Xəbərlər
16 may 2019
2 179


Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

 

 
Təhsil Nazirliyi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun təhsil işçiləri ilə görüş keçirilib. 

Görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov,  rayon təhsil müəssisələrinin rəhbərləri, müavinləri və psixoloqlar iştirak edib.

Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək ölkəmizin müstəqillik dövründə inkişafı və güclənməsi istiqamətində həyata keçirilən tədbirlər, milli təhsil quruculuğu sahəsində əldə olunan nailiyyətlərdən danışıb. Nazir müavini "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı görülən işlər, sürətlə modernləşən təhsil sisteminin üzərinə düşən vəzifələr və qarşıda duran tədbirlər haqqında geniş məlumat verib.

Daha sonra nazir müavini müasir dövrdə uşaq və gənclərin təlim-tərbiyəsi sahəsində prioritetlər, məktəbdənkənar fəaliyyətin təşkili və təkmilləşdirilməsi, həmçinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və sağlam həyat tərzi ilə bağlı icra olunan işləri xüsusi vurğulayıb.

Firudin Qurbanov çıxışında qeyd edib ki, son dövrlərdə aparılan təhlillər zamanı bəzi təhsil müəssisələri tərəfindən sağlam mənəvi-psixoloji, təhlükəsiz mühitin formalaşması və sabit saxlanması istiqamətində zəruri tədbirlərin tam həyata keçirilmədiyi aşkarlanıb. Belə ki, ailələrlə, risk qrupuna daxil olan təhsilalanlarla səmərəli iş sisteminin yaradılması, psixoloji xidmətin müasir tələblərə uyğun qurulması sahəsində kifayət qədər sistemli iş aparılmayıb və nəticədə bəzi xoşagəlməz hadisələr baş verib. Bununla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi və məktəb-ailə-cəmiyyət münasibətlərinin düzgün qurulması qarşıda duran əsas vəzifələrdəndir.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov öz növbəsində ölkəmizdə, o cümlədən Xəzər rayonunda təhsilin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. Elşən Salahov təhsil müəssisələrində təlim-tərbiyə işinin gücləndirilməsinin zəruriliyini və Təhsil Nazirliyi ilə birgə tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini  vurğulayıb.

Görüşdə çıxış edən Bakı şəhəri 149 nömrəli tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva, 218 nömrəli tam orta məktəbin direktoru Əbülfət Bağırov və 322 nömrəli tam orta məktəbin direktoru Mürvət Mirzəyev rəhbərlik etdikləri təhsil müəssisələrinin əldə etdiyi uğurlar, mövcud problemlər və qarşıda duran vəzifələr barədə məlumat verib, həmçinin müvafiq təkliflər səsləndiriblər.

Sonda təhsil müəssisələrinin rəhbərləri ilə qeyd olunan məsələlərlə bağlı müzakirələr aparılıb, onların sualları cavablandırılıb.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Təhsil Nazirliyində təltifetmə mərasimi

Təhsil Nazirliyində təltifetmə mərasimi

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Təhsil ilinin yekunları müzakirə olundu

Təhsil ilinin yekunları müzakirə olundu

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

“MBA Club”un üzvləri ilə görüş

“MBA Club”un üzvləri ilə görüş

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Aprel zəfərinin üçüncü ildönümü - cəbhə xəttində

Aprel zəfərinin üçüncü ildönümü - cəbhə xəttində

Akademiya əməkdaşlarına şad xəbər - Yaşayış kompleksi tikiləcək

Akademiya əməkdaşlarına şad xəbər - Yaşayış kompleksi tikiləcək

Çinin ölkəmizdəki səfiri ilə görüş

Çinin ölkəmizdəki səfiri ilə görüş

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Balakən rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib

Balakən rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib

Gəncədə təhsil işçilərinin konfransı keçirilib

Gəncədə təhsil işçilərinin konfransı keçirilib

Təhsil nazirinin müavini Yardımlı rayonunda

Təhsil nazirinin müavini Yardımlı rayonunda

Lənkəran Dövlət Universitetində “Novruz mühazirəsi” keçirilib

Lənkəran Dövlət Universitetində “Novruz mühazirəsi” keçirilib

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Təhsil naziri press brifinq keçirib

Təhsil naziri press brifinq keçirib

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ