Xəbərlər / Abituriyent
18 aprel 2019
2 229


Buraxılış imtahanlarının nəticələri açıqlandı -Buradan öyrənin

Buraxılış imtahanlarının nəticələri açıqlandı -Buradan öyrənin

 

 
Dövlət İmtahan Mərkəzi martın 3-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasında yerləşən ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib.

İmtahanda iştirak etmiş şagirdlər (37434 nəfər) DİM-in internet saytında  https://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=19keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. 

Qeyd edək ki, markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Buraxılış imtahanının birinci mərhələsində şagirdlərə ana dili fənnindən 10 açıq və 10 qapalı, riyaziyyat fənnindən 10 açıq, xarici dil fənnindən 9 qapalı və 6 açıq tipli tapşırıq olmaqla ümumilikdə 45 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Açıq tipli tapşırıqların hər biri qiymətləndirmə meyarlarına uyğun olaraq 0, 3-də 1, 2-də 1, 3-də 2  və ya 1 balla, qapalı tipli tapşırıqların hər biri isə 0 və ya 1 balla qiymətləndirilir. Balların hesablanması qaydasına görə (Cədvəl 1) şagirdlərin:

xarici dil fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir 7-də 10-a vurulur
Azərbaycan (rus) dili fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir.
Riyaziyyat fənni üzrə isə açıq tipli tapşırıqlardan toplanılan ballar cəmlənir və 3-ə vurulur.
 Cədvəl 1

Fənn

I mərhələ, test tapşırıqları

Maksimal 
bal

Test tapşırıqlarınn 
sayı

Bal

Xarici dil (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri)

30

15 (6 açıq
+
9 qapalı)

7-də 10 ·(2nd(açıq) 
  +
nd(qapalı))

Tədris dili (Azərbaycan dili, rus dili)

30

20 (10 açıq
+
10 qapalı)

2∙nd (açıq)
+
nd (qapalı)

Riyaziyyat

30

10 (açıq)

3∙nd(açıq)


 nd (açıq) - açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi

nd (qapalı) - qapalı tipli test tapşırıqlarına verilmiş balların (düzgün cavabların) cəmi 

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 1-3 və 6-7 may 2019-ci il tarixində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər bütün imtahanların nəticələri elan olunduqdan sonra 24-26 və 29-30 aprel tarixlərində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər.

Qeyd olunan müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Apelyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

Məlumat üçün bildirək ki, 10, 17 və 31 mart tarixlərində keçirilmiş imtahanların nəticələri də yaxın günlərdə mərhələ-mərhələ elan olunacaq. 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanlarının hesablanma qaydası -İZAHLI VƏ SADƏ FORMADA

Buraxılış imtahanlarının hesablanma qaydası -İZAHLI VƏ SADƏ FORMADA

Buraxılış imtahanlarında balların hesablanma qaydası

Buraxılış imtahanlarında balların hesablanma qaydası

Qəbul imtahanlarında balların hesablanma qaydası

Qəbul imtahanlarında balların hesablanma qaydası

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış imtahanın nəticələri bu tarixdən açıqlanacaq

Buraxılış imtahanın nəticələri bu tarixdən açıqlanacaq

Buraxılış imtahanının I mərhələsinin nəticələrini açıqlandı

Buraxılış imtahanının I mərhələsinin nəticələrini açıqlandı

XI sinif buraxılış imtahanlarının yeni qaydaları-Nələr dəyişib?

XI sinif buraxılış imtahanlarının yeni qaydaları-Nələr dəyişib?

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

9 illik təhsil üzrə buraxılış imtahanı - 2 mərhələdə keçiriləcək

9 illik təhsil üzrə buraxılış imtahanı - 2 mərhələdə keçiriləcək

Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab

Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab

Ötən həftə keçirilmiş əlavə buraxılış imtahanının nəticələri açıqlanıb

Ötən həftə keçirilmiş əlavə buraxılış imtahanının nəticələri açıqlanıb

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Ana dili və Ədəbiyyat fənlərində qəbul proqramından çıxarılan və əlavə olunan mövzular

Ana dili və Ədəbiyyat fənlərində qəbul proqramından çıxarılan və əlavə olunan mövzular

Ən yüksək müsabiqə vəziyyəti IV ixtisas blokunda olacaq

Ən yüksək müsabiqə vəziyyəti IV ixtisas blokunda olacaq

Sabah   ilk sınaq imtahanı keçiriləcək

Sabah ilk sınaq imtahanı keçiriləcək

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ