Xəbərlər
09 may 2019
4 505


Rayon Təhsil Şöbəsinin müdirləri nəyə əsasən təyin edilirlər? - Qaydalar

 

Orta təhsil müəssisələrinin idarə edilməsi direktordan asılı olsa da, Rayon Təhsil Şöbəsi ilə də birbaşa əlaqədardır.

Çox vaxt bir bölgənin məktəblərindən söz düşəndə oradakı durumu direktorlarla deyil, birbaşa Təhsil Şöbəsinin müdirləri ilə əlaqələndirirlər.

Elə bu səbbdən çoxları bölgə məktəblərindəki istənilən problemdə qınaq obyekti kimi daha çox Rayon Təhsil Şöbəsini seçirlər Bəs Rayon Təhsil Şöbəsinin müdirləri nəyə əsasən təyin edilirlər? Ümumiyyətlə, onların vəzifə səlahiyyətləri nələrdir?

Aztehsil.com xəbər verir ki, bu barədə Təhsil Haqqında qanunun 32-ci maddəsində və Rayon Təhsil Şöbəsinin idarəsi haqqında əsasnamədə qeyd olunub. Əsasnaməyə görə, Rayon Təhsil müdirini Rayon İcra Hakimiyyəti seçir, Təhsil Nazirliyi əmrlə təsdiq edir. Müdir ali pedaqoji təhsilli olmalı, 5 ildən artıq pedaqoji staj, təşkilatçılıq və idarəçilik təcrübəsinə sahib olmalıdır. O, işçilərdən təyin olunur və xüsusi əmrlə işdən azad edilir.

Rayon Təhsil Şöbəsi müdirinin hansı səlahiyyətləri var? RTŞ müdiri öz müavini, metodkabinet müdiri və inspektorları da 5 ildən artıq pedaqoji stajı, ali təhsili olan təcrübəli müəllim və məktəb rəhbərləri arasından seçir. Həmin vəzifə sahiblərini işdən azad etmək isə Rayon Təhsil Şöbəsinin müdirinin əlindədir;

O, pedaqoji kollektivlər tərfindən seçilmiş və geri çağırılmış ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrinin direktorları və müdirlərinin işə təyin olunması və azad edilməsi əmrlərini verə bilər; Hər il metodistlərin vəzifə bölgüsünü də o müəyyən edir;

Dövlətin təhsillə bağlı qərarlarının, nazirliyin normativ aktlarının yerinə yetirilməsi barədə əmrlər verir; Təlim-tərbiyə müəssisələri rəhbərlərinin dövlətin qanun və qərarlarına, Təhsil Nazirliyinin normativ sənədlərinə zidd əmrlərini ləğv edir; Rayon təhsil şöbəsinin şurasının işini təşkil edir.

Şuranın tərkibi 11 nəfərdən az olmamaq şərti ilə təhsil işçilərinin rayon konfransında təsdiq edilir. Sədri isə elə təhsil şöbəsinin müdiri olur. Şuranın iki ayda bir dəfədən az olmayaraq keçirilən iclaslarında təhsilin inkişafı, şöbənin tabeliyində olan məktəb, məktəbəqədər və məktəbdənkənar uşaq tərbiyə müəssisələrinə rəhbərlik, kadrların seçilməsi, maliyyə təsərrüfat fəaliyyətinin təşkili və s. məsələlər müzakirə olunur;

Şuranın qərarları şöbə müdirlərinin əmri ilə həyata keçirilir;

Qeyd edək ki, rayon təhsil şöbəsi rayon büdcəsi vəsaiti hesabına maliyyələşdirilir. Onun müəyyən edilmiş formada möhürü və ştampı olur.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsil şöbəsinin müdiri işdən azad edilib

Təhsil şöbəsinin müdiri işdən azad edilib

Cəbrayıl rayon Təhsil şöbəsinin müdiri dəyişdirilib

Cəbrayıl rayon Təhsil şöbəsinin müdiri dəyişdirilib

Nazir  təhsil şöbəsinin  müdirini vəzifəsindən azad etdi

Nazir təhsil şöbəsinin müdirini vəzifəsindən azad etdi

RAYON (ŞƏHƏR) TƏHSIL ŞÖBƏSI ŞURASI HAQQINDA TƏLIMAT

RAYON (ŞƏHƏR) TƏHSIL ŞÖBƏSI ŞURASI HAQQINDA TƏLIMAT

Təhsil şöbəsinin müdiri işdən çıxarıldı

Təhsil şöbəsinin müdiri işdən çıxarıldı

Beyləqan rayon Təhsil şöbəsinin müdiri işdən çıxarıldı

Beyləqan rayon Təhsil şöbəsinin müdiri işdən çıxarıldı

Lənkəran təhsil şöbəsinin müdiri işdən çıxarılıb

Lənkəran təhsil şöbəsinin müdiri işdən çıxarılıb

Şabran rayon Təhsil şöbəsinin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər

Şabran rayon Təhsil şöbəsinin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər

Cəbrayıl təhsilində "partizan" peyda olub: - Şöbə müdirini döydü, YAP-ı işə saldı

Cəbrayıl təhsilində "partizan" peyda olub: - Şöbə müdirini döydü, YAP-ı işə saldı

Təhsil naziri Mikayıl Cabbarov təhsil işçiləri haqqında müvafiq əmr imzalayıb

Təhsil naziri Mikayıl Cabbarov təhsil işçiləri haqqında müvafiq əmr imzalayıb

Təhsil şöbəsinin iclasında dava – Müavin müdirə əl qaldırdı?

Təhsil şöbəsinin iclasında dava – Müavin müdirə əl qaldırdı?

Boş qalan yüksək dövlət vəzifələri - SİYAHI

Boş qalan yüksək dövlət vəzifələri - SİYAHI

Təhsil Nazirliyində kadr islahatları - Şöbə müdiri işdən qovuldu

Təhsil Nazirliyində kadr islahatları - Şöbə müdiri işdən qovuldu

Lerik rayon Təhsil şöbəsində 5 müdir var- İDDİA

Lerik rayon Təhsil şöbəsində 5 müdir var- İDDİA

Təhsil nazirliyindən YENİ ƏMR: 2018-2019-cu dərs ilində...

Təhsil nazirliyindən YENİ ƏMR: 2018-2019-cu dərs ilində...

Qazax rayonunda məktəb açılışı

Qazax rayonunda məktəb açılışı

Təhsil naziri əvəzi əmr imzaladı - İşçi Qrup yaradıldı

Təhsil naziri əvəzi əmr imzaladı - İşçi Qrup yaradıldı

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

Artıq bütün müəllimlər eyni vaxtda müsabiqədə iştirak edəcəklər

Artıq bütün müəllimlər eyni vaxtda müsabiqədə iştirak edəcəklər

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Sumqayıt Təhsil şöbəsinin müdiri işdən azad olundu - Onu kim əvəz edəcək?

Sumqayıt Təhsil şöbəsinin müdiri işdən azad olundu - Onu kim əvəz edəcək?

2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib

2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib