Qabaqcıl təcrübə
27 may 2016
6 719


Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

Şagird təfəkkürünün aktuallaşdırılması yollarından biri oyun xarakterli dərslərin keçirilməsidir. Bu tip dərslər ibtidai sinif şagirdlərinin yaddaşında qalması üçün daha əlverişli və səmərəlidir.
Fəal dərsdə, motivasiyanın dərsin vacib komponenti olduğunu bilərəkdən oyun xarakterli dərsləri elə qurmaq lazımdır ki, şagirdlərin təfəkkür prosesini hərəkətə gətirən və onların idrak fəallığına təkan verən bir proses olsun.

Şagirdlər hər hansı bir mətni hissə-hissə oxuyur. Sonra sinifə müraciət olunur:

-Gəlin bu mətni dram əsərinə çevirək.

İlk növbədə şagirdlərin fikirləri qiymətləndirilir. Hər bir şagird öz düşüncə dairəsinə uyğun rollar tərtib edir, fikirlər müzakirə edilir, yaxşı təkliflər irəli çəkilir.

Dərsin oyun xarakterli olmasının mahiyyəti ondadır ki,şagirdlərin yaddaşının yeni elmi biliklərlə zənginləşdirilməsinə deyil, həm də təfəkkürünün müntəzəm inkişaf etdirilməsinə gətirib çıxarır.

Bu işdə müəllim yeni islahatdan irəli gələn şəxsiyyətyönümlü dərs aparmalı, şagirdlərə ən mühüm olan həyati bacarıqlar və vərdişlərin aşılanmasını dəqiqliklə çatdırmağı bacarmalıdır.

Sinif müəllimi əlavə materiallardan və özünün pedoqoji-psixoloji potensialından dəqiq və yerində istifadə etməyi bacarmalıdır.

Yeni texnologiyaların interaktiv priyomlarını bilməli və onlardan istifadə etməyi bacarmalıdır.

Bu gün hər bir müəllim təlim prosesində yenilik gətirmək üçün mühafizəkar olmalı, şagirdlərlə əməkdaşlıq etməli və bütün təlim üsullarından istifadə etməlidir.
Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki roluMüəllim ilk növbədə səbirli və təmkinli olmalıdır. Şagirdlərin fikrinə münasibət bildirilməli və öz yaradıcılığından istifadə edərək onların fikirlərini müəyyən bir nöqtəyə gətirməlidir. Yəni şagirdlərin fikrini düzgün istiqamətə yönəltməlidir.
Hər bir müəllim öz yaradıcılığını dərsə tətbiq etməlidir. Bu tətbiqetmə müxtəlif növ ola bilər.
Mən də öz pedoqoji yaradıcılığımda oyun xarakterli dərslərə üstünlük verirəm. Bu üsuldan Azərbaycan dili, riyaziyyat, həyat bilgisi dərslərində istifadə etdikdə, şagirdlərin hər hansı bir mövzunu daha tez yadda saxlamalarının şahidi oluram.
Azərbaycan dili dərsində morfologiya bölməsini I sinifdən tədris etməyə başlayırıq. Praktik şəkillərlə başlanan bu bölmə sonrakı siniflərdə daha geniş keçirilməyə başlayır. İbtidai təhsilin son siniflərində artıq isimin hallanmasını şagirdlərə öyrədirik.
İsimin hallanması mövzusunu keçərkən "Hallar arasında mübarizə” adlı bir alleqorik şeirə müraciət etdim və halları rollarla şagirdlərə payladım.Ş agirdlər çox maraqla bu tapşırığı yerinə yetirdilər. Nəticədə şagirdlər isimin hallarını dəqiq sıralayır və şəkilçilərin hər birinin yerini tez öyrəndilər.
Belə üsullardan bütün dərslərdə istifadə etmək lazımdır.
Həyat bilgisi dərsində göyqurşağını şagirdlərə öyrədərkən də oyun xarakterli dərsdən istifadə etmişəm və yaxşı nəticə əldə etmişəm.
Şagirdlər göyqurşağının rənglərinin sıralanmasını çox vaxt çətin yadda saxlayırlar. Bu zaman sinifə belə bir əhvalat danışıram:
-Uşaqlar, Səlim maşını idarə edə bilmir. Lakin o maşına minib onu işə salır. Nə qədər çalışırsa da onu saxlaya bilmir. Maşın isə daha bərk şütüyür
-Müəllim: İndi gəlin bu hadisəni bir cümlə ilə ifadə edək.

Şagirdlər müxtəlif cümlələr söyləyirlər. Müəllim cümləyə düzəliş verir və nəticədə belə bir cümlə alınır: Qaldı neyləsin Səlim yolda maşın gedir bərk.

-Uşaqlar,bu cümlədə neçə söz var?

-Yeddi söz deyə şagirdlər cavab verirlər.

Yeddi nəfər lövhəyə çağırılır və onlara hərənin bu sözlərdən birini yazması tapşırılır. Hərə öz yazdığı sözün birinci hərfi ilə başlanan rəng adını çəkir. Qaldı (qırmızı), neyləsin (narıncı), Səlim (sarı), yolda (yaşıl), maşın (mavi), gedir (göy), bərk (bənövşəyi).
Nəticədə hər bir rəngin düzgün sıralanmasını əldə edirik.

Bu tip dərslər şagirdlər üçün maraqlı və düşündürücüdür. Şagirdləri düşünməyə vadar edir və onların nitqini, öz fikirlərini çəkinmədən başqalarına çatdırmağa həvəsləndirir. Gördükləri və təxəyyüllərində yaratdıqları hər hansı hadisələri cümlələr qurmaqla ətrafdakılara çatdırmaq bacarığı bu tip dərslərdə daha da inkişaf etdirilir. Şagirdlər belə dərslərdə şən və özünə inamlı olurlar. Bu tip dərslər şagirdyönümlü olur.
Afət Hacıbala qızı,
Azərbaycan Milli Konservatoriyası tərkibində
Respublika İncəsənət Gimnaziyasının  ibtidai sinif müəllimi  ( Təhsil Problemləri )






Загрузка...
Həmçinin oxuyun:
İnteqrasiyanın dərslərdə rolu  Tövsiyyə

İnteqrasiyanın dərslərdə rolu Tövsiyyə

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDA

Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDA

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.

Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Motivasiya nədir? - KURİKULUM

Motivasiya nədir? - KURİKULUM

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Metodbirləşmələr

Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

Fəal dərsin təşkili....Dəyirmi masa

Fəal dərsin təşkili....Dəyirmi masa

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Dərsin məqsədi  şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO

Dərsin məqsədi şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO

İslamda  Müəllimin  sinifdə  üzərinə  düşən  vəzifələr....

İslamda Müəllimin sinifdə üzərinə düşən vəzifələr....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

.Sinifin ad gününü qeyd etmək  , Xeyriyyə günləri , Dəyirmi masalar-Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

.Sinifin ad gününü qeyd etmək , Xeyriyyə günləri , Dəyirmi masalar-Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

Pedaqoji təcrübə - dəyirmi masa..

Pedaqoji təcrübə - dəyirmi masa..

4-cü sinif şagirdlərinə "Kalaşnikov dərsi": Bizdə də olsun

4-cü sinif şagirdlərinə "Kalaşnikov dərsi": Bizdə də olsun