Xəbərlər
26 mart 2019
2 955


Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

 

 
"Dərs ili müddətində tətillər tez-tez olmalıdır ki, uşaqlarda adaptasiya problemi yaranmasın”.

Psixoloq, adaptasiya problemlərinin daha çox ibtidai siniflərdə yaşandığını və bu baxımdan, müəllim və valideynlərin üzərinə böyük yük düşdüyünü deyir:

"Düşünürəm ki, dərs ili ərzində tətillər tez-tez olmalıdır ki, uşaqlarda adaptasiya problemi yaranmasın. İl ərzində, səhv etmirəmsə, 3 dəfə tətil olur və uşaqlar nə istədikləri kimi tətil keçirə, nə də dincələ bilirlər. Bu halda, onlarda  adaptasiya problemləri yaranır.

Adaptasiya problemi daha çox ibtidai siniflərdə yaranır. Bu zaman isə müəllim və valideynlərin  üzərinə böyük iş düşür.

Müəllimlər tətildən əvvəl şagirdlərə asudə vaxtlarında yerinə yetirmələri üçün  maraqlı tapşırıqlar verməlidir ki, onlar dərs ab-havasından tam uzaqlaşmasınlar və  məktəbə qayıtmaqları üçün  həvəsləri oyansın.  Uşaqlar məktəbə məcbur getməməlidir. Onlarda tətil müddətində bir çox suallar  yaranır: "dərsə  niyə getməliyik?”, "tətil  bitdikdən  sonra necə olacaq?”  Bütün bunların qarşısını almaq üçün əsas yük müəllimin üzərinə düşür.  O, nə qədər sərt, tərs olsa, sinifdə yalnız müəllimin sözünün keçdiyi aftoritar şərait hökm sürsə uşaqlarda da dərsə həvəs bir o qədər az olacaq.

Heç də bütün şagirdlər eyni deyil. Müəllimlər bunu qəbul etməli və hər şagirdə fərdi yanaşmalıdır. Bəzən uşaqlar olur ki, onlarda rəsmə daha çox həvəsi olur. Amma  müəllimlər onlara "Riyaziyyat”ı, "Həyat Bilgisi”ni  məcbur öyrətməyə çalışırlar. Bu hal aradan qalxmalıdır. Əsas fənlərlə yanaşı Təsviri incəsənət, Fiziki tərbiyə kimi fənlərə də maraq yaradılmalıdır.

Belə deyək, bir məktəbdə 3 paralel  2-ci sinif ola bilər. Bu siniflərdə dərsə həvəsli şagirdlərin sayı heç də eyni deyil. Hansı sinifdə ki, müəllim şagirdlərə fərdi yanaşır, onları bacardıqları sahəyə yönləndirir, bu siniflərdə dərsə maraq daha çox olacaq.

Qaldı ki, valideynlərin vəzifəsinə, onlar uşaqların tətil tapşırıqlarına kömək etməlidilər.  Amma nəzərə almaq lazımdır ki, bu şagirdlərin  tətilləridir. Gün ərzində maksimum bir saat dərslə məşğul olmaq lazımdır. Məsələn, biz özümüz tətil ərzində işləsək buna heç də müsbət reaksiya vermərik, o ki qaldı uşaqlar…  Bu baxımdan onların tətilləri əlindən alınmamalıdır”.Psixoloq Roza Kazımlı
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Məktəbə hazırlıq üçün PSİXOLOQ MƏSLƏHƏTİ:“Evdən ayrılabilmə bacarığını göstərməyən uşaqların məktəbə uyğunlaşması  çətinləşir"

Məktəbə hazırlıq üçün PSİXOLOQ MƏSLƏHƏTİ:“Evdən ayrılabilmə bacarığını göstərməyən uşaqların məktəbə uyğunlaşması çətinləşir"

Təhsil Nazirliyi tətil günləri ilə bağlı açıqlama verdi

Təhsil Nazirliyi tətil günləri ilə bağlı açıqlama verdi

Övladlarınız üçün həm faydalı, həm əyləncəli bir tətil

Övladlarınız üçün həm faydalı, həm əyləncəli bir tətil

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Məktəb qorxusu nədir?

Məktəb qorxusu nədir?

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Uşağa dərs oxutmağın effektli üsulları

Uşağa dərs oxutmağın effektli üsulları

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Sabahdan ibtidai siniflər üçün 5 günlük tətil başlayır

Sabahdan ibtidai siniflər üçün 5 günlük tətil başlayır

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Dərslərə necə hazırlaşmalı?

Dərslərə necə hazırlaşmalı?

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Sinif rəhbərləri işlərinin öhdəsindən gələ bilirlərmi? - Valideynlər cavab verdilər - SORĞU

Sinif rəhbərləri işlərinin öhdəsindən gələ bilirlərmi? - Valideynlər cavab verdilər - SORĞU

Məktəblilərin psixoloji xüsusiyyətləri

Məktəblilərin psixoloji xüsusiyyətləri

Tətildə uşaqlar nə qədər dərs öyrənməlidirlər?

Tətildə uşaqlar nə qədər dərs öyrənməlidirlər?

Göygöl məktəbliləri  tətil müddətində Şəmkir rayonunda təşkil olunan Skautların Yaz düşərgəsində iştirak edib

Göygöl məktəbliləri tətil müddətində Şəmkir rayonunda təşkil olunan Skautların Yaz düşərgəsində iştirak edib

Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

İbtidai siniflərdə  bitməyən mübahisə - Musiqi, Texnologiya kimi fənləri kim keçməlidir?

İbtidai siniflərdə bitməyən mübahisə - Musiqi, Texnologiya kimi fənləri kim keçməlidir?

İstirahətin və asudə vaxtın təşkili.

İstirahətin və asudə vaxtın təşkili.