Xəbərlər
16 avqust 2019
2 804


İlahiyyat İnstitutu yeni tələbələri qeydiyyatdan keçməyə çağırdı

İlahiyyat İnstitutu yeni tələbələri qeydiyyatdan keçməyə çağırdı

 

 
Azərbaycan İlahiyyat İnstitutuna 2019-2020-ci tədris ili üzrə qəbul planı 100 faiz dolub. Bu barədə Modern.az-a institutdan bildirilib.


Ödənişsiz əsaslarla həyata keçirilən qəbulda İslamşünaslıq ixtisası üzrə 36, Dinşünaslıq üzrə 36 nəfər olmaqla, ümumilikdə, 72 abituriyentin qəbulu baş tutub. 2019-2020-ci tədris ili üzrə İslamşünaslıq ixtisasına minimum keçid balı 200, Dinşünaslığa isə 292 olub.


Qeyd edək ki, 2019/2020-ci tədris ilində Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunan abituriyentlərin qeydiyyatı artıq başlanıb. Qeydiyyatdan keçməyən abituriyentlər ixtisasları üzrə təhsil almaqdan imtina etmiş sayılırlar.


Sənədlərin qəbulu 2019-cu il avqust ayının 15-dən 27-dək hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Yasamal rayonu Əhməd Cəmil küç., 41A ünvanında (Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binası) aparılır.


Bütün abituriyentlər qeyd olunan tarixlərdə aşağıdakı sənədləri təqdim etməklə, Azərbaycan İlahiyyat İnstitutunda qeydiyyatdan keçməlidirlər:

 

Tam orta təhsil haqqında sənədin (Attestat) əsli və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli (kollec və ya ali təhsil müəssisəsinin 2017-2018-ci tədris ili məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında Arayış və ya Diplom).
Abituriyentin Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunması ilə bağlı DİM-in müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (DİM-in saytından çap edilir) (3 nüsxə).
Şəxsiyyət Vəsiqəsinin əsli və surəti (3 nüsxə). 
İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin əsli və surəti (oğlanlar üçün) – 3 nüsxə.
Tibbi (sağlamlıq haqqında) arayış (Forma 086).
Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə – 6 ədəd.
Həmçinin qeydiyyat zamanı tələbənin iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN) özündə olmalıdır.
 


Sənəd qəbulu zamanı abituriyent öz ərizəsinin təsdiq olunması üçün iş nömrəsini və şifrəsini təqdim etməklə, mütləq surətdə elektron qeydiyyatdan keçməlidir.


Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutu 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu həyata keçirib. İnstituta tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə – İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə aparılıb.






Загрузка...
Həmçinin oxuyun:
İlahiyyat İnstitutunda neçə tələbə təhsil alacaq? - Açıqlama

İlahiyyat İnstitutunda neçə tələbə təhsil alacaq? - Açıqlama

Azərbaycan İlahiyyat İnstitutuna 60 tələbə qəbul edildi

Azərbaycan İlahiyyat İnstitutuna 60 tələbə qəbul edildi

AMEA-nın magistraturasına qəbul olan bakalavrların nəzərinə!

AMEA-nın magistraturasına qəbul olan bakalavrların nəzərinə!

Nəticələr açıqlandı - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu

Nəticələr açıqlandı - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu

Tələbə adı qazananların nəzərinə: DİM abituriyentlərə çağırış etdi

Tələbə adı qazananların nəzərinə: DİM abituriyentlərə çağırış etdi

Bu sənədləri təqdim etməmək təhsildən imtina kimi qiymətləndiriləcək

Bu sənədləri təqdim etməmək təhsildən imtina kimi qiymətləndiriləcək

Bu ixtisasa hər abituriyent qəbul ola bilməyəcək

Bu ixtisasa hər abituriyent qəbul ola bilməyəcək

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

Magistraturaya qəbul olan bakalavrların nəzərinə!

Magistraturaya qəbul olan bakalavrların nəzərinə!

Prezident İlahiyyat İnstitutuna rektor təyin etdi - SƏRƏNCAM

Prezident İlahiyyat İnstitutuna rektor təyin etdi - SƏRƏNCAM

Azərbaycan İlahiyyat İnstitutu dünyəvi təhsil müəssisəsidir.

Azərbaycan İlahiyyat İnstitutu dünyəvi təhsil müəssisəsidir.

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb

DİN əyani təhsil üzrə kursantların qəbulunu elan edir

DİN əyani təhsil üzrə kursantların qəbulunu elan edir

Daxili Qoşunların Ali Hərbi Məktəbinə növbəti tədris ili üçün tələbə qəbulu qaydaları açıqlanıb

Daxili Qoşunların Ali Hərbi Məktəbinə növbəti tədris ili üçün tələbə qəbulu qaydaları açıqlanıb

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

Polis Akademiyasına 150 kursantın qəbulu üçün müsabiqə elan olundu

Polis Akademiyasına 150 kursantın qəbulu üçün müsabiqə elan olundu

Müəllim adını qazananların sayı AÇIQLANDI

Müəllim adını qazananların sayı AÇIQLANDI

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

DİM ali təhsil müəssisələrinə tələbə qəbulu elan edir

DİM ali təhsil müəssisələrinə tələbə qəbulu elan edir

İlahiyyat İnstitutu yalnız İslam üzrə kadr hazırlamayacaq - Rəsmi

İlahiyyat İnstitutu yalnız İslam üzrə kadr hazırlamayacaq - Rəsmi

Kolleclərə qəbul olmaq üçün 12 mindən çox abituriyent ixtisas seçimi edib

Kolleclərə qəbul olmaq üçün 12 mindən çox abituriyent ixtisas seçimi edib

Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir

Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir