Psixoloq / Valideyn
14 iyul 2016
7 547


QAVRAMA VƏ TANIMA

QAVRAMA VƏ TANIMA

 


Alimlər müəyyən ediblər ki, qavrama və tanıma insan şüurunun təbii xassəsidir və dərk etmə, təsəvvür, təfəkkür onlara əsaslanır.
Qavrama ilə duyğu arasında fərq vardır. Duyma prosesində predmet və hadisələri bilavasitə, vasitəçi olmadan sinir sistemindən cavab "hasil edir”: məsələn, insan isti, soyuq, aclıq, susuzluq və s. hiss edir. Bu zaman onun daxili "mən”i sanki passivdir. Lakin insan bir predmeti digərindən ayırmaq istəyəndə və ya ayrı-ayrı duyğuları nizamlamaq və birləşdirmək istəyəndə, dərhal onun əqli qabiliyyətləri işə düşür. Burada insan şüurunun gücü və fəallığı özünü göstərir. Qavrama və tanıma hadisəsində əsas rol fərqləndirmə və təyin etməyə məxsusdur. Kimsə deyəndə ki, "Mən bu kitabı tanıyıram” və ya "mən bu adamla tanışam”, bu o deməkdir ki, o həmin kitabı başqa kitablardan və ya həmin adamı başqa adamlardan fərqləndirmək qabiliyyətinə malikdir.
Əqli fəallıq özünü təkcə maddi dünyaya münasibətdə deyil, mücərrəd, qeyri-maddi dünyaya münasibətdə də göstərir: insan şüuru ideyaları da bir-birindən ayırmaq qabiliyyətindədir.
Digər tərəfdən, əqli fəallıq, əqli qabiliyyətlər predmetlərin ümumi xassəsini təyin etməyə və onları təsnifləşdirməyə, qavranılmış predmetləri müəyyən qrupa və ya sinifə daxil etməyə kömək edir. Məhz bu yol kateqoriyaların formalaşmasına doğru aparır və insan fəaliyyətinin elm kimi əhəmiyyətli sahəsini inkişaf etdirməyə imkan verir. Məsələn, insan bir cisim görür və özlüyündə soruşur: "Bu nə predmetdir?” və həmin an o, həmin predmetin başqa predmetlərlə əlaqə və qarşılıqlı təsirini təsəvvürünə gətirir. Sonra belə bir nəticəyə gəlir ki, "yeni” predmet "ağac” adlanan predmetlər kateqoriyasına aiddir, çünki hər cəhətdən onlara oxşayır. İnsan qavradığı predmeti müəyyən qrupa aid etdikdən sonra, o, fikrində ona ad qoyur.
Qavrama və tanıma prosesi, beləliklə, aşağıdakılardan ibarətdir: bir tərəfdən bu müxtəlif predmetlər arasında əlaqələrin dərk edilməsi, onları qruplaşdırılması və kateqoriyalara ayırması; digər tərəfdən isə predmetlərin müxtəlif xassə və keyfiyyətlərinin dərk edilməsidir. Daha dəqiq ifadə etsək, insan predmetin başqa predmetlərlə eyniliyini və ya fərqini müəyyən edərək, həmin an əminliklə deyə bilir ki, "bu predmet – kitabdır”, "bu – mürəkkəbdir”, " bu qələmdir, bu isə vərəqdir”.
Təbiətən güclü əql, əgər o üstəlik intizamlı və təlim prosesində kifayət qədər inkişaf etmişsə, naməlum hadisələri və səbəbləri dərk etmək, müxtəlif elmlərin sirlərini açmaq qabiliyyətindədir. Dünyaya dahi insan formasında təzahür edən geniş bilikli və kamil şüur, predmetlər arasında mövcud olan gizli əlaqələri təyin etmək qabiliyyətindədir, hansı ki, bunu etmək normal intelektə sahib insanların imkanı xaricindədir.
Bizi izləyin, uşaqların əqli inkişafı ilə əlaqədar paylaşımlarımız davam edəcək.
İlqar Məmmədov  " Analar,atalar,uşaqlar "
Məqalə Göndər








Загрузка...