Qabaqcıl təcrübə
16 may 2016
6 804


.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

 .Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..
.Təhsildə mərkəzi və idarəetmə orqanları arasında planlaşdırma və hesabatvermə məsələləri ilə bağlı mövcud nəzəri modellər kontekstində təcrübənin təhlili göstərir ki, təhsil sisteminin idarəetmə mexanizminin köklü şəkildə yeniləşdirilməsinə ehtiyac duyulur. Etiraf etmək lazımdır ki, son dövrlərdə bu sahədə müəyyən təkmilləşdirmə işləri aparılsa da, təhsilin idarə edilmə mexanizmi ənənəvi strukturunu saxlamaqdadır. Xüsusilə təhsilin idarə edilməsində bütün təşəbbüslərin, yeniliklərin, nəzarətin və s. vahid mərkəzi aparat tərəfindən həyata keçirilməsi təhsildə tətbiq edilən ideyaların lazımi səviyyədə yerinə yetirilməsində başlıca maneə rolunu oynayır. Odur ki, təhsilin idarə edilməsində rasional idarəetmə prinsipinə keçilməsi daha məqsədəuyğundur. Bu prinsip idarəetmə iyerarxiyasında səlahiyyətlərin səmərəli bölgüsü üzərində paylanmasını, yuxarı təşkilatların aşağı təşkilatların işinə müdaxiləsini, onların mütəmadi şəkildə yoxlanılması və yersiz nəzarətə götürülməsini aradan qaldırır. 
 Təlim prosesinin təşkili və idarə olunmasına məsuliyyət daşıyan fənn müəllimlərinin fəaliyyəti müvafiq müddət (məsələn, ibtidai siniflərdə 4 illlik, yuxarı siniflərdə isə 5 illik) üçün nəzərdə tutulsun və növbəti müddətdə onların fəaliyyyət göstərmələrinə icazə verilməsi təlim göstəriciləri nəzərə alınmaqla, eləcə də təlimin məzmunu və təşkilinə həsr olunmuş təkmilləşdirmə kurslarından keçməklə verilsin. Müəllimlərin fəaliyyətinə məktəb və rayon təhsil işçilərinin müdaxiləsinin qarşısı alınsın. Tələblər elə qurulmalıdır ki, yeni elmi-metodik ideyalara yiyələnmək müəllimin daxili tələbatına çevrilsin.
.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli, özünüidarəetmə müxanizmi tətbiq olnmalıdır. Məktəb direktoru və müavinlərinin müəllimlərin işinə müdaxiləsi yalnız təlim-tərbiyə prosesinin düzgün aparılmadığı hallarda olmalıdır. Təhsilin idarəetmə iyerarxiyasında yuxarı təşkilatlar aşağı təşkilatlarla qarşılıqlı konstruktiv əlaqədə, birgə əməkdaşlıq və müqavilə əsasında işləməlidirlər. Yuxarı təşkilatlar bütün sahələrdə aşağı təşkilatlara peşəkar xidmət göstərməkdə kompleks yardım etməli, eyni zamanda, öz fəaliyyətlərinin məsuliyyətlə yerinə yetirilməsi üçün cavabdehlik hissini aşılamalıdır.
Araşdırmalar göstərir ki, təhsildə mərkəzi və yerli idarəetmə orqanlari arasında planlaşdırma və hesabatvermə strateji planlaşdırmada nəzərdə tutulmuş məsələlərin uğurla yerinə yetirilməsinə, məktəbdaxili idarəetmənin, müəllimtələbə, müəllim-şagird, müəllim-valideyn münasibətlərinin düzgün qurulmasına, təlim və tərbiyə prosesinin optimallaşmasına imkan verir və keyfiyyətin yüksəldilməsinə, operativ qərarların qəbul edilməsinə geniş imkanlar açir. 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun: