H/N sənədlər
26 may 2016
6 392

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” qərarın icrasi ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin əmri
«Təhsil haqqında» Azərbaycan Respublikası Qanununu tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 05 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.27-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə bu müddət ərzində kommunal xidmətlərini ödəmək üçün 40 (qırx) manat məbləğində kompensasiya verilsin və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilsin.
Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əmək haqqına ayda 70 (yetmiş) manat məbləğində əlavə ödənilsin.
2. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, dövlət sifarişinə əsasən kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyət xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının 2 (iki) misli həcmində birləfəlik yardım ödənilsin.
3. Azərbaycan Respublikasının təhsil Nazirliyi:
3.1.hər il iyul ayının 1-dən gec olmayaraq, növbəti tədris ili üçün həvəsləndirmə tədbirləri tətbiq ediləcək kontingentin sayını müəyyənləşdirsin və bu barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müvafiq məlumat təqdim etsin.
3.2.gənc mütəxəssislərin dövlət sifarişinə uyğun real tələbat olan ümumi təhsil müəssisələrinə göndərilməsi, onlardan səmərəli istifadə edilməsi və tələbatın ödənilməsi istiqamətində əməli tədbirlər görsün.
4. Bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin dövlət büdcəsinin «Yerli xərclər»inin «Təhsil xərcləri» bölməsinin müvafiq xərc yarımmaddələri hesabına ödənilməsi təmin edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında» 2004-cü il 22 iyun tarixli, 85 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №6, maddə 500; 2006-cı il, №4, maddə 376) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında» 2004-cü il 22 iyun tarixli, 85 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə» 2006-cı il 17 aprel tarixli, 107 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №4, maddə 376) qüvvədən düşmüş hesab edilsin.
6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.  
          
 A.Rasi-zadə 
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 14 aprel  2010-cu il
№ 67
Həmin qərarın icrası ilə əlaqədar
 
ƏMR EDİRƏM:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında» 14 aprel 2010-ju il tarixli, 67 nömrəli qərarı rəhbərlik və icra üçün əsas götürülsün.
2. Pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılsın:
2.1. Pedaqoji ixtisaslar üzrə bitirən məzunları bu qərarla yaxından tanış etsinlər, məzunların ciddi tələbat olan bölgələrdə əmək fəaliyyətinə başlamalarının və qərarın dövlət əhəmiyyəti barədə onlar arasında geniş izahat işi aparsınlar.
2.2. Dövlət sifarişi üzrə iş yerlərini geniş aşkarlıq şəraitində mənulara təklif etsin və onların mövcud qaydalarla yanaşı ilk növbədə daimi yaşayış yerlərinə göndərilməsinə üstünlük verilsin.
3. Rayon təhsil şöbələrinə tapşırılsın:
3.1. Bu qərarın icrası ilə əlaqədar bütün ümumi təhsil müəssisələrinin rəhbərləri ilə geniş müşavirə keçirsin və ətraflı izahat işləri aparsın.
3.2. Gənc mütəxəssislər üçün bu qərarın I və II maddələrində nəzərdə tutulmuş tədbirlər üçün maliyyə vəsaitinin vaxtında büdcəyə salınması məqsədilə qabaqcadan müvafiq proqnozlaşdırma işlərini, eləcə də vəsaitin ayrılması və paylanması üzrə yerli maliyyə orqanları ilə əlaqəli fəaliyyəti həyata keçirsinlər. Nəzərə alınsın ki, bu qərara uyğun stimullaşdırıcı tədbirlər üçün maliyyə vəsaitinin «Yerli xərclər»inin «Təhsil xərcləri» bölməsinin müvafiq xərc yarımmaddələri hesabına ödənilməsi nəzərdə tutulmuşdur.
3.3. Pedaqoji kadrlara olan tələbatın hər bir məktəbin adı, rayon mərkəzindən yerləşdiyi məsafəsi, konkret fənn üzrə dərs saatlarının miqdarı dəqiq göstərilməklə düzgün müəyyənləşdirilməsini, dövlət sifarişinin və bu sifarişə uyğun əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər barədə məlumatın vaxtında və həmin kontingent haqqında hesabatın hər tədris ilinin sonunda Nazirliyə təqdim olunmasını təmin etsinlər.
3.4. Gənc mütəxəssislərin vaxtında iş yerləri ilə təmin olunmasına məsuliyyət daşısın, onlara lazımi diqqət və qayğı göstərsin, yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, torpaq sahələrinin artırılması və ipoteka kreditlərinin verilməsində yerli icra hakmiyyəti qarşısında vəsatətlər qaldıraraq həmin məsələlərin müsbət həllinə nail olsunlar.
4. Nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə (F.Qədirov) tapşırılsın:
4.1. hər il iyul ayının 1-dən gec olmayaraq növbəti tədris ili üçün həvəsləndirmə tədbirləri tətbiq ediləcək kontingentin sayını müəyyənləşdirsin və bu barədə məlumatın vaxtında Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
4.2. Bu qərarın icrası, habelə pedaqoji kadr təminatının tənzimlənməsi ilə əlaqədar yerlərdə ətraflı izahat işləri aparsın, həm pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrinə, həm də təhsilin yerli idarəetmə orqanlarına əməli köməklik göstərsin.
5. Əmr «Azərbaycan müəllimi» qəzetində dərc edilsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
 
Misir Mərdanov Azərbaycan Respublikasının təhsil naziri 20 aprel 2010-cu il № 455
 
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Təhsil müəssələrində kargüzarlıq işinin aparılması qaydaları..

Təhsil müəssələrində kargüzarlıq işinin aparılması qaydaları..

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

"Təhsil Qanunu"na aid testlər və cavabları

"Təhsil Qanunu"na aid testlər və cavabları

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib