Xəbərlər
29 iyun 2019
1 823


Dövlət İmtahan Mərkəzinin təhlilindən üzə çıxan şok nəticələr – Ekspertlər bu vəziyyətə nə deyirlər?

Dövlət İmtahan Mərkəzinin təhlilindən üzə çıxan şok nəticələr – Ekspertlər bu vəziyyətə nə deyirlər?

 

 
Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd olunanlara görə, bu il 9 rayonun məzunlarının 30 faizindən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub. Bu rayonlar arasında Astara və Lerik rayonları da var.

Həmin rayonlarda orta məktəb məzunlarının belə aşağı nəticə göstərmələrinin səbəbi nədir? Astara şəhər 2 saylı məktəbin müəllimlərindən biri bu məsələnin məktəblərə aid olmadığını deyir:

"Əslində uşaqlar ali təhsil ocaqlarına hazırlığı məktəblərdə keçmirlər. Açığını deyək ki, uşaqların 90 faizini ali məktəblərə repetitorlar hazırlayır. Hansı uşağın repetitoru güclüdürsə, o da yaxşı nəticə göstərir. Yuxarı siniflərdə oxuyan uşaqların demək olar ki, yarıdan çoxunu repetitorlar hazırlayır. Adları formal olaraq məktəbdə gedir. Onların ali məktəblərdə göstərdikləri nəticə məktəblə bağlı deyil. Az sayda uşaq var ki, məktəbin verdiyi biliklə təhsilini davam etdirir. Bu repetitorun olması da müəllimin əməkhaqqısı, yaşayışı ilə əlaqədardır… ”

O, rayonlardan olan bəzi məzunların qəbul imtahanlarında aşağı nəticə göstərmələri ilə bağlı daha sonra da deyib:

"Bu ölkənin ümumi inkişafı, insanların həyat səviyyəsi ilə bağlı olan məsələlərdir. Tutaq ki, ölkədə çoxlu sənaye obyektləri olmalıdır ki, yaxşı əməkhaqqı alan savadlı mütəxəssisə ehtiyac olsun. Bu yoxdur. Əslində digər rayonların da göstərdikləri nəticələr sevindirici deyil. Biz onlara nisbətdə geri düşmüşük. Bəs dünyadan nə qədər geri düşmüşük? Problem burdadır”.

Lerik rayonunda da adının çəkilməsini istəməyən bir müəllimin deməsinə görə, məktəblərdə islahat getməyib:

"Təhsildə köklü islahat getməlidir. Orta məktəbdə əsas rolu müəllim oynayır. Müəllimin əməkhaqqı onun yaşayışını təmin etməlidir. Ondan sonra dərs proqramları da vacibdir. Burda valideyinin rolunu da qeyd etmək lazımdır. Təhsilin idarə edilməsində də problemlər var. Təhsili rayon icra hakimiyyəti başçılarının nəzarətindən çıxartmaq lazımdır…”

Lənkəran Müəllimlər Cəmiyyətinin sədri Rahim Nuriyev hesab edir ki, təhsildə həyata keçirilən yeni qaydalar sınaqdan keçirilmədən məktəblərdə tədbiq edilir. Onun fikrincə, bu da problemlər yardır:

 
Rahim Nuriyev
"Məktəbdə zəif nəticə göstərən uşaqlar, adətən qəbul imtahanlarında da zəif nəticə göstərir. Bəziləri sənəd verir ki, ikinci ərizəsi ilə kollecə girə bilsin. Burda müəllimlərin təkcə savad məsələsi rol oynamır. Nəticəyə təsir edən çoxlu parametrlər var… Məsələn, mən müəlliməm, sinifdə summativ (ilin sonunda olur-red) qiymətləndirmə aparmalıyam. Buna kağız, texniki avadanlıq lazımdır. Bu nəzərdə tutulmayıb. Əvvəllər müəllim yoxlama işlərinə görə, əlavə əməkhaqqı alırdı. İndi bir dənə testi yoxlamaq üçün 3-4 saat vaxt, enerji gedir. Ödəmə isə yoxdur. Bütün bunlar tədrisə təsir edən amillərdir”.

O, məktəblərdə həyata keçirilən proqramların ağır olmasından da şikayət edir:

"Təhsil proqramları həddindən artıq ağırlaşdırılıb. Biz orta məktəbdə uşaqları həyata hazırlayırıq. Yanlış yanaşma burdadır. İxtisasım olan tarixi götürək. Lənkəran Dövlət Universitetində, pedaqoji kollecdə tarix proqramı necədirsə, orta məktəblərdə də eynidir. Orada mütəxəssis, məktəblərdə isə həyata uşaq hazırlanır…”

R.Nuriyevin sözlərinə görə, burada bölgə amilləri də rol oynayır:

"Adətən nəticələr dağlıq ərazilərdəki məktəblərdə aşağı olur. Kənddə əhali kənd təsərüfatı ilə məşğul olur, dolanışıq aşağıdır. Uşaqları kənd işlərinə cəlb edirlər… İmtahan vaxtı görürük ki, 9-cu sinif şagirdi adını yaza bilmir…”

Astara rayon Təhsil Şöbəsinin müdir müavini Sultanağa Baxşıyev deyib ki, bu məsələ ilə bağlı təhlil aparılır: "Bu məsələ təhlil olnur.Təhlil olunandan sonra cavabı veriləcək.”

Lerik rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev də bu məsələ ilə bağlı suala müzakirələrdən sonra cavab verəcəyini bildirib: "Lerik təhsili qabağdadır. Təhlil edib sizinlə əlaqə saxlayarıq”.

Ekspert Rövşən Ağayev Türküstan.info-ya bildirib ki, Dövlət İmtahan Mərkəzi 2018-ci ilin yekunları üzrə təhlilində 11 illik təhsil bazasıda pis nəticə göstərən məzunların 81%-nin kəndlərin payına düşdüyü qeyd edilir:
"Bu fakt kənd və şəhər təhsili arasında böyük keyfiyyət uçurumunun yarandığını nümayiş etdirir. 
Əslində normal hökumət üçün bu bir siqnal olmalıdır. 4 regional inkişaf proqramı qəbul etmiş bir hökumət üçün bölgələrdə təhsil göstəriciləri körpülərin sayının və yollların uzunluğunun önündə gəlməlidir. 
Ən maraqlısı odur ki, bu proqramların icasına dair hesabatlarda bircə keyfiyyət göstəricisinə, xüsusilə də insan inkişafında bölgələrarası fərqlərə diqqət çəkən yanaşmaya rast gəlmək olmur”-deyə ekspert vurğulayıb.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Bu rayonların şagirdləri qəbul imtahanlarında 100 balı keçə bilməyib

Bu rayonların şagirdləri qəbul imtahanlarında 100 balı keçə bilməyib

Şagirdlərimiz niyə oxumur?

Şagirdlərimiz niyə oxumur?

Bakı məktəblərində 6-cı sinif şagirdlərinin bilikləri təhlil edilib

Bakı məktəblərində 6-cı sinif şagirdlərinin bilikləri təhlil edilib

"Şounun əməkdar artistini tanıyırıq, amma əməkdar müəllimi tanımırıq"

"Şounun əməkdar artistini tanıyırıq, amma əməkdar müəllimi tanımırıq"

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

Ali məktəblərə illərdir, bircə nəfərin belə qəbul olunmadığı məktəblər – Samuxun təhsil problemi

Ali məktəblərə illərdir, bircə nəfərin belə qəbul olunmadığı məktəblər – Samuxun təhsil problemi

Məktəblərə muxtariyyət verilir - Təhsildə niyə işıq görünmür?

Məktəblərə muxtariyyət verilir - Təhsildə niyə işıq görünmür?

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu gün hansı məktəblərdə istilik təminatında problemlər yaranıb? - RƏSMİ CAVAB

Bu gün hansı məktəblərdə istilik təminatında problemlər yaranıb? - RƏSMİ CAVAB

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

“İnformatikadan imtahan keçirilsə, bütün şagirdlər kəsilər” - Məktəblərdə kompüter problemi

“İnformatikadan imtahan keçirilsə, bütün şagirdlər kəsilər” - Məktəblərdə kompüter problemi

Təmayül siniflərə şagird qəbulu qaydası dəyişdiriləcək? - RƏSMİ CAVAB

Təmayül siniflərə şagird qəbulu qaydası dəyişdiriləcək? - RƏSMİ CAVAB

Şagirdlər yarışlarda zəif nəticə göstərirsə...

Şagirdlər yarışlarda zəif nəticə göstərirsə...

Prezidentdən Təhsil Nazirliyi ilə bağlı - SƏRƏNCAM

Prezidentdən Təhsil Nazirliyi ilə bağlı - SƏRƏNCAM

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Məlum olub ki, tam orta təhsil verən bir sıra məktəblərdə əslində 10-11-ci siniflər yalnız kağız üzərində “fəaliyyət göstərirmiş”.

Məlum olub ki, tam orta təhsil verən bir sıra məktəblərdə əslində 10-11-ci siniflər yalnız kağız üzərində “fəaliyyət göstərirmiş”.

“Məktəbdə bircə printer  də yoxdur ki, materialları çıxaraq”- Ucqar kənd müəllimi

“Məktəbdə bircə printer də yoxdur ki, materialları çıxaraq”- Ucqar kənd müəllimi

"Bu müəllimlər işdən azad olunmalıdır"

"Bu müəllimlər işdən azad olunmalıdır"