Xəbərlər
01 iyul 2019
2 329


Azərbaycan İlahiyyat İnstitutunda ilk Məzun Günü keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda ilk Məzun Günü keçirilib

 

 

 

 

 
İyunun 27-də Azərbaycan İlahiyyat İnstitutunun ilk Məzun Günü keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

  Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından bəhs edib. 

C.Məmmədov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində əlamətdar hadisə kimi qeyd edib. "Məzun” adını qazanan bütün tələbələri təbrik edən rektor gənclərə öz tövsiyələrini bildirib: "Uğura gedən yol daim axtarışda olmaq, çalışmaq və özünü inkişaf etdirməkdir. Böyük hədəflərə gedən yol məhz bu gündən başlayır”. Rektor məzunlara müraciətlə bildirib ki, biz hər zaman yanınızdayıq və sizə dəstək verməyə hazırıq.

Aİİ İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. M.Mürsəlov bildirib ki, ölkəmizdə bilikli və bacarıqlı gənclərə daim ehtiyac var. "Biz inanırıq ki, Aİİ-nin məzunları ölkəmizdə bu sahədə öz layiqli yerlərini tutacaqlar”.

Aİİ Tədris şöbəsinin müdiri Zərifə Əliyeva İnstitutun ilk məzunlarını təbrik edib. Z.Əliyeva məzunlara  təhsil aldıqları tədris ocağının adını daim uca tutmağı, həyat yollarında büdrəməməyi, ölkə üçün dəyərli vətəndaş, bacarıqlı mütəxəssis olmağı tövsiyə edib.

Ali təhsil müəssisəsinin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova gəncləri və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edərək, məzunlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. F.Yusifova gənclərə üzünü tutaraq, "Çalışın, dövlətin maraqlarını hər zaman öz maraqlarınızdan üstün tutun. Bu yolda hər birinizə uğurlar diləyirəm”, – söyləyib.

Sonra Aİİ-nin tələbələri çıxış edərək, məhz bu İnstitutun  məzunları olduqlarından qürur duyduqlarını, təhsil aldıqları illər ərzində yaşadıqları maraqlı hadisələrdən söz açıblar. Tədris müddətində əziyyət çəkən bütün müəllim kollektivinə təşəkkürlərini bildirib, məzun olan digər yoldaşlarını təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda təhsil aldığı müddətdə İnstitutun elmi, mədəni və ictimai həyatında fəal iştirak etdiyinə, yüksək göstərici və nümunəvi davranışı ilə fərqlənən məzunlara təşəkkürnamələr təqdim olunub.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Lənkəran Dövlət Universitetində Məzun günü keçirilib

Lənkəran Dövlət Universitetində Məzun günü keçirilib

AzMİU-da "Məzun Günü" keçirilib

AzMİU-da "Məzun Günü" keçirilib

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

Lənkəran Dövlət Univversitetində “Məzun günü” keçirilib- FOTO

Lənkəran Dövlət Univversitetində “Məzun günü” keçirilib- FOTO

İlahiyyat İnstitutu ölkəmizdə dövlət–din münasibətlərinin təkmilləşməsində elmi mərkəz kimi böyük rol oynayacaq

İlahiyyat İnstitutu ölkəmizdə dövlət–din münasibətlərinin təkmilləşməsində elmi mərkəz kimi böyük rol oynayacaq

İlahiyyat institutunun rektoru Misir Mədəniyyət Mərkəzində oldu

İlahiyyat institutunun rektoru Misir Mədəniyyət Mərkəzində oldu

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

“Siz universitetimizin ən layiqli tələbələrisiniz"-ADNSU-nun fərqli tələbələri mükafatlandırıldı

“Siz universitetimizin ən layiqli tələbələrisiniz"-ADNSU-nun fərqli tələbələri mükafatlandırıldı

Mikayıl Cabbarov müəllimləri təbrik etdi

Mikayıl Cabbarov müəllimləri təbrik etdi

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

Dümanın "Üç muşketyor" u UNEC tələbələrinin ifasında

Dümanın "Üç muşketyor" u UNEC tələbələrinin ifasında

Prezident İlahiyyat İnstitutuna rektor təyin etdi - SƏRƏNCAM

Prezident İlahiyyat İnstitutuna rektor təyin etdi - SƏRƏNCAM

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.

Azərbaycan Universitetinin yeni doktorant və dissertantları ilə görüş keçirilib

Azərbaycan Universitetinin yeni doktorant və dissertantları ilə görüş keçirilib

10-cu ibtidai sinfinin məzunlarını görən 65 illik müəllim ömrü

10-cu ibtidai sinfinin məzunlarını görən 65 illik müəllim ömrü

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

Rektor qadın məhbuslarla görüşüb

Rektor qadın məhbuslarla görüşüb

Təhsil naziri müəllimləri təbrik edib

Təhsil naziri müəllimləri təbrik edib

Yeni rektor kollektivə təqdim edilib - FOTO

Yeni rektor kollektivə təqdim edilib - FOTO

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

İlahiyyat İnstitutunda neçə tələbə təhsil alacaq? - Açıqlama

İlahiyyat İnstitutunda neçə tələbə təhsil alacaq? - Açıqlama

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

Ceyhun Bayramov gənc müəllimlərdən danışdı

Ceyhun Bayramov gənc müəllimlərdən danışdı