Qabaqcıl təcrübə
08 iyun 2016
28 601


Müəllimin pedaqoji ustalığı

        Müəllimin pedaqoji ustalığıMüəllimin pedaqoji ustalığı                                      Müəllim psixoloji-pedaqoji qanunauyğunluqları mükəmməl bilən əməli fəaliyyətini uğurla həyata keçirən, fəal təlim texnologiyalarından düzgün istifadə edən öyrənənləri (şagirdləri) tədqiqata sövq etdirən və bir çox mühüm didaktik tələbləri reallaşdıran şəxsiyyətdir. Yüksək mənəvi keyfiyyətləri özündə cəmləşdirən müəllimin pedaqoji ustalığının əsas göstəricisi onun gündəlik təlim fəaliyyətinin nəticəsidir. Müəllimin pedaqoji ustalığı eyni zamanda onun qazanmış olduğu nüfuzu şərtləndirir. Müəllimin nüfuzu şagirdlərə təsiri ilə seçilən, qərar qəbul etmək, qiymət qoymaq, məsləhət vermək hüququ verən xüsusi peşə mövqeyidir
 Müəllim nüfuzunu yüksək şəxsi və mütəxəssis keyfiyyətlərinə görə müəyyənləşdirərkən aşağıdakılar əsas götürülür:
* Tərbiyə etdikləri ilə demokratik əməkdaşlıq tərzi;
* Başqasının dərdinə şərik ola bilmək;
* Açıq ünsiyyət qurmaq bacarığı;
* Müsbət konsepsiyaya malik olmaq, onu daim təkmilləşdirmək;
* Hərtərəfli biliyə sahib olmaq istəyi;
* Səriştəli, ədalətli, mehribanlığı və ümumi mədəniyyətə yiyələnməsi.
Müəllim üçün pedaqoji etikanın predmeti olan düşüncə, davranış, münasibət və fəaliyyətində əxlaqının əks olunmasıdır. Qeyd olunan bütün keyfiyyətlər müəllim şəxsiyyətinin formalaşmasına xidmət edərək onun pedaqoji ustalığının tamlığını təmin edir.
Pedaqoji prosesdə müəllimin ustalığını dəyərləndirmək çox çətindir. Burada təsir imkanlarına malik olan çoxsaylı amillər vardır. Çox vaxt istedadlı müəllim pedaqoji fəaliyyətində ustalıq nümayiş etdirə bilmir. Pedaqoji ustalıq qeyri xətti olub onun əsaslarına yiyələnmək lazımdır. Konkret olaraq pedaqoji ustalığı xarakterizə etmək mümkün deyil. Zəngin bilik, praktik bacarıq bu işdə müəllimin pedaqoji usta olduğunu sübut etməkdə kifayət etmir. Əsas məsələ iki hərtərəfli müəllim (öyrədən) və şagird (öyrənən) arasında qarşılıqlı münasibətin səviyyəsi ilə həll olunur. Pedaqoji prosesdə qarşıya qoyulan təlim məqsədlərinin (tərbiyəedici, təhsilləndirici və inkişafetdirici) reallaşdırılmasında yaranan maraqların (hər iki tərəfin) üst-üstə düşməsi vacib amillərdəndir. Yəni əməkdaşlıq pedaqogikasından bacarıqla istifadə olunmalıdır.
Müəllimin professional bilikləri onun pedaqoji ustalığının əsasıdır. Onun biliklərinin məzmununa tədris etdiyi fənni, metodikanı, psixologiya və pedaqogikanı aid etmək olar.
Pedaqoji ustalığı müəllimin özünəməxsus qabiliyyətləri ilə bağlıdır. Müəllimin ən başlıca qabiliyyəti onun bütün digər qabiliyyətlərini birləşdirən əsas obyektə, formalaşan şəxsiyyətə (şagird) qarşı olan həssaslığıdır. Bizə məlum olan didaktik, akademik, konfruktivlik, qostik-idraki qabiliyyətlərin hər birinin həssaslıqla əlaqəsi vardır.
Təlim fəaliyyətinin quruluşunu ahəngdar edən bütün təsir vasitələrinin kompleksini pedaqoji texnika təşkil edir.
Pedaqoji ustalığı nümayiş etdirən müəllim təlimin səmərəsini artırmaq üçün təsir vasitələrinə daxil olan elementləri bir-biri ilə sıx əlaqələndirməyə nail olur.Pedaqoji ustalığa təsir göstərən, onun keyfiyyətini yüksəldən mühüm amillər kimi müəllimin bu prosesdə başlıca vəzifəsinin yerinə yetirilməsi məharətidir.
Uzun illər pedaqoji fəaliyyətim və idarəetməyə rəhbərliyimdən keçən müddət ərzində ən çox diqqətimi cəlb edən məsələ məhz vəzifə borcumun həllində qarşıya çıxan problemlərə (situasiyalar) və onların həllinə nail olmaq olmuşdur. Çünki, mövcud pedaqoji situasiyanı yeni mərhələyə keçirib, dəyişdirmək, başqa şəklə salmaq, fəaliyyətin məqsədinə yaxınlaşdırmaq zərurətini qarşıya qoyur.
Hər gün rəhbərlik etdiyim Lənkəran rayonu Ədalət Hüseynov adına Vilvan kənd tam orta məktəbində təhsil alan 530 şagirdin təlim-tərbiyəsi ilə məşğul olan, peşəsini sevən 75 müəllim pedaqoji fəaliyyət zamanı mütləq situasiyalarla üzləşirlər. Məktəb direktoru kimi həmin situasiyaların pedaqoji fəaliyyətin fəlsəfəsindən irəli gəldiyini yaxşı dərk edirəm. Demək dünyanın bütün təhsil müəssisələrində pedaqoji situasiyalar vardır. Bir şagirdin dərsə gecikməsi, digərinin ev tapşırıqlarını etməməsi, dərsə hazırlıqsız gəlməsi və s. bütün bunlar pedaqoji situasiyalardır.
Müəllimin pedaqoji ustalığı situasiyaları aradan qaldırmaq üçün aşağıdakı zəruri addımların atılmasını təmin edir:
* Strateji xarakterli vəzifələr (şagirdlərdə məsuliyyətlilik, təşkilatçılıq hisslərini nə cür formalaşdırmalı);
* Taktiki xarakterli vəzifələr (dərsdə şagirdlərin idraki fəaliyyətinin aktivləşdirilməsi, biliklərin hesaba alınması və nəzarəti üzrə vasitələrin işlənib hazırlanması);
* Situativ xarakterli vəzifələr (dərsə gecikən, dərsini oxumayan, dərsdə kənar işlə məşğul olan şagirdlərə nə cür reaksiya verməli və s.).
Pedaqoji ustalığı formalaşdırmağın əsas yolu müəllimin özünütərbiyəsidir.
Böyük rus yazıçısı L.Tolstoy öz yaddaşını tərbiyə etmək üçün hər gün məşğul olmuşdur. O, günah iş görəndə özünə tənqidi məktub yazardı. Böyük sərkərdə A.Suvorov düzgün iş tutmayanda özünü həbs edirdi.
Müəllim özünütərbiyə ilə ciddi məşğul olmalı, öz geyiminə, hərəkətlərinə, səliqə-səhmanına, danışığına daim fikir verməli, şagirdlərinə yaxşı nümunə göstərməyə çalışmalıdır.
Böyük rus pedaqoqu K.Uşinski müəllimin özünütərbiyəsi üçün qaydaları aşağıdakı kimi müəyyən etmişdir:
* Tam sakitlik;
* Sözündə və hərəkətində səmimilik;
* Düşünülmüş hərəkətlər;
* Qətiyyətlilik;
* Özün haqda vacib olmadıqda danışmamaq;
* Vaxtını mənasız keçirməmək, vacib olanı etmək;
* Yalnız ən vacib və xoş olanı etmək, ehtirasa uymamaq;
* Hər axşam öz hərəkətləri haqqında özünə hesabat vermək;
* Gördüyün, görəcəyin işlər haqqında heç vaxt öyünməmək.
Hər bir müəllim bu qaydaları müasirlik baxımından təhlil etməli və onlara yaradıcı yanaşmaqla əməl etməyə müvəffəq olmalıdır.
Pedaqoji ustalığın mühüm elementlərindən biri də estetik hisslərdir. Məlumdur ki, şəxsiyyətin mənəvi aləmi çoxtərəfli, fasiləsiz həyəcanlardan ibarətdir. Hisslər insanın bütün duyğularını, münasibətlərini əhatə edir. Müdriklərin dediyi kimi, şəxsiyyət tam şəkildə hisslərində təzahür edir.
Müəllimin pedaqoji ustalığı təfəkkürün və hisslərin ahəngdarlığına əsaslanır. Yalnız uşağın daxili aləminə təsirin pedaqoji qanunlarına yiyələnmiş müəllim onun estetik təhsili və tərbiyəsini təmin etmiş olur.
Müəllimin pedaqoji ustalığını şərtləndirən cəhətlərdən biri də fəal təlim texnologiyalarından bacarıqla istifadə etməkdir. Pedaqoji texnika ilə müşahiyyət olunan prosesdə müəllimin təlim, tərbiyə, təhsil və inkişaf problemlərinin həlli səmərəli şəkildə gerçəkləşir.
Sevindirici hal ondan ibarətdir ki, rəhbərlik etdiyim məktəbdə çalışan müəllimlərin hər biri özünəməxsus pedaqoji ustalığı ilə şagirdlərin zəruri bilik və bacarıqlar qazanmasına yönəlmişdir. Uzun illər yararsız, yardımçı tədris binalarında pedaqoji prosesi həyata keçirən kollektiv 2013-2014-cü dərs ilindən etibarən dünya standartlarına uyğun üç mərtəbəli yeni məktəbdə böyük ruh yüksəkliyi ilə peşəkarlıq nümayiş etdirərək göstərilən diqqət və qayğıya görə ölkə başçısına miqnnətdarlıqlarını bildirirlər. Hər il məktəbi bitirən şagirdlərimizin respublikanın nüfuzlu ali məktəblərə yüksək balla daxil olmaları müəllimlərimizin təlim əməyinin nəticəsi kimi dəyərləndirilməlidir. Təhsil islahatında kurikulumun tətbiqi müəllimin pedaqoji ustalığının artırılmasını reallaşdırmışdır. Məktəbdə I-VI siniflər üzrə tədris aparan müəllimlərin, xüsusi təlim kurslarından keçmələri – onların fəal təlim texnologiyalarından bacarıqla istifadə etmək imkanlarını artırmışdır. İndi müəllimlərin peşəkarlıq imkanlarının artırılması üçün geniş imkanlar vardır. Məktəbimizin təcrübəli dil-ədəbiyyat müəllimi İlahə Rəhimovanın bu sahədə xüsusi bacarıq və istedad nümayiş etdirməsi təqdirə layiqdir. Ötən dərs ilində İlahə müəllimin "İlin müəllimi” müsabiqəsinin bütün mərhələlərində müvəffəqiyyətlə iştirak edərək pedaqoji ustalıq göstərməsi fikrimizi təsdiqləyir.
Azərbaycanın dövlət müstəqilliyi getdikcə möhkəmlənir və sürətlə inkişaf edir.
Ulu öndər Heydər Əliyev demişdir: "Biz öz milli-mənəvi dəyərlərimizlə öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”. Müasir məktəbin qarşısında duran başlıca vəzifə pedaqoji ustalığa yiyələnən hər bir müəllimin, şagirdlərin milli-mənəvi dəyərlərin dərindən öyrənilməsinə və Azərbaycana böyük məhəbbət ruhunda tərbiyəsinə nail olmaqdır.
Əliniyaz Ağayev,Lənkəran rayonu, Ədalət Hüseynov adına Vilvan kənd tam orta məktəbin direktoru
 28 Fevral 2014  http://www.tehsilproblemleri.com/
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Pedaqoji  fəalliyətin köməyi ilə....

Pedaqoji fəalliyətin köməyi ilə....

Müəllimlər oxuyun !Pedaqoji  qabiliyyətin  yeddi  qrupu

Müəllimlər oxuyun !Pedaqoji qabiliyyətin yeddi qrupu

Müəllim  mühüm  peşə  keyfiyyətləri - Müəllimin  başlıca  silahı sözdür.

Müəllim mühüm peşə keyfiyyətləri - Müəllimin başlıca silahı sözdür.

Müəllim  pedaqoji  fəalliyətlə  peşəkarcasına  məşğul olan  insandır

Müəllim pedaqoji fəalliyətlə peşəkarcasına məşğul olan insandır

MÜƏLLİMLƏR OXUYUN !  Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

MÜƏLLİMLƏR OXUYUN ! Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Müəllimin ünsiyyət vasitələri....

Müəllimin ünsiyyət vasitələri....

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Düzgün qurulmuş müəllim - şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir.

Düzgün qurulmuş müəllim - şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir.

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?

Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?

Pedaqoji İdarəetmədə təhlil..

Pedaqoji İdarəetmədə təhlil..

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Metodbirləşmələr

Metodbirləşmələr