Direktor
25 yanvar 2017
2994

Təhsilin idarəedilməsi- REFERAT


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 Təhsilin idarəedilməsi- REFERAT

 

 Təhsilin idarəedilməsi- REFERAT


 

 


Giriş
Mən öz referatımda liderlik ,liderliyin qorunması və yaxşı lider olmaq haqqında məlumat verəcəyəm. Düşünürəm ki, lider olmaq və böyük kütləni öz fikirlərinin arxasınca aparmaq heç də asan iş deyil.Çünki insanlar,onların fikirləri, baxışları həmişə eyni olmur.Yaxşı lider dinləyən , düzgün qərar qəbul edə bilən və qərarı bacarıqla yerinə yetirə bilən biri olmalıdır.Üstəlik yaxşı liderin verdiyi qərar çoxluqla qəbul olunmalı və bəyənilməlidir. Liderliyin əsasını inam təşkil edir.  
 
Belə ki, insanlar liderə, onun qərarlarına və getdikləri yolun uğurla bitəcəyinə inanmasalar heç bir uğur əldə edə bilməzlər.Yaxşı lider həm də öz işləriylə nümunə olmalıdır. Çünki özünün bacarmadığını başqalarından tələb də edə bilməz.  Liderlik dəyişik şəkillərdə təyin oluna bilər. Bir lider ümumiyyətlə motivasiya edici, təsir edici, gözəl nümunələr verə bilən və yol göstərən adamdır. Liderlik etmənin gərəkləri arasında insan, təsir gücü, hədəf, və ünsiyyət olması lazımdır.

Məktəbdəki təhsil və təhsil fəaliyyətlərinin ümumi məqsədi bir ölkənin gələcəyi olan uşaqların bilik, bacarıq, davranış olaraq sağlam və məhsuldar şəkildə yetişmələrinə təmin etməkdir. Məktəbdəki təhsil, təhsil fəaliyyətlərinin başında məktəb rəhbərləri var. Məktəb rəhbərləri təsirli ola bilmək üçün həm rəhbərlik anlayışı və nəzəriyyələri həm də insan əlaqələri sahəsində bir sıra məlumat və bacarıqlara sahib olmaları lazımdır. Məktəbin məqsədlərini reallaşdıracaq , quruluşunu yaşadacaq və havasını qoruyacaq daxili elementlərin lideri məktəb idarəçisi olmalıdır.
 
Məktəb deyilən ictimai sistemin fərd və təşkilat ölçülərini tarazlıqda tuta bilməsi, məktəb rəhbərlərinin bir təşkilat mühəndisi qədər ictimai mühəndis olmasını tələb edir.Idarəçi məktəbin qanuni lideri, məktəbdə nüfuz və gücün ən əhəmiyyətli simvolu və sahibidir.
 
Liderlik anlayışı

Hər yazıçı liderliyi fərqli şəkildə təyin etməkdədir. Bu təriflərin hər biri liderliyi bir təsir gücü olaraq ifadə edir.
Liderlik, idarəetmə elminin bir mövzusu və iş həyatıyla əlaqədar bir anlayış olduğu qədər, psixoloji, sosioloji, siyasi, hərbi, fəlsəfi, tarixi bucaqlardan ələ alınıb analiz edilə bilən bir anlayışdır.Mənim fikrimcə isə liderlik insanların könüllü dəstəyini istənilən məsələdə səfərbər edə bilən, şəxsi keyfiyyətə əsaslanan bacarıqdır.

Təhsildə liderlik

Ədəbiyyatlara baxdığımız zaman təhsil liderliyi ilə əlaqədar bir çox təriflərə rast gəlirik.Bu təriflərdən üç tərif mənim "Təhsil lıiderliyi” haqqındakı fikrimlə təmamilə üst-üstə gəlir.

Təhsil liderliyi məktəb rəhbərinin klassik rol və liderlik anlayışını köklü bir şəkildə dəyişdirmişdir. Köhnə liderlik qaydalarında məktəb idarəçisinin bir sıra idarə rolları ön plana çıxarkən, təhsil liderliyində tədrisi inkişaf əhəmiyyət qazanmışdır
 
(Çelik, 1999:207). Çeliyin fikrincə təhsil liderliyinin ortaya çıxması əvvəllər mövcud olmuş məktəb idarəçiliyindən fərqli bir idarəçilik pirinsipini ortaya çıxarır .Yəni artıq direktor təkcə idarəçi deyil məktəbin maraqlarından çıxış edən,şagirdlərin maraqlarını müdafiə edən bir şəxsdir.Yəni təkcə idarə etmir həm də maraqları müdafiə edir.
 
Təhsil liderliyi mərkəzini yeddi funksiya meydana gətirər. Bunlar; koordinasiya, problem həll etmə, müəllim rəhbərliyi və müəllim inkişaf  etdirilməsi, müəllim qiymətləndirmə, öğrədici rəhbərlik və dəstək, qaynaq rəhbərliyi və keyfiyyətin idarə edilməsidir
 
(Jenkins 1991: 86). Jenkinsin fikrinə görə isə öyrədən həm problemləri həll etməyi bacarmalı , müəllimləri dəyərləndirmə-ləri,dəstəkləməli və həvəsləndirməlidir.Çox doğru fikirdir. Məktəb insanların yetişdirildiyi bir mühitdir.Öyrədənin də, öyrənənin də psixoloji dəstəyə,dəyərləndirilməyə və inkişaf etdirilməyə ehtiyacı vardır.

Təhsil liderliyi məktəb rəhbərinin klassik rol və liderlik anlayışını köklü bir şəkildə dəyişdirmişdir. Köhnə liderlik qaydalarında məktəb idarəçisinin bir sıra idarə rolları ön plana çıxarkən, təhsil liderliyində tədrisi inkişaf əhəmiyyət qazanmışdır
 
(Çelik, 1999:207). Çeliyin fikrincə təhsil liderliyinin ortaya çıxması əvvəllər mövcud olmuş məktəb idarəçiliyindən fərqli bir idarəçilik pirinsipini ortaya çıxarır .Yeni artıq direktor təkcə idarəçi deyil məktəbin maraqlarından çıxış edən,şagirdlərin maraqlarını müdafiə edən bir şəxsdir.Yəni təkcə idarə etmir həm də maraqları müdafiə edir.

Liderin xarakteristikası

Hər bir insan xarakteristikasında mənfi və müsbət xüsusiyyətlər mövcuddur.Sözsüz ki, bu xüsusiyyətlər iş həyatına da öz mənfi və müsbət təsirini göstərir.Bəs əsil  lider hansı xüsusiyyətlərə malik olmalıdır?Liderin hansı müsbət və mənfi xarakterləri ola bilər?

Liderin müsbət xarakteristikası:

Sadəlik
Qətiyyətlik
Mərhəmətlilik
Sadə yanaşma
Ümdvericilik
 
Müsbət münasibətli
Səhvini boynuna almağı bacaran
Problemi həll etməyə inanan
Dinləməyi bacaran olmasi -ilə ölçülür.

Mənfi xarakteristikası

Özünü düşünmək
Qərarların məsuliyyətlərindən qaçmaq
Başqalarını günahlandırmaq
Şəxsi maraqlar
Problemdən qaçmaq- kimi başa düşülür.

Liderin müsbət və mənfi xüsusiyyətləri ilə yanaşı imkan və təhlükələri də ola bilər. İmkanlara nə aiddir?
liderlik bacarıqlarının inkişafı üzrə təlimləri təşkil və idarəetmə
başqa icmalarla əməkdaşlıq etmək
icmanı səfərbər etmək
icma daxilində müxtəlif kənar məlumatı yaymaq


Təhlükələr isə liderin özündən və ətraf təsirdən yarana bilər. Bu aşağıdakılardır:

Neqativ təcrübələrə görə özünə inam və etibarın itməsi
Problemlərin həll oluna bilməməsi
Səlahiyyətlərindən şəxsi maraqları naminə sui – istifadə
Icma tərəfindən etimadsızlıq və ideyaların dəstəklənməməsi


Liderliyin növləri Liderliyin 3 əsas növü var:
 
1.Avtoritar lider
2.Məsləhətçi lider
3.İmkan yaradan lider

Avtoritar lider və onun xüsusiyyətləri


Qərarı özü qəbul edir.

Qərarı özü bəyan edir.

Məsləhətə ehtiyac duymur.

Suallara dialoq şəkilində cavab verir.

Avtoritar liderlik ənənvi təhsil sisteminin prinsiplərinə əsaslanır.Amma bu  tip liderlik mənim fikrimcə təmamilə yanlışdır və mən bu liderlik tipinin xüsusiyyətləri ilə qəti şəkildə razılaşmıram.

Məsləhətçi lider və onun xüsusiyyətləri


Adamları düzgün qərar verməyə sövq edir

Vəziyyəti araşdırmağa çağırır

Təfsilatı ilə izahat verir

Köməkçi rolunu qoruyub saxlayır

Məsləhətçi liderlik daha çox yeni təhsil sisteminə-kurikuluma uyğun gəlir. Məsləhətçi lider : "öyrətmə və öyrənməylə bəslənən,davamlı olaraq bütün tələbələr öyrənə məktəb və tədrisi necə təşkil edə bilərəm deyə düşünən adamdır" (Mc Evan 1994: 6,10) Evanın fikrincə məsləhətçi lider  tipi  hər zaman öyrənənlərin maraqlarına əsaslanan təhsil sistemi qurmağa çalışır.Mənim fikrimcə düzgün bir yanaşmadır.Hər kəs maraqlarına əsaslanan şəkildə təhsil almaq istəyər.Bu tip liderin işinin çətinliyi elə maraqlara əsaslanmaqdır .Hər kəsin marağına uyğun sistem qurmaq çox çətindir. Üstəlik insanların maraqları günü- gündən dəyişir.

İmkan yaradan lider  və onun xüsusiyyətləri


Qərarı dəyişilə biləcək şəkildə təqdim edir

Qərarı bəyan edir

Suallara açıq cavaba hazırdır

Qərarı ümumi rəyə əsasən dəyişməyə hazırdır

"İmkan yaradan lider”tipi adından göründüyü kimi öz kollektivinə olduqca geniş şəkildə imkan yaradır.Amma imkanlar da müəyyən çərçivə daxilində olmalıdır. Çünki mənim fikrimcə bu imkanlardan sui-istifadə edənlər də mütləq tapılacaq.
 
Nəticə

Ola bilər ki, hamı düşünür ki, lider yaxşı insani xüsusiyyətlərə malik olsa mükəmməl lider ola bilər.Mənim fikrimcə yaxşı lider həm də bu davranışları zamanında sərgiləməyi bacarmalıdır.Heçdə həmişə yaxşı insani xüsusiyyətlər sərgiləmək uğur gətirməz. Zamana, insana və vəziyyətə uyğun davranmaq lazımdır.Əlbəttə lider son dərəcə humanist olmağa çalışmalıdır. Amma liderin məqsədi insanları uğura çatdırmaqdır ki, cəmiyyətdə humanist olaraq və hər kəsə yer verərək yalnız geri qalmaq olar .Çünki  bundan istifadə edənlər tapılacaq.

İnsanın işi bütün dünya üçün nümunə olduqda o, həmişə paxıllıq obyekti olur. Əgər iş orta səviyyədə yerinə yetirilirsə, insan təhlükəsizdir, ona toxunmurlar. Əgər o, şah əsər yaradırsa, milyonlarla dil işə düşür. Liderə həmişə hücum edirlər, çünki o, liderdir və ona bərabərləşməyə sərf olunan güc onun liderliyinə sübutdur.

Lideri ötüb keçmək, yaxud ona çatmaq istəyən paxıllar onu gözdən salmağa və ya məhv etməyə çalışırlar. Lakin elə bununla da liderin üstünlüyünü təsdiq edirlər.

Əgərliderhəqiqi liderdirsə,o,lider olaraq qalır! Nə qədər uca səslə inkar etməyə çalışsalar da, dahilər yenə də şöhrət qazanırlar. Deyilənə görə, əməkdaşlıq dildə ən əhəmiyyətli sözdür. Əməkdaşlıq ailədə, ər- arvad, valideyn-övlad münasibətlərində çox vacibdir.
 
O, dövlət işlərində də  mühüm rol oynayır. Əməkdaşlıq prinsipi o qədər əhəmiyyətlidir ki, əgər rəhbər bunu başa düşmürsə və öz liderliyində bu prinsipi tətbiq etmirsə, onda, heç vaxt güclü və uzunmüddətliliderolabilməz. Başqa səbəblərdən daha çox əməkdaşlığın olmaması işgüzar müəssisələri məhv edir. Liderliyə tələblərdən ən başlıcası tez və qəti qərar qəbul  etməkdir. Ardıcılların öz planlarına inandıran və bu planları həyata keçirən güclü şəxsiyyət həmişə müvəfəqiyyətli lider olacaqdır.
 
Tövsiyə

Mən fikirləşirəm ki, insanları qruplaşdıraraq öyrənmək olmaz.Hansısa bir qrupa aid etdiyimiz liderdən gözlədiyimiz davranışı həmin lider heçdə həmişə sərgiləmir.Insan hissləri olan ətrafına öz düşüncələri ilə baxan varlıqdır.Ona görə də hər bir qrupa daxil etdiyim liderdən dəyişik davranışlar gözlənilə bilər.Əsas olan hansı vəziyyətdə hansi liderin nə edəcəyidir ki,buda həmin vaxtda liderin qarşısındakı insanlarla münasibətindən,həmin zamanda öz psixoloji vəziyyətdən asılı olaraq dəyişir.
 
Mən tövsiyə edirəm ki,liderlik və lider situasiyaya uyğun öyrənilsin.Onuda deyə bilərəm ki, liderlik insan psixikası ile bağlı sahedir ve heç bir elm heç bir vəziyyətdə insan psixologiyasını tam öyrene bilmez.Çünki insan dəyişkən varlıqdır.
 
Istifadə olunmuş ədəbiyyat

Eğitimsel Liderlik, Prof.Dr Vehbi Çelik, 2012 Öğretim Liderliği,Mehmet Şişman,2002
Leadership for Educational Renewal: Developing a Cadre of Leaders Wilma F. Smith; Gary D. Fenstermacher. Jossey-Bass, 1999
Xəzər Universitəsi Təhsil fakültəsi
Fənn: Təhsilin idarəedilməsi Tələbə:Bəyaz Rzayeva Müəllimə: Vəfa Qasımova
"Təhsilin idarəedilməsində liderlik” mövzusunda ESSE   Bakı 2014  




Whatsapp'ta Paylaş



Загрузка...
loading...