Xəbərlər
20 iyun 2019
3 153


18 yaşında magistr olan azərbaycanlı qızlar: Biri kimyaçı, biri isə diplomat

 

 
Bakı Dövlət Universitetinin (BDU) 18 yaşlı dördüncü kurs tələbələri Nigar Veysəlova və Turanə Tağıyeva magistratura pilləsinə yüksəliblər.

Kimya fakültəsinin məzunu Nigar Veysəlova təhsilini dövlət sifarişi əsasında 131 balla qəbul olduğu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft Kimya Prosesləri İnstitutunda Nanomateriallar kimyası ixtisası üzrə, Beynəlxalq münasibətlər fakültəsinin məzunu Turana Tağıyeva isə 114 balla qəbul olduğu BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə davam etdirəcək.

Oxu.Az-a danışan N.Veysəlova bildirib ki, valideynləri kimyanı çox seviblər və bu ixtisasa sevgini əvvəlcədən ona aşılayıblar:


"2000-ci ildə Sumqayıt şəhərində ziyalı ailəsində doğulmuşam. Atam Rövşən Veysəlov Sumqayıtda Karate Federasiyasının sədri olub. Bir müddət əvvəl rəhmətə gedib. Respublikanın Əməkdar məşqçisi, karate üzrə V dan qara kəmər ustası idi. Təhsilimdə mənə ən böyük dəstək verən insan olub. Anam isə energetika mühəndisliyi ixtisasını bitirib, hazırda evdar xanımdır.

2004-cü ildə Sumqayıt şəhəri 26 saylı orta məktəbə daxil olmuşam və 2015-ci ildə həmin məktəbi bitirmişəm. Həmin il qəbul imtahanında 523 balla Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşam. Müəllimlərimin də bu yerə çatmağımda əməyi çox olub”. 

N.Veysəlovanın fikrincə, Azərbaycanda nanokimya sahəsinin inkişafına ehtiyac var:

"Nanokimya sahəsi Azərbaycanda yeni sahə olsa da, xaricdə çox yaxşı inkişaf edib. Bu ixtisası seçməkdə məqsədim xaricdə təcrübə qazanıb, bu sahəni ölkəmizdə inkişaf etdirməkdir”.

Oxu.Az-a açıqlama verən Turanə Tağıyeva deyib ki, əsas məqsədi peşəkar diplomat olmaq və Azərbaycanı təmsil etməkdir:


"2000-ci ildə Bakıda doğulmuşam. 2004-cü ildə 193 saylı orta məktəbə getmişəm, 2013-cü ildə təhsilimi 212 saylı məktəbdə davam etdirmişəm. 2015-ci ildə BDU-nun Beynəlxalq münasibətlər fakültəsinə daxil olmuşam. 

Diplomat olmaq uşaqlıq arzumdur. Valideynlərim mənim seçimlərimi hər zaman dəstəkləyiblər. İxtisası da özüm seçmişəm. Atam BDU-nun Hüquq fakültəsini, anam isə İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirib. Səfir olmaq istəyirəm. Peşəkar diplomat olub, Azərbaycanı təmsil etmək əsas məqsədimdir”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

700 bal toplayan tələbələr hansı universitetlərdə oxuyacaq? - SİYAHI

700 bal toplayan tələbələr hansı universitetlərdə oxuyacaq? - SİYAHI

Jurnalist övladları da tələbə adı qazandılar

Jurnalist övladları da tələbə adı qazandılar

700 bal toplayan tələbələrdən qış imtahanlarında kimlər kəsildi...

700 bal toplayan tələbələrdən qış imtahanlarında kimlər kəsildi...

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

Azərbaycanlı tələbə beynəlxalq müsabiqədə uğur qazanıb

Azərbaycanlı tələbə beynəlxalq müsabiqədə uğur qazanıb

"Hər zaman beynəlxalq münasibətlər üzrə təhsil almaq istəmişəm"-700 bal toplayan tələbə

"Hər zaman beynəlxalq münasibətlər üzrə təhsil almaq istəmişəm"-700 bal toplayan tələbə

Təhsil Nazirliyinə ən real namizəd

Təhsil Nazirliyinə ən real namizəd

76 yaşlı kişi magistr təhsili almaq üçün imtahan verib

76 yaşlı kişi magistr təhsili almaq üçün imtahan verib

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

700 bal toplayan tələbələr necə oxuyurlar...

700 bal toplayan tələbələr necə oxuyurlar...

Nazirlikdə yeni şöbə müdiri təyinatı- Novruzov kimdir?

Nazirlikdə yeni şöbə müdiri təyinatı- Novruzov kimdir?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olundu

700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

SABAH tələbələri beynəlxalq məhkəmə müsaqibəsində

SABAH tələbələri beynəlxalq məhkəmə müsaqibəsində

Təsisçi və baş redaktor:Elşən Qafarov

Təsisçi və baş redaktor:Elşən Qafarov

ADU-da qazanılan şans

ADU-da qazanılan şans

700 bal toplamış tələbə: "Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi"

700 bal toplamış tələbə: "Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi"

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

Qızı ilə birlikdə eyni fakültəyə qəbul oldu

Qızı ilə birlikdə eyni fakültəyə qəbul oldu

Sumqayıtda məktəb direktoru jurnalistə: "Qələt edib mənə zəng vurursan"

Sumqayıtda məktəb direktoru jurnalistə: "Qələt edib mənə zəng vurursan"

ADU-nun tələbələrindən Koreya dili üzrə beynəlxalq müsabiqədə uğurlu nəticə...

ADU-nun tələbələrindən Koreya dili üzrə beynəlxalq müsabiqədə uğurlu nəticə...

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu