Xəbərlər, Valideyn, MÜƏLLİM
01 may 2019
317

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

 

 
Əksər dünya ölkələri ənənəvi həftəlik 5 günlük tədrisdən 4 günlük tədrisə keçid edib.
 
Yaponiyada həftəlik dərs müddəti 4 günə endirilib. Qonşu Gürcüstanda isə dərs saatı 1-ci siniflərdə 35 dəqiqə, yuxarı siniflərdə isə 40 dəqiqə müəyyən edilib. Gürcüstanda həmçinin xüsusilə aşağı sinif şagirdləri nəzərə alınaraq, 1-ci sinifdən 6-cı sinfə qədər olan məktəblilər çəkisi az olan dərsliklərlə təmin ediliblər.

Maraqlıdır, dünya vaxtı minimuma endirərək, maksimum təhsil verməyə üstünlük verdiyi halda, niyə Azərbaycanda həftəlik 5 günlük tədris nəzərdə tutulmasına baxmayaraq, dərslər bəzi məktəblərdə 6 gülük keçirilir? Proqram niyə sadələşdirilmir və kitab yükü azaldılmır?

Mövzu ilə bağlı   danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, bu gün ümumtəhsil məktəblərində dərslərin 45 dəqiqə olması, həftəlik dərs gününün 6 günlük təşkili problemi tədris proqramlarının həddindən artıq qəliz olmasının yanında heçnədir.

Onun fikrincə, təhsildəki ən böyük problem elə dərsliklərin qəliz və çox çətin anlaşılan formada olmasındadır. Ekspert bildirib ki, artıq dünyanın çox yerində dərslər 35-40 dəqiqə keçirilir:

"Hazırda Azərbaycanda dərs müddətinin, saatının azaldılmasının heç bir əhəmiyyəti olmayacaq. Çünki təhsildəki problem bundan ibarət deyil. Tədris proqramı ağır və qəlizdir, bunu qavramaq üçün 40 dəqiqə azdır. Ancaq 45 dəqiqə də kifayət qədər deyil. Bu səbəbdən 45 dəqiqəni 40 dəqiqə etməklə iş bitmir. Proqram dəyişməli, sadələşdirilməlidir.

Həmçinin müəllim peşəkarlığının aşağı səviyyədə olması bu problemi daha da artırır. Əgər pedaqoqun bilik səviyyəsi aşağıdırsa, o necə yüksək səviyyəli dərs keçə bilər”.

Ekspert bildirib ki, bu gün məktəblilərin istifadə etdiyi dərsliklərlə heç nəyə nail olmaq mümkün deyil:

"Dərsliklər bərbad vəziyyətdədir. Bu dərsliklərlə heç nəyə nail olmaq mümkün deyil. Valideynlər belə ibtidai sinif uşaqlarının dərslərini həll etməyə çətinlik çəkir. Uşaqlar sərbəst ev tapşırığı edə bilmir, çünki indiki proqramla bu, mümkün deyil.

Dərslikləri repetitor müəllimlər tərtib edir. Onlar da daha az materialın içərisində daha çox məlumat vermə təcrübəsi ilə işləyirlər. İndiki şəraitdə dərs saatları 40 dəqiqəyə endirilsə, həftəlik dərslər 4 günlük olsa, kitabların yüngülləşdirilməsi tətbiq edilmədiyi halda əlavə problem yaranacaq. Proqram başdan dəyişməlidir. Tədris proqramları müasir dövrün tələblərinə uyğunlaşdırılmalı, sadələşdirilməlidir. Dərsliklərin keyfiyyəti artırılmalıdır. Təhsilin keyfiyyətini artırmaq üçün də Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında qeyd olunduğu kimi, dərsliklər bir neçə variantda hazırlanmalıdır. Bu müəllimlərə və şagirdlərə seçim hüququ da verir. Bütün bunlar həyata keçirilsə, bundan sonra dərslərin 40 dəqiqəyə endirilməsi və həftəlik dərs müddətinin 4 günlük edilməsin kimi problemlərdən danışmaq olar”.

E.Qafarov bildirib ki, bu gün təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır. Dəyişiklik edilir, ancaq bunun təhsilin keyfiyyətinə təsiri yoxdur:

"2015-ci ilin oktyabrında Nazirlər Kabineti qərar qəbul etdi ki, tədris həftəsi məktəblərdə 32,08 həftədən 34,08 həftəyə qaldırılsın. Bununla heç nə dəyişmədi. Sadəcə gün uzadıldı, vəssalam. Bunun təhsilə, təhsilin və proqramın keyfiyyətinə heç bir aidiyyəti yoxdur. Formada hər hansısa dəyişikliyin edilməsi keyfiyyətə heç bir halda təsir edə bilməz”.

Ekspert bildirib ki, əslində dərslikləri sadələşdirmək o qədər də çətin məsələ deyil:

"Dərslikləri yeniləmək çətin olsaydı, elə hər il dərslik dəyişməzdilər. Təsvir edin, hər il 200 adda dərslik çap olunur, hər il də kitab dəyişdirilir.

Nə qədər ki, bu kitabları repetitor müəllimlər yazacaq, ibtidai sinif müəllimləri yazmayacaq, bu problem də həmişə olacaq. Nə qədər ki, bəziləri kitab, dərslik çapına şəxsi mənfəət kimi baxacaq, biz heç bir irəliləyiş əldə edə bilməyəcəyik”.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Məktəblərdə uşaqlarımızın hüququ kobud şəkildə pozulur

Məktəblərdə uşaqlarımızın hüququ kobud şəkildə pozulur

Müəllimlərin yerdəyişməsinə görə vakant yerlər necə müəyyən olunur - TƏHLİL

Müəllimlərin yerdəyişməsinə görə vakant yerlər necə müəyyən olunur - TƏHLİL

Məktəblərdə dərsliklərin keyfiyyəti artırılmalıdır.

Məktəblərdə dərsliklərin keyfiyyəti artırılmalıdır.

Sabahdan ibtidai siniflər üçün 5 günlük tətil başlayır

Sabahdan ibtidai siniflər üçün 5 günlük tətil başlayır

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

"...ŞAGİRDLƏRİN DƏRS VƏ İMTAHAN YÜKÜ AZALACAQ" - NAZİRLİK

Azərbaycan məktəblərində 5 günlük qış tətili başlayıb

Azərbaycan məktəblərində 5 günlük qış tətili başlayıb

Dərslər 45 dəqiqədən 40 dəqiqəyə endirilə bilərmi?

Dərslər 45 dəqiqədən 40 dəqiqəyə endirilə bilərmi?

Təhsilimizdə QƏRİBƏ OLAY: 2018-ci ildə çap olunmuş DƏRSLİKLƏR SATIŞDA - FOTOFAKT

Təhsilimizdə QƏRİBƏ OLAY: 2018-ci ildə çap olunmuş DƏRSLİKLƏR SATIŞDA - FOTOFAKT

Məktəblilər bu günlərdə dərsə getməyəcəklər - Rəsmi

Məktəblilər bu günlərdə dərsə getməyəcəklər - Rəsmi

Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

Sabahdan məktəblilərin payız tətili başlayır

Sabahdan məktəblilərin payız tətili başlayır

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

Dərslər bu tarixdə başlayacaq

Dərslər bu tarixdə başlayacaq

Azərbaycanda dərslər sentyabrın 18-dən başlayacaq?

Azərbaycanda dərslər sentyabrın 18-dən başlayacaq?

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Yeni dərs ilinin dərslikləri hazırdır

Yeni dərs ilinin dərslikləri hazırdır

Bir çox müəllim həmkarlarım tərəfindən qınaq obyektinə çevrilmişdim.

Bir çox müəllim həmkarlarım tərəfindən qınaq obyektinə çevrilmişdim.

"Bu əndrabadi bölgü hardan ortalığa çıxıb, heç özüm də baş açmıram” TN-in dərs bölgüsü müəllimləri çaşbaş salıb

"Guya, dərslər sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə nə olacaq ki?"-ekspertlərin rəyi

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Azərbaycan təhsilində fəlsəfə və informatika fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

Azərbaycan təhsilində fəlsəfə və informatika fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi