Sinif rəhbəri
10 may 2016
19 174


Psixoloji test - Şagirdlərin məktəb həyatından razılıq səviyyəsinin öyrənmə metodikası

Psixoloji test - Şagirdlərin məktəb həyatından razılıq  səviyyəsinin öyrənmə metodikası  
Şagirdlərin məktəb həyatından razılıq  səviyyəsinin öyrənmə metodikası

Məqsəd: Şagirdlərin məktəb həyatından razılıq  səviyyəsini təyin etmək
Aparılma qaydası: Şagirdlərə mülahizələri dinləmək təklif olunur və razılıq səviyyəsi aşağıdakı şkalaya uyğun təyin olunur:
4 – tam razıyam;
3 – razıyam;
2 – deməyə çətinlik çəkirəm;
1 – razı deyiləm;
0 – heç də belə deyil.

1) Məktəbə səhərlər sevinclə  gedirəm
2) Məktəbdə əhval ruhiyyəm yaxşı olur.
3) Bizim yaxşı sinif rəhbərimiz var
4) Məktəb müəllimlərinə kömək  üçün müraciət etmək olar
5) Mənim sevilmli müəllimim var
6) Sinifdə həmişə fikrimi söyləməkdən çəkinmirəm
7) Belə hesab edirəm ki, məktəbimizdə mənim istedadlarımın inkişafı üçün hər  
     bir şərait var.
8) Mənim xoşladığım fənlər var.
9) Belə hesab edirəm ki, məktəbimiz məni müstəqil həyata hazırlayır.
10) Yay tətilində  məktəb üçün darıxıram

Məlumatın emal olunması. Cavab verilmiş sualların balları toplanılır və sualların ümumi sayına bölünür.  "R” 3-dən çox olarsa  yüksək, az olarsa kiçik razılıq haqda söhbət gedə bilər.

 

Məqalə Göndər








Загрузка...