Psixoloq / Sinif rəhbəri / Müəllim
20 oktyabr 2016
5 010


XƏTALARA GÖZ YUMUN

XƏTALARA GÖZ YUMUN

 


Valideynlər uşaqları kiçik səhvlərə və xətalara görə cəzalandırmaqla çox böyük səhvə yol vermiş olurlar, halbuki onlara diqqət yetirməmək də olar. Atalar və analar əksər hallarda uşağın hərəkətlərində və ya danışığında hər hansı xəta və ya səhv görəndə üstünə düşür və onu cəzalandırmağa çalışırlar. Onlar bu zəif fidanlarının xəcalət çəkməsini, həyəcan keçirməsini və öz gücünə inamını itirməsini görəndə, bundan hətta zövq alırlar.
Təkcə öz görkəmi ilə ceyranı vahiməyə salan daşürəkli aslan kimi, valideynlər, zəif və köməksiz uşaqlara nəzər salmaqla öz güc və hakimiyyətinə sevinirlər. Bu cür mövqe o dərəcədə mənfurdur ki, insaniyyət və məhəbbət naminə hər bir ailədə rədd edilməlidir. Yalnız pis olana diqqət yetirilərsə, bəs uğur qazanmaqdan ötrü uşaq gücü haradan almalıdır?
Uşaq məktəbdə qələmini sinif yoldaşına verir. Çətinliyə düşmüş dosta kömək etməyi təbii hesab edən böyüklər də iltifat və yumşaqürəklilik nümayiş etdirərək çox vaxt bu cür hərəkət edirlər. Uşaq evə qayıdanda, anası narazı halda ondan qələmin yerini öyrənmək istəyir.
"Doğru olanı desəm, mütləq söyüləcəyəm", - oğlu düşünür, - "əgər deməsəm, bu yalan olacaq. Atam, anam və ümumiyyətlə, hamı deyir ki, yalan danışmaq günahdır və heç bir halda yalan danışmaq olmaz”
Nəhayət, uşaq o nəticəyə gəlir ki, indiki vəziyyətdə o, kiçik yalana əl atmalı və bununla da "sərt” ananın tükənmək bilməyən suallarından canını qurtarmalıdır. Tez seçim edərək, uşaq anasına deyir ki, qələmi məktəbdə itiribdir. Bir neçə gündən sonra ana təsadüfən oğlunun sinif yoldaşından oğlunun qələmi dostuna verdiyini öyrənir və aldadıldığını başa düşür. Sonrakı hadisələri təsəvvür etmək yəqin ki, çətin olmaz. Məktəbdən qayıtmış uşaq kiçik qardaşı və bacısı ilə nahar stolunun arxasında oturur. Ana düşmən qalasını zəbt etməyə hazırlaşan qəsbkar kimi hücuma keçir və uşaqdan soruşur: "iki gün əvvəl səndən qələmini soruşanda mənə nə cavab verdiyini təkrar et!”. Bu zaman uşağın məhbəsə salınmış cinayətkar tək "ittihamçının” və "məhkəmənin” qərarını dinləməkdən başqa alternativi qalmır. O, təlaş içində anasına baxır və lakin susmaqda davam edir.

XƏTALARA GÖZ YUMUN

 


Ana təkidlə sualını təkrar edir:
" Qələmini nə etmisən ?”
- Mən dedim axı, onu məktəbdə itirmişəm. Bir ucuz qələmdən ötrü məni niyə bu qədər sorğu-suala çəkirsən ?
- Əlbəttə, - ana cavab verir, - qələmin elə bir qiyməti yoxdur. Məni qələm heç narahat etmir. Məni narahat edən sənin davranışındır. Sənin hərəkətlərin mənim üçün daha əhəmiyyətlidir nəinki qələm. Ona görə də mənə de görüm qələm
haradadır ?
- Mən onu məktəbdə itirmişəm.
- Sən yalan danışırsan, - ana hirslə qışqırır.- Boynuna al, sən onu dostuna vermisən. Niyə sən bunu məndən gizlətmisən? Neçə dəfə sənə demişəm ki, yalan danışmaq olmaz? Yalan danışmaq günahdır....
Yəqin ki, uşaq özünü müdafiə etməkdən ötrü ağzını açmağa imkan tapmamış, ana onun haqqında düşündüklərinin hamısını deyəcək və onun bu kiçik səhvini bağışlanılmaz qəbahət olduğunu söyləyəcəkdir. Ruhdan düşmüş, göz yaşlarını güclə saxlayan qəlbi qırılmış uşaq məktəbə qayıdacaqdır.
Uşağın cəzalanmaq qorxusu altında həqiqəti gizlətməsi valideynlərin tərbiyə prosesində artıq səhvə yol verdiklərindən xəbər verir. Uşaqların kiçik səhvlərinə və xatalarına göz yumulmalıdır və onlar sərtliyə və amansızlığa yol verilmədən ağılla və tədbirlə düzəldilməlidir. Oxatan ağac budağından ox düzəltmək istəyirsə, onu qayğı və ehtiyatla əyməlidir ki, sınmasın.
Uşağı pərt etmək və ağlama həddinə çatdırmaq düzgün olmayan hərəkətdir və valideynlər istənilən vəziyyətdə səbrli olmalı, uşağın davranışında "düzgün olmayan” hər hansı bir şeyi sezəndə o dəqiqə onun üstünə atılmamalıdırlar. Əgər uşaq haqsızsa, təmkin və səbrlə uğursuzluğun səbəbi araşdırılmalı, səhvin pedaqoji vasitələrlə düzəldilməsinə cəhd edilməli, kobudluq və qəddarlıqdan, əsassız tənqiddən qaçılmalıdır. Valideynlərin uşağa şüurlu şəkildə yalana əl atdığını sübut etmələrinin nəticəsi yaxşı olmayacaqdır.
İlqar Məmmədov
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

Valideyinlərə Pedaqoji məsləhət -1 ÇALIŞIN FİKİR BİRLİYİNƏ ÇATASIZ

Valideyinlərə Pedaqoji məsləhət -1 ÇALIŞIN FİKİR BİRLİYİNƏ ÇATASIZ

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

6 PEDAQOJİ MƏSLƏHƏT-  İNTİZAM VƏ QAYDA

6 PEDAQOJİ MƏSLƏHƏT- İNTİZAM VƏ QAYDA

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

UŞAQLARLA BÖYÜKLƏR KİMİ DAVRANMAYIN !

UŞAQLARLA BÖYÜKLƏR KİMİ DAVRANMAYIN !

UŞAQLIQ İLLƏRİ VƏ VƏRDİŞLƏRİN GÜCÜ

UŞAQLIQ İLLƏRİ VƏ VƏRDİŞLƏRİN GÜCÜ

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

6 PEDAQOJİ MƏSLƏHƏT - VİCDAN

6 PEDAQOJİ MƏSLƏHƏT - VİCDAN

Altı PEDAQOJİ Məsləhət -MƏNƏVİYYAT

Altı PEDAQOJİ Məsləhət -MƏNƏVİYYAT

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

ALTI PEDAQOJİ MƏSLƏHƏT- ƏDƏB

ALTI PEDAQOJİ MƏSLƏHƏT- ƏDƏB

Uşaqlarda davranış pozuntuları... PROBLEM

Uşaqlarda davranış pozuntuları... PROBLEM

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

“Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.

“Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Sizcə uşağınınızı kifayət qədər başa düşürsünüzmü?

Sizcə uşağınınızı kifayət qədər başa düşürsünüzmü?

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Cəmiyyəti bu günə müəllim qoyub ? - Şəmil Sadıq

Cəmiyyəti bu günə müəllim qoyub ? - Şəmil Sadıq

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Şəmil Sadıq - İçi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağlamaqla özlərini müəllim kimi göstərməyə çalışırlar…

Şəmil Sadıq - İçi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağlamaqla özlərini müəllim kimi göstərməyə çalışırlar…

Məktəblilər üçün əxlaq və davranışa aid 41 qızıl qayda

Məktəblilər üçün əxlaq və davranışa aid 41 qızıl qayda

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?