzən verilən zamanın onların yazacağı imtahan suallarına yetməyəcəyini düşünür və özlərini panikaya salırlar. Zamanı düzgün bölmək üçün ilk əvvəl düşünülməlidir ki, verilən vaxt elə hesablanıb ki, bütün sualları sona qədər oxuyub və həmin suallara cavab vermək üçün kifayət etsin. Bu qanunla, uşaqların bilik səviyyəsi nəzərə alınaraq uyğunlaşdırılıb. Sadəcə vaxtı düzgün bölməklə tam rahat şəkildə yerinə yetirmək mümkündür.

- Üçüncüsü, imtahan şagirdin xarakterini deyil, savadını ölçər. Əgər uşaq bu imtahanın savadının yox, xarakterinin ölçüldüyünü və bu imtahan nəticəsinə görə dəyərləndiriləcəyini düşünürsə,onun həyəcanı daha da artar. Özünü imtahan nəticəsinə görə "dəyərsiz və yetərsiz" görən uşaq özünə güvənini itirəcək və imtahana qarşı qorxu artacaq. Burda da məsuliyyət yenə də valideynin üzərinə düşür. Valideyn nəticədən asılı olmayaraq uşağın əziyyətini mütləq dəyərləndirməlidir. Çünki əlindən gələni edən, lakin aşağı nəticə verən uşaq ətrafı tərəfindən danlanarsa, özünü çox çarəsiz hiss edər. İlk əvvəl uşağın əziyyəti dəyərləndirməli, sonra yaranan problemin həllinə yönəlilməlidir.
 
Psixoloq Elvira Kərimova

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Məktəb təşvişi nədir - Qarşısını necə alaq?

Məktəb təşvişi nədir - Qarşısını necə alaq?

İmtahan  zamanı  şagirdlərə   zərbə vuran  səbəblər

İmtahan zamanı şagirdlərə zərbə vuran səbəblər

Abituriyentlərin Nəzərinə-yalnız təhsili deyil, psixologiyanızı da düşünün...

Abituriyentlərin Nəzərinə-yalnız təhsili deyil, psixologiyanızı da düşünün...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

İmtahana hazırlaşan hər bir kəs imtahan qabağı həyəcanını boqmaq üçün bəzi  şərtlərə əməl etməlidir

İmtahana hazırlaşan hər bir kəs imtahan qabağı həyəcanını boqmaq üçün bəzi şərtlərə əməl etməlidir

İmtahan stressinin psixoloji xüsusiyyətləri

İmtahan stressinin psixoloji xüsusiyyətləri

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

İmtahan stressinin psixoloji xüsusiyyətləri - ƏLAMƏTLƏRİ NƏLƏRDİR?

İmtahan stressinin psixoloji xüsusiyyətləri - ƏLAMƏTLƏRİ NƏLƏRDİR?

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

Ana və ata əsəbini idarə edə bilməzsə uşaqlar nələr hiss edər?

Ana və ata əsəbini idarə edə bilməzsə uşaqlar nələr hiss edər?

Valideynlər imtahanda zəif nəticə göstərən övladlarını necə məhv edirlər? – Psixoloqlardan həyəcan siqnalı

Valideynlər imtahanda zəif nəticə göstərən övladlarını necə məhv edirlər? – Psixoloqlardan həyəcan siqnalı

Məktəb öncəsi və məktəb dövründə olan uşaqlarda bu problem daha çox müşahidə olunur

Məktəb öncəsi və məktəb dövründə olan uşaqlarda bu problem daha çox müşahidə olunur

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaq depressiyaları- VALİDEYNLƏR DİQQƏT!

Uşaq depressiyaları- VALİDEYNLƏR DİQQƏT!

Məktəb qorxusu nədir?

Məktəb qorxusu nədir?

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Uşaqların dərs uğursuzluqları və səbəbləri

Uşaqların dərs uğursuzluqları və səbəbləri

Dərslərə necə hazırlaşmalı?

Dərslərə necə hazırlaşmalı?