Xəbərlər
11 fevral 2017
2501

Rus bölməsinin abituriyentləri üçün əlverişli imkan


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Rus bölməsinin abituriyentləri üçün əlverişli imkan

 

Ali və orta ixtisas məktəblərinə qəbul olmaq üçün Azərbaycan dilindən imtahan verərək "məqbul” qiyməti alan rus bölməsinin abituriyentləri bu il Azərbaycan dili fənnindən imtahan vermədən qəbul imtahanlarına buraxılacaqlar.
 
Aztehsil.com xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu, yeni təsdiqlənən "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda öz əksini tapıb.
 
Qaydalara əsasən, 2016/2017-ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul imtahanını rus dilində verən abituriyentlər üçün keçirilmiş Azərbaycan dili fənni üzrə test imtahanından "məqbul” alan abituriyentlər 2017/2018-ci tədris ilində Mərkəz tərəfindən keçiriləcək müsabiqələrdə Azərbaycan dili fənnindən imtahan vermədən qəbul imtahanlarına buraxılırlar.
 
"Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna əsasən, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndirilir, "məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (cari ilin abituriyentləri ixtisas seçiminə) buraxılırlar.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...