Xəbərlər / Müəllim
09 avqust 2019
2 047


Yeni dünyaya yeni müəllimlər

 

 
STEM təhsil gələcəyimizi müəyyən edir
Kim hesab edir ki, dəqiq elmlər, eləcə də  riyaziyyat və ya fizika müəllimləri dünyada ən ciddi və cansıxıcı müəllimlərdir,  bir az hər hansı cansıxıcılığı və darıxdırıcılığı rədd edən   STEM-təhsilin müasir konsepsiyası ilə tanış olsalar yaxşıdır.  Əgər STEM abbreviaturasının "sirrini” açmalı olsaq, ingilis dilində S- science, T- technology, E- engineering, M- mathematics  mənalarını alarıq. Azərbaycan dilində isə S- elmlər, T - texnologiya, E- mühəndislik,  M - riyaziyyat  deməkdir. Bir sözlə, bunlar müasir  dünyada ən çox tələb olunan fənlərdir. Beləliklə də  bu gün STEM təhsilin inkişafı  dünya təhsilində əsas trendlərdən biridir.

Texnologiyaların çox sürətli təkamülü ona aparır ki, proqramçılar, IT mütəxəssisləri, mühəndislər, yüksək texnologiyalar sahəsinin peşəkarları  və s.  planetdə tezliklə ən çox tələb olunan mütəxəssislər olacaqlar.  Qarşıda isə belə bir sual durur?  Bu cür mütəxəssisləri necə  hazırlamaq olar?  Artıq yazı lövhəsində  "Sinif işi”,  altında da, məsələn, "Kəsrlər” kimi köhnə tədris metodları aktuallığını itirirlər.   Bu cür klassik yanaşma uşaqlarda dəqiq və təbiət elmlərinə maraq oyatmaq əvəzinə onları dərsdən uzaqlaşdırır.

Əsas məqsəd uşaqlara mükəmməl STEM təhsili verməkdir

2011-ci ildə ABŞ prezidenti Barak  Obama növbəti onillik ərzində ölkə  məktəbləri üçün 100 min  STEM müəlliminin hazırlanmasına dair çağırış edib.  Elə həmin ildə bu təcili çağırışa cavab vermək, bu sahədə nəticəyönümlü işləri sürətləndirmək və əlaqələndirmək,  ölkəni gücləndirmək üçün STEM təşəbbüslərini dəstəkləyən  "100Kin10” qrupu yaradılıb.  "100Kin10”  ABŞ-ın milli maraqlarına cavab verən,  ölkənin ən vacib problemlərindən birinin həllinə yönəlmiş milli şəbəkədir, əsas məqsəd  uşaqlara mükəmməl  STEM təhsili verməkdir.   STEM komandasının yuxarıda qoyduğumuz suala cavabı hazırdır - qlobal hədəf  müasir STEM təhsilin simasını dəyişməkdir.  Bunun üçün layihənin müəllifləri  2021-ci ilə qədər STEM təhsil sahəsində 100 min yeni müəllim öyrətməyi planlaşdırırlar.  "Yenilər” dedikdə isə, daha ağıllı, müasir, yaradıcı, fənnə yeni üslübda yanaşma qabiliyyətinə malik və şagirdlərdə də eyni qeyri-standart baxışı formalaşdıra bilən müəllimlər nəzərdə tutulur.  Bu gün ABŞ-da  onlarla universitet, təhsili inkişaf etdirmə mərkəzləri, muzey və digər təşkilatlar  ölkənin ən böyük STEM şəbəkəsi olan "100Kin10”  komandasının təşəbbüsünü dəstəkləyir.  

 Öz hədəflərinə çatmaq  üçün "100Kin10”  müəllifləri bu yaxınlarda Blow Minds  informasiya resursunu buraxıblar. Bu resursdan yararlanmaqla pedaqoji kolleclərin tələbələri və bütün arzu edənlər STEM-in müasir konsepsiyası ilə tanış ola, kurslara yazıla və ya şəkillərə, videoya baxa bilərlər.

 Beləliklə də hər kəs üçün  açıq olan STEM resurslarla tanışlıqdan sonra aydın olur:  gələcəyimizi texnologiyalar müəyyən edəcək, texnologiyaların gələcəyi  isə yeni format  müəllimlərin əlindədir. Yeni müəllimlər hər hansı köhnə tədris üsullarını, formal yanaşmanı qəbul etmir və öz bilikləri ilə şagirdlərin "beynini partlada”,  sonsuza qədər onların dünyagörüşünü genişləndirə bilərlər. Nəticə bundan ibarətdir ki,  təlim təkcə biliklərin müəllimdən  şagirdlərə ötürülməsi deyil, eyni zamanda  şüurun genişlənməsi və reallığı dəyişdirmə üsuludur.

İlk dörd il ərzində 30000-dən çox STEM müəllimləri hazırlanıb

Əgər əvvəllər sivilizasiyaların həyatı və  reallıq bir çox şeydə mədəniyyət və sənətdən  asılı idisə,  bu gün həyatımız müxtəlif texnologiyaların ətrafında fırlanır, buna görə təəccüblü deyil ki,  reallıqları  bu texnologiyaları hazırlayanlar yaradır.

 Görünür, müasir STEM təhsildə kreativ istiqamətin inkişafı təsadüfi deyildir.  Çünki yalnız elmə əsaslanan gələcək, çətin ki, kimisə sevindirəcək. Amma elmin və sənətin  sintezini təcəssüm etdirən gələcək  indi bizi daha çox narahat edir. Bu səbəbdən də  artıq bu gün  yaxınlaşan gələcəyin ən yaxşı nümayəndələrini tərbiyə etmək barədə düşünmək lazımdır.

 İqlim dəyişikliyi, ərzaq çatışmazlığı və ya iqtisadi bərabərsizlik olsun, dünyanın demək olar ki, bütün ən mühüm problemləri STEM  əsasında həllər tələb edir. Amma insanların yalnız kiçik bir hissəsinin adıçəkilən problemləri masa arxasında əyləşərək  həll etməyə imkan verən əsas bilikləri var. Ona görə də təəccüblü deyil ki, biz hələ bu problemi həll edə bilməmişik.

 Onların öhdəsindən gəlmək üçün  gələcəyin problemləri ilə məşğul olanlar STEM bacarıqlarına malik olmalı  və onlarda məsələləri həll etmə ruhu üstünlük təşkil etməlidir.  Gələcək problemləri həll edənlərin isə onları istiqamətləndirmək üçün bu gün əla STEM müəllimlərinə ehtiyacı var.  "100Kin10”  artıq ilk dörd il ərzində 30.000-dən çox yeni, əla STEM müəllimlərini hazırlayıb, bacarıqlarını artırmaq üçün on minlərlə müəllim də onlara dəstək verməkdədir.  Bununla yanaşı, komanda  on dəfə böyüyüb, onlarla birgə layihəni stimullaşdırıb, yenilikçi sponsorların əməkdaşlığı ilə STEM-in inkişafı üçün  90 milyon dollar vəsait toplanıb. 

Müəllim çatışmazlığı artır

Müəllim, xüsusən də STEM mütəxəssislərinin çatışmazlığı bütün ölkə üzrə artan problemdir. ABŞ-da Atlantadan tutmuş Koloradonun kənd rayonlarına qədər məktəb və rayonlar yüksək keyfiyyətli müəllimləri, xüsusən də STEM müəllimlərinin cəlb olunması və işdə saxlanması üçün mübarizə aparırlar. Bəzi ştatlar əldə etdikləri fövqəladə səlahiyyətlər çərçivəsində müəllim çatışmazlığı problemini həll etməyə çalışır. Lakin onların səyləri məktəbə kifayət qədər qeyri-peşəkar müəllimlərin gəlişinə yol açır ki, bu da narahatlıq doğurmaya bilməz. 

"100Kin10”   qrupu üzrə tərəfdaşlar  bu məsələdə  innovativ qərarlar hazırlayaraq  fövqəladə səlahiyyətlərin çərçivəsindən kənara çıxırlar. 2018-ci ildə "Math + Science” Milli təşəbbüsü  layihə qrupuna başçılıq edib. Bu qrup  STEM mütəxəssislərinin çatışmadığı konkret sahələrdə müəllimlərin strateji hazırlığı üçün problemləri və ən yaxşı təcrübələri öyrənib. Layihə komandası müəllimlərə hazırlıq proqramlarında kömək etmək və məktəb dairələri onların əməkdaşlığının gücünü qiymətləndirmək və ehtiyaclarla bağlı problemləri həll etmək üçün dinamik və fərdi aləti hazırlayıb.  2019-cu ildə Fort Xeys Dövlət Universiteti diplomlu müəllimləri dəstəkləmək, sertifikatlaşdırmaya keçidi təmin etmək üçün layihə qrupuna başçılıq edib. 

İnkişaf üçün STEM

STEM terminin tərifi qızğın mübahisə mövzusudur, bu, bəzən STEM cəmiyyətində fikir ayrılıqlarına gətirir. Çox vaxt riyaziyyatı STEM imkanlarından çıxarırlar. Silikon vadisində müəllimlər bu problemin ətraflı izahını veriblər. Qeyd olunub ki, regionun texnologiyalara marağı riyaziyyata marağın və onun nüfuzunun azalmasına gətirib çıxarıb.   Riyaziyyat  müəllimləri də narahatlıqla bildiriblər ki, onlar da STEM cəmiyyətindən özlərini təcrid olunmuş hiss edirlər.   Lakin tərəfdaşların çoxunun riyaziyyata STEM təliminin  ayrılmaz hissəsi kimi yanaşması komandanı ruhlandırır. Ancaq  "Illustrative Math” və "PhET Interactive Simulation”  kimi tərəfdaşlar  mürəkkəb məsələlərin həllində riyazi konsepsiyanın tətbiqini fəal surətdə dəstəkləyirlər. 

İnsan kapitalının inkişafı  üçün erkən STEM

Son illərdə  STEM təhsilin  erkən təsirinin yalnız orta məktəbdə və kollecdə deyil, həm də daha geniş mənada bütün həyat boyunca insanların uğurlu olmasını təmin etməsinə dair çoxsaylı sübutlar ortaya atılır. Təbiət elmləri və riyaziyyat sahəsində erkən təhsil  yetkin yaşda insanın ictimai-iqtisadi statusunu qabaqcadan müəyyən edir.  2018-ci ildə təşəbbüslərin geniş spektrinə cavab verən daha çox pedaqoq və ekspert erkən STEM-i dəstəkləyiblər. Boston Elm Muzeyi və Nyu-Hemşir Universiteti kimi, tərəfdaşlar  elementar STEM müəllimlərinə yönəlik yeni proqramları hazırlayıb. Həmçinin, bu mövzu üzrə partnyorların əməkdaşlığı  qeyd edilə bilər.  Dövlət təhsil və biznes koalisiyasının birgə səyləri ilə layihə qrupu ibtidai sinif müəllimlərinin  rəqəmsal savada və informatika üzrə hazırlığına yönəlib. Heising-Simons Fondu aşağı gəlirli ailələrdən olan şagirdlərin riyazi proqramlarını maliyyələşdirir. Nyu-York Elm Zalı öz Yaradıcılıq Hesablama Akademiyasını yaradaraq immiqrant ailələrdən olan 3-4-cü sinif şagirdlərinə hesablama düşüncəsinin inkişafına dəstək göstərməyə başladı.

Gələcəyin mühəndislərini STEM yetişdirir

Heç kimə sirr deyil ki, STEM təhsil həm kollec,  həm də orta məktəb məzunlarına böyük ehtimalla daha yüksək maaş verəcək. Çünki təhsil haqqı kollecdə sürətlə artmaqda davam edir,  gələcək iş yeri ilə bağlı qeyri-müəyyənlik  artır,  STEM-də iş yerlərinə isə tələbələr üçün daha ağıllı  karyera  kimi baxılır. Nəticədə təlim STEM-in praktik tərəfi ilə daha sıx bağlı olur.  Cari ilin aprelində Vaşinqtonda dövlət, özəl və qeyri-kommersiya sektorlarının  rəhbərləri toplaşaraq "STEM -həlli: Sabahın işçi qüvvəsi” mövzusu çərçivəsində  daha güclü STEM işçi qüvvəsi məsələsini müzakirə ediblər. 

STEM təhsil və işçi qüvvəsi arasında alyans güclüdür. Lakin STEM-lə dərin və əsl təlimin dəyərləri sadəcə işçi qüvvəsi konveyerin yaradılmasından daha əhəmiyyətlidir. Bu, tədqiqatlar üçün maraq və imkanları yaradır, eksperiment aparmaq, əməkdaşlıq etmək, uğursuzluğa tab gətirmək, özümüzü, təbiəti və süni yaşayış mühitini daha yaxşı anlamaq, problemlərin  yaradıcı həlli və hər növ tənqidi düşüncəni təcrübədən keçirmək, hansı ki,  bunlar  həyatın bütün  sahələrində faydalı olacaq.   Buna görə də Kaliforniya Universiteti, Karnequ Elm Mərkəzi və  Bay Area   Açıq Muzeyi kimi sadiq tərəfdaşlarının STEM təlimə məhəbbət oyatmaq, gənc tələbələrə praktiki təcrübə vermək üçün mobil mühəndis laboratoriyası  və makerspaces  tətbiq etməsinə sevinirik. Biz həm də sinifdə  sevinc hissinin yaradılması üçün erkən əlamətini görürük.

Sevinc lövbəri, biliyə həvəs  və eksperimentlər

Son illər məktəbəqədər təhsildən başlamış təhsilin bütün pillələrində tədris akademik və test sınaqlara hədəflənib ki, bunun da tez-tez mənfi nəticələri  baş verir.  Bu yaxınlarda ABŞ-da yenidən sinif otaqlarında  sevinc və eksperimentlər ətrafında yaranan hərəkatın  ən erkən əlamətləri görünməyə başlandı.  Müəllimlər  qeyd edirlər ki,  STEM təhsilin ən maraqlı  hissəsi açıq havada baş verir, çünki o, uşaqların təbii marağını oyadır və  stimullaşdırır.  Nyu-York Botanika bağı və  San-Dieqo Zoparkı kimi tərəfdaşlar  STEM təhsili üzrə tədris planları, alətlər hazırlayıblar ki,  onlar bütün təhsilalanların  ən sadə bitki növlərindən tutmuş fillərə qədər marağını cəlb edir.    2018-ci ildə CU Boulder, DSST  kimi dövlət  məktəbləri və  NSTA / NCTM STEM  proqramı üzrə  müəllimlərdən ibarət layihə qrupu tərəfindən  təhsilverənlər üçün davamiyyətə əsaslanan  təbiət elmləri üzrə  qiymətləndirmə hazırlanıb.  Proqram siniflərdə müəllimlərə daha çox təcrübə aparmağa və layihə işləməyə imkan verir. Nyu-York şəhərinin  Təhsil Departamenti  şagirdlərin elmə inteqrasiyasına nail olmaq məqsədilə orta  məktəblərin  sinif  otaqlarından  müəllimlərin daha geniş istifadəsi üçün imkan yaradır.  Və beləliklə də daha çox STEM müəlliminə  dəstək olur.  Müəllimlər deyirlər ki, təhsilə maraq, sevinc gətirmək üçün STEM təhsilin yeni  istifadə üsullarını tapmağa çox sevinirlər.  Onlar müəllimləri yaddaşa təhrik edən hesabatlılıq sistemindən yaradıcı inkişafa kömək edən, doğru olan təlimə keçidi dəstəkləyirlər.

STEM sosial-emosional tədris kimi

Linkedın və Dünya İqtisadi Forumun liderləri bir fikirdə birləşir: tələbələr yumşaq bacarıqlara  və sosialyönümlü-emosional vərdişlərə malik olmalıdırlar ki, 21-ci əsrdə komandanın lideri və üzvlərindən olsunlar. Məşhur təhsil nəşrləri də  müəllimlərin  sosialyönümlü-emosional tədrisə  və beyin elmlərinə  diqqət yetirmələri zəruriliyini xüsusi müzakirə etməklə  öz şagirdlərində  akademik bilikləri tamamlayan  sosial vərdişlərin daha yaxşı dəstəklənməsinə diqqət yetirirlər.  Belə sponsorlardan olan  Çan Zukerberqin  təşəbbüsləri bütün uşaqların təhsilə cəlb olunması  yanaşmalarını əhatə edir və 21-ci əsrdə yaşamaq üçün ən zəruri olan təfəkkürün inkişafını stimullaşdıran,  inadkarlıq və yumşaq vərdişlər aşılayan,  komanda işini, nəticəyönümlü inkişafı təmin edən STEM təhsilə marağı artırır. 

STEM-in  yalnız vərdişlərlə bağlı olmasına dair miflər getdikcə sönür.  Məsələn,  Ostindəki Texas Universitetinin A.Çarlz Mərkəzi "Agile Mind”  qrupu ilə əməkdaşlıq edir.  Məqsəd uşaqlara  karyerada inkişaf dərsləri verməkdir.  Diqqət  müəllimlərin STEM təhsilində yer alıb-ala bilməyəcəyinə dair fikirlərinə yönəldilib. STEM-dən daha geniş metakoqnitiv və ictimai cəhətdən emosional bacarıqların gücləndirilməsi üçün istifadə olunacaq, məqsəd daha çox şagirdin həyatın müxtəlif sahələrində uğurlu olmasını təmin etməkdir.

Şəxsi firavanlığa aparan yol

Son onillikdə biz rəqəmsal alətlərlə və "Ed tech”  şirkətlərinin platformaları ilə inkişaf etdirilən fərdiləşdirilmiş təlimə artan tendensiyanı müşahidə edirik. Bununla belə, müəyyən tənqidi rəylərə əsasən,  bu cür texniki  həllər  nəinki  bütün tələbələrə çatmır, həm də müəllimlərin  tələbələrlə ünsiyyətini məhdudlaşdırır, bu, xüsusilə də aztəminatlı və ya təmsilçiliyi zəif olan icmalardan olan təhsilalanlarla bağlıdır.

 

ABŞ-ın  Tom Djoynera Fondu, Amerika  Müəllimlər Federasiyası və  "Math+Science”   Milli təşəbbüs  qrupu  mədəniyyət, identiklik və pedaqogikada eynilik kimi məsələlərin necə yaranmasını  tədqiq etməklə tələbələr üçün təhsili daha aktual və qarşılıqlı əlaqəni  təmin etmək  məqsədilə layihə işləyib.   Komanda şəxsiyyətyönlü pedaqogikanın müəyyən olunması üçün yeni struktur  yaradıb, mövcud tədqiqatları anlamaq üçün ədəbiyyatların geniş icmalını keçirib və cəlbedici, genişlənmə imkanı olan şəxsi  tədris təcrübəsinin hazırlanmasında müəllimlərə  dəstək üçün alətlər və tapşırıqlar  hazırlamağa başlayıb.  Kütləvi fərdiləşdirmə ilə biz qlobal tendensiyalar, daha çox təhsil dünyasında STEM təhsilin bütün təhsilalanlar üçün daha şəxsi firavanlıq əhəmiyyəti kəsb etməsini gözləyirik.

 Müəllimlərin fəallığı artıb

 2018-ci il ərzində  çox sayda müəllimlərin siyasi sahədə fəallığına dair proqnozlar  özünü doğruldub.  Bu ilin yazında ABŞ-da müəllimlərin fəallığının  yeni dalğası geniş  vüsət alır. The Washington Post-un yazdığına görə, müəllimlik peşəsi geniş dəstəklənir, o cümlədən müəllimlərin əməkhaqları artırılır. Amma xəbərdarlıq əlamətləri də  var: İllik "Phi Delta Kappa”  sorğusu  göstərib  ki, baxmayaraq  müəllimlərə dəstək artıb, amerikalıların əksəriyyəti uşaqlarının müəllim olmasını istəmirlər. STEM üzrə tərəfdaşlardan  bu potensial zərərli ictimai rəyə fəal reaksiya olub.  Lakin   müəllimlərin  aktivliyi, eləcə də onların STEM-in digər mütəxəssislərindən daha çox xoşbəxt olmasına dair inandırıcı sübutlar  bu sahəyə yeni qüvvələrin gəlməsini şərtləndirir.

 Müəllim və şagirdləri inkişaf etdirən məktəb

Çox vaxt məktəb liderləri dixotomiya yaradırlar: ya şagirdlər, ya da müəllimlər inkişaf edə bilərlər, amma hər ikisi  deyil. Əksi doğrudur. Tədqiqatlar göstərir ki, təhsilalanları uğura aparan yeganə davamlı  yol məktəblərdir, məhz burada  müəllimlər və şagirdlər inkişaf edir.   STEM müəllimlərinin əsas çatışmazlığının səbəblərinə həsr olunmuş  tədqiqat aşkar edib ki, dəyişikliklər ən çox onlar üçün işlək mühitlə bağlıdır.  Müəllimlərin çoxu bildirir ki,  onlara həmkarları ilə əməkdaşlıq, peşəkar inkişafda iştirak, sinifdə yeni yanaşmalarla təcrübə aparmaq üçün vaxt lazımdır.  Biz bilirik ki, STEM, ümumiyyətlə, təhsil sistemində potensial təsir gücünə malikdir.  Ümid edirik ki, erkən inkişaf,  yaradıcı iş mühitinin formalaşdırılması  bütün təhsil sistemi üçün  dalğa effekti  yaradacaq,  daha artıq diqqət, enerji fəal məktəblərin yaradılması istiqamətində yönələcək ki, orada həm müəllimlər, həm də şagirdlər inkişaf edə biləcək.

 

 

"Azərbaycan müəllimi"
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda İnteraktiv Elm Muzeyi quruldu

Azərbaycanda İnteraktiv Elm Muzeyi quruldu

Mühəndislik və robototexnika yarışı keçiriləcək

Mühəndislik və robototexnika yarışı keçiriləcək

Bu maddə xərçəng şişlərini 100 dəfə artırır -ARAŞDIRMA

Bu maddə xərçəng şişlərini 100 dəfə artırır -ARAŞDIRMA

2019-cu ilin təhsil trendləri

2019-cu ilin təhsil trendləri

Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?

Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?

Şagirdlərdə məntiqi təfəkkürün inkişafı - MƏNTİQ

Şagirdlərdə məntiqi təfəkkürün inkişafı - MƏNTİQ

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Azərbaycanın qabaqcıl müəllimləri “My Magical Dust-2019” Beynəlxalq Layihəsində

Azərbaycanın qabaqcıl müəllimləri “My Magical Dust-2019” Beynəlxalq Layihəsində

Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi olduqca əhəmiyyətli məsələdir.

Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi olduqca əhəmiyyətli məsələdir.

“Olimpiada ruhu uşaqlara erkən yaşlardan aşılanmalıdır”

“Olimpiada ruhu uşaqlara erkən yaşlardan aşılanmalıdır”

"Bu yenilik müəllim və məktəblərin inkişafı üçün gözəl imkanlar yaradacaq"/EKSPERTLƏRİN RƏYİ

"Bu yenilik müəllim və məktəblərin inkişafı üçün gözəl imkanlar yaradacaq"/EKSPERTLƏRİN RƏYİ

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllimin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması aktual problem kimi

Müəllimin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması aktual problem kimi

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Erkən gənclik yaşının xüsusiyyətləri - "Mən kiməm?"

Erkən gənclik yaşının xüsusiyyətləri - "Mən kiməm?"

Müasir dövrdə həyatın tələbləri və təlimin məqsədləri

Müasir dövrdə həyatın tələbləri və təlimin məqsədləri

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

İstedadlı uşaqlarla aparılan praktik işin təlim aspektləri

İstedadlı uşaqlarla aparılan praktik işin təlim aspektləri

Azərbaycanda peşə təhsili 3 pilləli olacaq?- EKSPERT RƏYİ

Azərbaycanda peşə təhsili 3 pilləli olacaq?- EKSPERT RƏYİ