MÜƏLLİM
26 may 2016
2326

Müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalıdır.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalıdır.Müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalıdır.Müəllim ümid mənbəyi olmalıdır. Güneylər yayın istisində qovrulub bir daha göyərməyəcək kimi görünür. Lakin bir-iki yağışdan sonra onlar elə bir yaşıl libas geyinir ki, heç bir zaman solmamış kimi görünür. Müəllim qabiliyyətlərinin inkişafına valideynlərinin belə inanmadığı şagirdlərinin solmuş ümidini cücərdən yağmura bənzəməlidir.
 Şagirdlərə daha çox etimad bəslədikcə onlar da qalın meşənin günəşə boylanmaq üçün yarışaraq boy atan ağaclarına bənzəyir. Müəllimin işi, sadəcə, şagirdlərinin beyinlərini biliklə doldurmaqla bitmir. O, şagirdlərinin mənəvi dünyasının, ruh aləminin memarı olmalı, dilini, dinini, vətənini, vətəndaşlarını, dövlətini sevməyin nümunəsini elə yaşamalıdır, elə təmsil etməlidir ki, həkk etdiyi mənəvi dəyərləri zamanın ruzigarları aşındıra bilməsin. Burada yadıma düşən bir hekayəti xatırlatmaq yerinə düşərdi.
Bir uşağın palçıqlı yolda qaçdığını görən məşhur imamlardan biri ona deyir:
- Övladım, diqqətli ol, ayağın sürüşər, yıxılarsan.
Uşaq dayanır və belə cavab verir:
- Ey İmam, mənim ayağımın sürüşüb-sürüşməməsi o qədər də əhəmiyyətli deyil. Çünki mən yıxılsam, bundan zərər görən yalnız mən olacağam və özüm də sonradan ayağa qalxacağam. Ancaq sənin yıxılmağın  yolunu tutan hər bir kəsin yıxılmağı deməkdir. Onların hamısını yenidən ayağa qaldırmaq o qədər də asan olmayacaq.
 Yaxşı müəllim öz sənətinə olan sevgisi, işinə məsuliyyəti, şövqü ilə seçilir. Bu xüsusiyyətlər qısa müddət ərzində onun dərs dediyi şagirdlərə də sirayət edir. Müəllimin sinifdəki heç bir davranışı şagirdlərinə təsirsiz qalmır. Kitabını unutmuş şagirdə öz kitabını vermək, ona diqqətlə və təmkinlə qulaq asmaq, təbəssümlə baxmaq, maraq göstərmək, adları səmimiyyətlə çəkmək, yeri gəlincə adlarının mənalarını açmaq,  saçının, geyiminin yaraşdığını, tətildən sonra bir az böyüdüklərini və s. demək uşaq dünyasında çox əhəmiyyət daşıyır, onları ruhlandırır, məktəbi və müəllimi sevinc mənbəyinə çevirir. Tez-tez şagirdin sözünü kəsmək, saata baxmaq, barmaq silkələmək, kimi isə gülüş hədəfinə çevirmək, bəyənməməzlik göstərib üz çevirmək və s.  davranışlar isə şagirdləri məktəb və təlimdən soyudur.
Müəllimin dili də davranış və hərəkətləri qədər əhəmiyyətlidir. Həzrəti Əlinin dediyi kimi, kişi dilinin altında gizlənir. Müəllim istər təqdir etmə, istərsə də xəbərdarlıq və qadağalarının şagirdləri tərəfindən yaxşı başa düşülməsinə və müsbət qarşılanmasına çalışmalıdır. Müəllimin nitqində ən çox işlənən ifadələr bunlar olmalıdır: "Çox sağ ol”, "Təbrik edirəm” "Sənə necə kömək edə bilərəm?” "İnanıram ki, sən bu işi bacararsan”, "Bugünkü cavabından çox məmnun oldum” və s. Dərsə gəlməmiş şagirdə "Şadam ki, gəlmisən” desək, çətin ki, o şagird bir daha dərsdən qalar.
Müəllim də insandır. Daima inzibatçı rolunu daşımaq mümkün olmadığı üçün onun da yumor hissinə malik olması lazımdır. Əsl müəllim yumor hissini öz təlim metodunun bir hissəsinə çevirə bilir. Şagirdlərin həyatına dair lətifələr, böyük insanlardan  ibrətamiz  əhvalatlar şagirdlərin "buzunu əritməkdə”, onların daha rahat, sərbəst şəraitdə öyrənmələrinə, yorucu gərginliyin aradan qalxmasına səbəb olur. Lakin burada əndazəni aşmaq olmaz.

Zaman.- 2010.- 5-6 oktyabr.- S. 12.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?

Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?

İdarəedicilər Oxuyun !!! Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər...

İdarəedicilər Oxuyun !!! Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər...

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

Fəal dərsin təşkili....Dəyirmi masa

Fəal dərsin təşkili....Dəyirmi masa

Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər ..

Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər ..

Məktəb direktoru necə olmalıdır? - Ramiz Məmmədzadə

Məktəb direktoru necə olmalıdır? - Ramiz Məmmədzadə

Uşaq huquqları və vəzifələri

Uşaq huquqları və vəzifələri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim  mühüm  peşə  keyfiyyətləri - Müəllimin  başlıca  silahı sözdür.

Müəllim mühüm peşə keyfiyyətləri - Müəllimin başlıca silahı sözdür.

Müəllim  pedaqoji  fəalliyətlə  peşəkarcasına  məşğul olan  insandır

Müəllim pedaqoji fəalliyətlə peşəkarcasına məşğul olan insandır

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDA

Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDA

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

İslama görə -  Müəllimlər zalım və sitəmkarlara tədris etməkdən çəkinməli və buna qətiyyən yol verməməlidirlər

İslama görə - Müəllimlər zalım və sitəmkarlara tədris etməkdən çəkinməli və buna qətiyyən yol verməməlidirlər

Pedaqoji təcrübə - dəyirmi masa..

Pedaqoji təcrübə - dəyirmi masa..

Məktəblilər üçün əxlaq və davranışa aid 41 qızıl qayda

Məktəblilər üçün əxlaq və davranışa aid 41 qızıl qayda

Müəllimlik peşəsinə verilən pedaqoji tələblər

Müəllimlik peşəsinə verilən pedaqoji tələblər

İslamda  Müəllimin  sinifdə  üzərinə  düşən  vəzifələr....

İslamda Müəllimin sinifdə üzərinə düşən vəzifələr....

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir?    Daşqın Həmidzadə

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir? Daşqın Həmidzadə

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...