Xəbərlər / Ekspert
08 iyun 2019
1 986


“Hətta 30-40 il pedaqoji stajı olana da "təhsil eksperti" demək olmaz, çünki...” –Nadir İsrafilov

 


 

"Təhsil eksperti” deyilən vəzifə yoxdur. "Ekspert” latın sözü olub , mənası "təcrübə” deməkdir.


Təhsil eksperti  uzunmüddətli təcrübəsinə, çıxışlarına mətbuatdakı məsələlərə münasibətinə  görə seçilir. Ölkəmizdə Şahlar Əsgərov, Etibar Əliyev, Məlahət Mürşüdlü, Kamran Əsədov,Nabatəli Qulamoğlu kimi təhsil ekspertləri var”.


Bunu AzEdu.az-a açıqlamasında tanınmış təhsil eksperti Nadir İsrafilov deyib. O, təhsil ekspertinin cavab verməli olduğu kriteriyalar barəsində danışarkən, aşağıdakı arqumentləri əsas gətirib:


"Bəzi hallarda Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin  əməkdaşları  mətbuatda ekspert kimi çıxış edirlər. Onlar  hər hansısa bir məsələyə münasibətdə ekspert  qismində çıxış edə bilməzlər. Ekspert müstəqil, kənar şəxs olmalıdır.


Hər hansısa bir şəxsin təhsildə uzunmüddətli çalışması, savadı olması onun ekspert qismində çıxış etməsinə imkan vermir. Ekspert müstəqil olmalı  və kənardan baş verən məsələyə müdaxilə etməlidir.


Hazırda ayrı-ayrı universitetlərdə, təhsil müəssisələrində  İctimai Nəzarət Şuraları mövcuddur. Burada ekspertlər, media nümayəndələri iştirak edir, universitetin fəaliyyəti ilə bağlı  məlumatlar əldə edib, təhlillər aparırlar. Bu şuralar bir çox universitetlərdə fəaliyyət göstərir.


Mən 40 ildir, təhsil sahəsində çalışıram. Bəzən elə ekspertlərə rast gəlirəm ki,  onların nə adını eşitmişəm, nə də  mətbuatda açıqlamalarını oxumuşam.


Lakin bu gün orta məktəblərimizdə çoxlu müəllimlər var ki, onlar 30-40 ildən artıq iş təcrübəsinə malikdirlər. Lakin onları "ekspert”  adlandırmaq olmaz. Ekspert mətbuatdakı çıxışı, münasibət bildirməyi ilə seçilməlidir. İctimaiyyət onu tanımalıdır ki, qiymət verə bilsin”.


Nadir İsrafilov  açıqlamasında təhsil bilgisi olan pedaqoqlarla ekspertlərdən daha savadlı ola bilər, lakin onun  mediada heç bir imzası  olmayan şəxsi ekspert adlandıra bilmərik:


""Təhsil haqqında” qanunda bir çox dəyişikliklər öz əksini tapıb. 60-a qədər dəyişiklik olub. Bu qərarların qəbulunda təhsil ekspertlərinin də   böyük rolu olub.


Magistraturaya daxil olanları hərbi xidmətə göndərirdilər. Bu məsələni təhsil ekspertləri gündəmə gətirdi. Sonra Prezident qərar verdi ki, magistrantlar hərbi xidmətdən azad olunsunlar.


Biz ekspertlər elmə maraq yaradıb, gənc nəsli bu sahədə yetişdirməliyik.


Dərsliklərlə bağlı bir çox səhvlər olub. Təhsil ekspertləri bu məsələnin üzərinə düşüb və həll ediblər. DİM tərəfindən məsələ müzakirə edilib  və qərar qəbul olunub.


Ekspert institutu formalaşmalıdı. Hazırda bu proses kortəbii şəkildə  həyata keçirilir. Amma dünya təcrübəsində bir çox  ekspert institutları  fəaliyyət göstərir.


Misir Mərdanovun zamanında biz öz təkliflərimizi verirdik, lakin onlar qəbul edilmirdi. Amma indiki rəhbərlik  ekspertlərə fikir verir və onları tədbirlərinə dəvət edirlər.


Hazırda dərsliklərlə bağlı sayt yaradılıb  və təhsil ekspertləri  burada  öz fikirlərini bildirirlər. Əgər 20-30 il əvvəl dediyimiz sözlər nəzərə alınsaydı, hazırda təhsilimiz daha yüksək səviyyədə olardı”. 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
2 dəfə məhkəməyə verilmişəm -Təhsil eksperti

2 dəfə məhkəməyə verilmişəm -Təhsil eksperti

Ekspert Nadir İsrafilov "Yoxlama"ya etiraz edib

Ekspert Nadir İsrafilov "Yoxlama"ya etiraz edib

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

"Sual konkretdir və konkret də cavabı var..Kamran Əsədov bunu bilmirsə, öz günahıdır”

"Sual konkretdir və konkret də cavabı var..Kamran Əsədov bunu bilmirsə, öz günahıdır”

İrəli sürülən təklif müsbətdir -EKSPERT

İrəli sürülən təklif müsbətdir -EKSPERT

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

“Ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır”

“Ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır”

"Bu müəllimlər işdən azad olunmalıdır" - Ekspert

"Bu müəllimlər işdən azad olunmalıdır" - Ekspert

"Hər müəllim ekspert ola bilməz"-Almaz Həsrət

"Hər müəllim ekspert ola bilməz"-Almaz Həsrət

Ali məktəblərin reytinq və kateqoriyasının müəyyənləşdirilməsi məzunların işlə təminatının daha yüksək səviyyəyə çatmasında vacib rol oynayacaq.

Ali məktəblərin reytinq və kateqoriyasının müəyyənləşdirilməsi məzunların işlə təminatının daha yüksək səviyyəyə çatmasında vacib rol oynayacaq.

“İmtahanda 4 bal toplayan müəllimlər də var” - Ekspert

“İmtahanda 4 bal toplayan müəllimlər də var” - Ekspert

“Tarix fənnindən qəbul imtahanlarına bu suallar salınmayacaq” - Ekspert

“Tarix fənnindən qəbul imtahanlarına bu suallar salınmayacaq” - Ekspert

"Yoxlama"nın rəsmi icazəsinin olmamasına ekspert rəyi-Nadir İsrafilov

"Yoxlama"nın rəsmi icazəsinin olmamasına ekspert rəyi-Nadir İsrafilov

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Günah akademik Kamal Abdulladadır ki, sizin kimi birisini o liseyin direktoru qoyub-ekspertdən prorektora reaksiya

Günah akademik Kamal Abdulladadır ki, sizin kimi birisini o liseyin direktoru qoyub-ekspertdən prorektora reaksiya

Qarabağ Dövlət Universiteti açmaq lazımdır – Kamran Əsədov

Qarabağ Dövlət Universiteti açmaq lazımdır – Kamran Əsədov

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Ekspert Nadir İsrafilov Gəncə təlimi ilə bağlı "Təhsil təkcə ümumdövlət işi olmayıb, həm də ümumxalq işi, ümummilli məsələdir"

Ekspert Nadir İsrafilov Gəncə təlimi ilə bağlı "Təhsil təkcə ümumdövlət işi olmayıb, həm də ümumxalq işi, ümummilli məsələdir"

"Müstəqillikdən sonra təhsil sahəsində də boşluqlar yarandı"

"Müstəqillikdən sonra təhsil sahəsində də boşluqlar yarandı"

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert