Kurikulum / İnnovasiyalar / Müəllim
21 may 2018
29 325


İnteraktiv təlimin üsulları -«Klaster», «İnsert», «Blum taksonomiyası»

İnteraktiv təlimin üsulları -«Klaster», «İnsert», «Blum taksonomiyası»

 

İnteraktiv təlim üsullarından olan «Klaster», «İnsert», «Blum taksonomiyası»ndan dərslərdə intensiv şəkildə istifadə olunması dərsin keyfiyyətini artırmaqla, öyrənjilərin fəallığına imkan yaradır. Məsələn, «Klaster» üsulu ilə dərsi təşkil edərkən mövzuya aid bir aparıcı termin müəllim tərəfindən deyilib lövhəyə yazılır. Bu söz ilə bağlı şagirdlərdə  hansı assosiasiya yaranır, müəllim bir-bir deyir və sözlər izah olunmadan  lövhəyə aşabıdakı qaydada yazılır. Bu şaxələnmə  ardıcıl və ilk «açar» sözlə müəyyən əlaqədə olmalıdır. Məsələn, «Toxum» mövzusu keçildikdən sonra «Ümumiləşdirici dərs» zamanı bu üsuldan istifadə edilə bilər. Bu üsuldan əsasən I – «Düşünməyə yönlətmə» və III- «Düşünmə» mərhələsində istifadə oluna bilər.


 

 
İnsert üsulu
Bu üsul dərsin II mərhələsində – mövzunun öyrənilməsi (dərketmə) mərhələsində istifadə olunur. Çox mürəkkəb dərslər keçildikdə istifadə etmək lazım deyil.

Üsulun mahiyyəti ondadır ki, şagirdlər qabaqcadan hazırlanmış dərs mövzusunu dərs zamanı özləri oxuyurlar və eyni zamanda bu mətni kodlaşdırırlar. Mətn qabaqcadan müəllim tərəfindən hazırlanır. Mövzuya aid əlavə ədəbiyyatdan maraqlı və yeni informasiya istifadə edilməlidir. Kodlaşdırma şagirdlər tərəfindən mətnin qıraq tərəfində hər bir cümlə və ya abzasa müvafiq karandaşla aparılır.

«+»«v»«?»«-»

«+» işarəsi ilə tanış olmayan, təzə informasiya işarə edilir
«v» işarəsi ilə məlum olan informasiya qeyd olunur
«?» işarəsi ilə mətnin aydın olmayan hissələri qeyd olunur və ya əlavə «məlumat lazımdır» – deməkdir.
«-» işarəsi mətnin müəyyən hissəsi ilə razı olmadıqda qoyulur.

Bu üsul fərdi və ya qrup şəklində aparıla bilər. Sonra müəllim şagirdlərin mətndə aparılan kodlar əsasında yeni mövzuya aid söhbət aparır, suallar verir, lazım olan əlavə məlumat, izahatlar verir. Şagirdlərin biliklərindən istifadə edib müzakirə aparır.
 

 

Klaster (şaxələndirmə)

Müəllim tərəfndən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun mərkəzində yazılmış anlayış ilə bağlı söz və ya ifadələr söyləmək şagirdlərə tapşırılır. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz onunla əlaqəli sözlər xətlərlə birləşdirilir. Vaxt bitənə qədər mümkün qədər çox fikir yazmaq və onları əlaqələndirmək tövsiyə olunur.Vaxt bitəndən sonra alınan klaster müzakirə edilir və ümumiləşdirmə aparılır.

 

 

Tənqidi təfəkkür, aldığı, anladığı biliklərin şagird tərəfindən yoxlanılması, qiymətləndirilməsi, inkişaf etdirilməsi və tətbiqi prosesi getdikcə inkişaf edir. faktların yadda saxlanılması və müəyyən ideyaların anlaşılması prosesi tənqidi təfəkkürün lazımi ilk şərtlərindən biridir. Ənənəvi metodlar adətən anlama prosesinin birinci mərhələsi ilə kifayətlənir. Lakin çalışıb sonrakı mərhələlərə də keçmək lazımdır. Tənqidi təfəkkürdə yaradıcı təfəkkürün bir çox elementləri vardır. Blum taksonomiyası deyilən interaktiv üsul məhz idrak prosesinin səviyyəsini nəzərə alaraq onun qurulması metodikasını təmin edir:

Hafizəni yoxlayan suallar (formal səviyyəli sual) – məlumatın xatırlanmasını nəzərdə tutur.

Qiymətləndirici suallar. Bu tipli sualların qoyuluşu şagirdlərdə rəy və mühakimə yürütmək bacarığını formalaşdırır. Qiymətləndirici suallar müəyyən bir fakta, prosesə görə lehinə, yaxud əleyhinə mühakimə yürütmək tələb edir. «Yaxşıdır, yoxsa pis? Niyə» kimi suallar qoyula bilər.
Təhliledici, analizedici suallar. Belə suallar ümumi anlayışların kiçik hissələrinin baxılmasını nəzərdə tutur. Alınmış informasiyanı hissə-hissə analiz etməyə imkan verir. Məsələn, «O nədən ibarətdir?» kimi suallar qoyula bilər.

Sintezedici suallar. Qeyri-adi, orijinal formada qoyulmalıdır. Məsələn, «Təsvir et, müqayisə et, o nə ilə oxşar və ya fərqlidir?» kimi .
Tətbiqi suallar. Belə suallar problemin həllini, ümumiləşdirmə aparmağa imkan yaradır. Tətbiqi suallar şagirdlərə problemləri həll etmək imkanı verir. Aldıqları informasiyanı nə dərəcədə qəbul etdiklərini və əlaqədar problemləri necə həll etdiklərini müəyyən etmək olar. «Ondan necə istifadə edə bilirsiniz?» kimi suallar qoyula bilər.

Çevirmə və interpretasiya sualları. Belə tərzdə qoyulan suallar informasiyanın yeni formalara çevrilməsini nəzərdə tutur. İdeyalar arasında qarşılıqlı  əlaqə yaratmaq imkanı verir. Məsələn: «O sizə nəyi xatırladır?» kimi sual qoyula bilər. Çevirmə suallar öyrəncidən informasiyanın formasını dəyişməyi tələb edir. İnterpretasiya sualları şagirdlərə faktlar, təriflər və dəyərlər arasında əlaqəni tapmaq üçün verilir. Suallara cavablar sadədən mürəkkəbə doğru ardıcıllıqla verilməlidir.  Belə müxtəlif  tərzdə qoyulan suallardan daima istifadə etmək lazımdır.
 

 

 
Venn diaqramı
Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur. 
Venn diaqramından istifadə prosesi aşağıdakı mərhələlər üzrə aparılır.
 

 

 
 
Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir
Kəsişən dairələr çəkilir (ortada yazmaq üçün yer saxlanır)
I və III dairədə müqayisə olunacaq obyektlər qeyd olunur
Şagirdlər təlimatlandırılır (təlimatda nəyin müqayisə olunacağı və dairələrdə oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı barədə danışılır).
Müqayisə olunan obyektlər təsvir edilir: (fərqli cəhətlər sağ və sol tərəfdə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur).
Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir
 

 








Загрузка...
Həmçinin oxuyun:
Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Motivasiya nədir? - KURİKULUM

Motivasiya nədir? - KURİKULUM

]Fikrin təhrik edilməsi qaydaları:

]Fikrin təhrik edilməsi qaydaları:

Motivasiya mərhələsi hansı hissələrdən ibarətdir ? Motivasiyanın yaradılması yolları

Motivasiya mərhələsi hansı hissələrdən ibarətdir ? Motivasiyanın yaradılması yolları

Fasilitasiya qaydaları

Fasilitasiya qaydaları

İbtidai siniflərdə alternativ qiymətləndirmə üsullarından istifadə

İbtidai siniflərdə alternativ qiymətləndirmə üsullarından istifadə

Suallar və onların təlimdə yeri -Müəllimlə şagird arasında...

Suallar və onların təlimdə yeri -Müəllimlə şagird arasında...

Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən.....

Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən.....

Bu universitetdə unikal imtahan modelləri tətbiq olunur

Bu universitetdə unikal imtahan modelləri tətbiq olunur

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDA

Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDA

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

Fəal-interaktiv təlim

Fəal-interaktiv təlim

Fəal dərsin ümumi quruluşu

Fəal dərsin ümumi quruluşu

Fəal dərsin ümumi quruluşu. DƏRSİN 7 MƏRHƏLƏSİ

Fəal dərsin ümumi quruluşu. DƏRSİN 7 MƏRHƏLƏSİ

Dərsin mərhələləri - Tədqiqatın aparılması

Dərsin mərhələləri - Tədqiqatın aparılması

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

İxtisas seçimi edənlər üçün: Bu universitetdə imtahan formasını tələbələr müəyyən edir

İxtisas seçimi edənlər üçün: Bu universitetdə imtahan formasını tələbələr müəyyən edir

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

Müəllimlər OXUYUN !!! Fəal dərs zamanı buraxılan SƏHVLƏR

Müəllimlər OXUYUN !!! Fəal dərs zamanı buraxılan SƏHVLƏR

Dərsin idarə olunması - TƏLİM VƏRDİŞLƏRİ

Dərsin idarə olunması - TƏLİM VƏRDİŞLƏRİ

Müəllim dərsə necə hazırlaşmalıdır? -3 istiqamət

Müəllim dərsə necə hazırlaşmalıdır? -3 istiqamət

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.