Xəbərlər, Abituriyent
23 aprel 2019
260

Aprelin 28-də keçiriləcək imtahanlarda iştirak edənlərin nəzərinə!


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Aprelin 28-də keçiriləcək imtahanlarda iştirak edənlərin nəzərinə!

 

 
Abituriyentlər "imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Aprelin 28-də Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, buraxılış imtahanında verilən xarici dildən fərqli dil seçənlər, təhsil alacağı bölməni dəyişənlər, üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər, həmçinin eksternat qaydasında imtahan verənlər üçün növbəti imtahanlar keçiriləcək.

Aşağıdakı kateqoriyaya aid olan abituriyentlər http://eservices.dim.gov.az/brxvbak/?frm=egov linkindən istifadə edib "imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər:

– ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;

– ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları;

– ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;

– Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;

–xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları.

Üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları və əvvəlki illərdə təhsil sənədi ala bilməyən, eksternat qaydasında imtahan verənlər isə https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə "imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Buraxılış vərəqəsini çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.

QEYD: I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirak etmək istəyən əvvəlki illərin məzunlarının nəzərinə çatdırırıq ki, onlar mütləq aprelin 28-də qəbul imtahanının birinci mərhələsində iştirak etməlidirlər. Bu imtahanda iştirak etməyənlər qəbul imtahanının ikinci mərhələsinə buraxılmayacaqlar.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Bu rayonlardan olan şagirdlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər - SİYAHI

Bu rayonlardan olan şagirdlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər - SİYAHI

İmtahan və tədbirlərin tarixləri - TƏQVİM

İmtahan və tədbirlərin tarixləri - TƏQVİM

DİM ali təhsil müəssisələrinə tələbə qəbulu elan edir

DİM ali təhsil müəssisələrinə tələbə qəbulu elan edir

Buraxılış imtahanı bu tarixdə keçiriləcək

Buraxılış imtahanı bu tarixdə keçiriləcək

İmtahanların siyahısı

İmtahanların siyahısı

Buraxılış vərəqini çap edə bilərlər

Buraxılış vərəqini çap edə bilərlər

Orta məktəbi Azərbaycanda oxuyan xarici vətəndaşlar qəbul imtahanını necə verəcəklər? –RƏSMİ CAVAB

Orta məktəbi Azərbaycanda oxuyan xarici vətəndaşlar qəbul imtahanını necə verəcəklər? –RƏSMİ CAVAB

Əvvəlki illərin məzunları

Əvvəlki illərin məzunları "buraxılış"da hansı dildən imtahan verəcəklər? - Qaydalar

Əvvəlki illərin məzunları

Əvvəlki illərin məzunları "buraxılış"da hansı dildən imtahan verəcəklər? - Qaydalar

Qəbul imtahanının yeni qaydaları - CƏDVƏL

Qəbul imtahanının yeni qaydaları - CƏDVƏL

Əvvəlki illərin məzunları yenidən buraxılış imtahanı verəcək

Əvvəlki illərin məzunları yenidən buraxılış imtahanı verəcək

Növbəti imtahanlar başlayır

Növbəti imtahanlar başlayır

Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti   imtahanlar keçirilir

Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti imtahanlar keçirilir

DİM imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib

DİM imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib

Rezidentura imtahanlarına hazırlaşanların NƏZƏRİNƏ

Rezidentura imtahanlarına hazırlaşanların NƏZƏRİNƏ

İmtahanda iştirak edəcək şagirdlərin - NƏZƏRİNƏ

İmtahanda iştirak edəcək şagirdlərin - NƏZƏRİNƏ

Şagirdlərin nəzərinə! - Martın 11-də buraxılış imtahanı keçiriləcək

Şagirdlərin nəzərinə! - Martın 11-də buraxılış imtahanı keçiriləcək

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

DİM kolleclərə qəbul olmaq istəyən cari ilin məzunlarına müraciət edib

DİM kolleclərə qəbul olmaq istəyən cari ilin məzunlarına müraciət edib

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

Yayda qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərə son gün

Yayda qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərə son gün

Azərbaycan dili imtahanında iştirak edəcək abituriyentlərə “Buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb

Azərbaycan dili imtahanında iştirak edəcək abituriyentlərə “Buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb