Xəbərlər
17 yanvar 2017
1597

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

 Kosmik tədqiqatlar sahəsində görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, akademik Roald Zinnuroviç Saqdeyevlə bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində görüş keçirilib. Görüşdə AzMİU-nun professor -müəllim heyəti, alimlər, mütəxəssislər iştirak ediblər. Universitetin rektoru, professor Gülçöhrə Məmmədova hörmətli qonağın uzun və şərəfli ömür yolu, elmi fəaliyyəti, elmə gətirdiyi yeniliklər, aldığı mükafatlar barədə görüş iştirakçılarına geniş məlumat verib. Rektor eyni zamanda müasir təhsil, ali təhsil müəssisələri qarşısında duran vəzifələr, dünya təhsil sisteminə inteqrasiya, təhsilin informasiyalaşdırılması və s. barədə danışıb. 


AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub


Göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürüünü bildirən  R.Saqdeyev belə görüşlərin əhəmiyyətini vurğulayıb. O, uzun illər çalışdığı sahə üzrə məlumat verib, Azərbaycanda gedən kosmik fəaliyyətin uğurla həyata keçirildiyini və bu sahədə kifayət qədər ixtisaslı kadrların hazırlandığını qeyd edib. Akademik  "Azərkosmos"un uğurlu layihə olaraq bir modelə çevrildiyini, Azərbaycanın dünyanın kosmik ölkələri sırasında əhəmiyyətini diqqətə çatdırıb. Ölkəmizin telekommunikasiya peykinin verdiyi üstünlükləri vurğulayan R.Saqdeyev bundan sonra da Azərbaycan xalqı üçün hər zaman əlindən gələn köməkliyi etməyə hazır olduğunu söyləyib.    

         

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub


 Universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev AzMİU, onun tarixi, fakültələri, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri barədə slayd- şou təqdim edib. Təqdim olunan slayd-şou R.Saqdeyevin marağına səbəb olub,  sonra görüş iştirakçıları ilə qonaq arasında maraqlı elmi müzakirələr olub, fikir mübadiləsi aparılıb, qonaq görüş iştirakçılarının suallarını cavablandırıb. Görüşdən sonra qonaq universitetlə tanış olub, elmi kitabxana və laboratoriyaları gəzib, imtahan prosesiylə maraqlanıb.


 

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub


Məlumat üçün qeyd edək ki, Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılması məsələləri və ölkəmizdə kosmik proqramın inkişaf sahəsində Azərbaycanın Kosmik Proqramının məsləhətçisi, akademik R.Saqdeyevin   dəyərli tövsiyyələri  olub. Keçmiş Sovetlər Birliyində SSRİ Elmlər Akademiyasının həqiqi üzvü olan R.Saqdeyev uzun illər SSRİ Kosmik Tədqiqatlar İnstitutuna rəhbərlik edib, nüvə silahsızlaşdırılması problemlərilə məşğul olub.

 

1990-ci ildə ABŞ-a köçən akademik hazırda ABŞ-ın Merilend Universitetinin professorudur, Şərq-Qərb Kosmik Elmi Mərkəzinə rəhbərlik edir. Görkəmli alim, ölkəmizlə kosmik sahədə faydalı əməkdaşlığına, Azərbaycan ilə ABŞ arasında beynəlxalq əlaqələrin möhkəmləndirilməsində və inkişafındakı xidmətlərinə görə Azərbaycan Mühəndislik Akademiyasının (AMA) "Mühəndislik Rəşadəti" qızıl medalı ilə təltif edilib. Ölkə prezidenti İlham Əliyev Azərbaycan Respublikasının beynəlxalq elmi əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətinə görə akademik R.Saqdeyevi ölkəmizin yüksək dövlət mükafatlarından olan "Dostluq” ordeni ilə mükafatlandırıb.


Nəcibə Mirzəyeva(AZMİU-nun mətbuat xidmətinin rəhbəri)

Aztehsil.com

 






Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.

BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

Müəllimlər üçün beynəlxalq seminar keçirilib

Müəllimlər üçün beynəlxalq seminar keçirilib

"Ölkəmizi tanıyaq" layihəsində iştirak edəcək şagirdlərlə görüş keçirilib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

Göygöl Rayon Təhsil Şöbəsində 18 oktyabr-Dövlət Müstəqillik Günü münasibətilə iclas keçirilib

Göygöl Rayon Təhsil Şöbəsində 18 oktyabr-Dövlət Müstəqillik Günü münasibətilə iclas keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Təhsil naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı

Təhsil naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Azərbaycanın 6 universiteti dünyanın  ən yaxşı 200 universitet sırasına daxil edilib.

Azərbaycanın 6 universiteti dünyanın ən yaxşı 200 universitet sırasına daxil edilib.

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Şimali Kipr televiziyası Azərbaycan haqqında 2 saatlıq veriliş yayımlayıb.

Şimali Kipr televiziyası Azərbaycan haqqında 2 saatlıq veriliş yayımlayıb.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Olimpiyadada Azərbaycan məktəblilərinin daha bir uğuru

Beynəlxalq Olimpiyadada Azərbaycan məktəblilərinin daha bir uğuru

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur