Xəbərlər
29 iyul 2019
1 680


Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq işləri davam edir

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq işləri davam edir

 

 
Avqustun 4-dən 11-dək Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI) təşkil olunacaq. 1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın bir çox ölkəsindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır.

Ölkəmizdə ilk dəfə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

Tədbirin yüksək səviyyədə təşkil olunması üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında, açılış mərasimi Bakı Konqres Mərkəzində, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində baş tutacaq. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə "Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Yarış müddətində məktəblilər "Atletlər şəhərciyi”ndə yerləşdiriləcək. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərəcək və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və bir sıra digər məkanlara ekskursiyalar təşkil olunacaq.

Avqustun 5-də Bakı Konqres Mərkəzində keçiriləcək rəsmi açılış mərasiminə iştirakçılarla yanaşı, dövlət rəsmiləri, xarici ölkə səfirləri və digər qonaqlar qatılacaqlar.

Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.

Olimpiadanın rəsmi qlobal sponsoru "Acer” şirkətidir. Bundan başqa, yerli şirkətlər - "Azercell” tədbirin "İstedadların rəqəmsal sponsoru”, "PAŞA Bank” isə "İstedad sponsoru” kimi dəstək verəcək.

 

AZƏRTAC

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb

Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib (FOTO)

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib (FOTO)

Beynəlxalq olimpiadalara hazırlıq düşərgələri təşkil edilib

Beynəlxalq olimpiadalara hazırlıq düşərgələri təşkil edilib

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Beynəlxalq olimpiadalara hazırlıq komandaları Tehranda

Beynəlxalq olimpiadalara hazırlıq komandaları Tehranda

Riyaziyyat Olimpiadasından ilk medal

Riyaziyyat Olimpiadasından ilk medal

“Xəyal et” İKT yay düşərgəsinin bağlanış mərasimi

“Xəyal et” İKT yay düşərgəsinin bağlanış mərasimi

Növbəti uğurumuz

Növbəti uğurumuz

Mühəndislik və robot texnologiyaları üzrə beynəlxalq olimpiada keçirilib

Mühəndislik və robot texnologiyaları üzrə beynəlxalq olimpiada keçirilib

Olimpiadaçılarımız 5 medalla qayıdır

Olimpiadaçılarımız 5 medalla qayıdır

Bakı məktəbliləri arasında məntiq olimpiadası keçiriləcək

Bakı məktəbliləri arasında məntiq olimpiadası keçiriləcək

Dünya ilə yarışan məktəblilərimiz

Dünya ilə yarışan məktəblilərimiz

Məktəblilərimiz Jautıkov olimpiadasında 4 medal qazanıb

Məktəblilərimiz Jautıkov olimpiadasında 4 medal qazanıb

Bakıda III Robot Olimpiadasına start verilib

Bakıda III Robot Olimpiadasına start verilib

ADNSU-da Respublika Fənn Olimpiadası keçiriləcək

ADNSU-da Respublika Fənn Olimpiadası keçiriləcək

II İngilis dili Olimpiadası keçiriləcək

II İngilis dili Olimpiadası keçiriləcək

Olimpiadaçıların qış məktəbinə iyirmi şagird qatılıb

Olimpiadaçıların qış məktəbinə iyirmi şagird qatılıb

Mühəndislik və robot texnikası üzrə olimpiadanın qalibləri beynəlxalq çempionatda

Mühəndislik və robot texnikası üzrə olimpiadanın qalibləri beynəlxalq çempionatda

Beynəlxalq olimpiadalara hazırlıq üçün mütəxəssislər ölkəmizdə

Beynəlxalq olimpiadalara hazırlıq üçün mütəxəssislər ölkəmizdə

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək