Xəbərlər
25 fevral 2017
7 653


Nadir İsrafiliov:-“Bu, özfəaliyyətin yeni metodudur”… İbtidai sinif müəllimləri imtahan ediləcək ?

Nadir İsrafiliov:-“Bu, özfəaliyyətin yeni metodudur”… İbtidai sinif müəllimləri imtahan ediləcək ?

 

Aztehsil.com xəbər verir ki, hurriyyet.org saytına daxil olan məlumata görə, Bakı şəhərinin bəzi məktəblərində (məsələn, 181, 182, 237 saylı məktəblərdə) məktəb direktorları toplantı keçirərək bildiriblər ki, Təhsil Nazirliyinin göstərişinə əsasən ibtidai sinif müəllimləri imtahan olunacaq. Müəllimlərə heç bir rəsmi sənəd göstərilməyib. Bildirilib ki, imtahan məktəbdaxili qaydalara əsasən müəyyənləşib. Yuxarı sinif müəllimləri ibtidai sinif müəllimlərinin riyaziyyat və ana dili fənlərindən I sinifdən IX sinfə qədər biliklərini yoxlayacaq.
 
İbtidai sinif müəllimləri bu şəkildə imtahan olunmaqdan narazıdırlar və bunun onlara psixoloji təsir göstərəcəyini, tədris qabiliyyətlərinə mənfi təsir edəcəyini bildirirlər.
 
Bakı şəhər Təhsil İdarəsilə əlaqə saxladıq. İdarədən bildirildi ki, bu məsələ ilə əlaqədar BŞTİ-yə gün ərzində çox müraciət olunub. Amma belə bir məsələ haqda rəsmi göstəriş yoxdur. Məsələ araşdırılıb, bu barədə mətbuata açıqlama veriləcək.
 
Təhsil eksperti Nadir İsrafilov bildirir ki, indiyədək nə qanunvericilik üzrə, nə də praktikada belə bir məsələyə rast gəlinib. Direktorların müəllimləri imtahan etməsi haqqında göstəriş verilməsini eşitməyib: "Məktəblərdə aləm bir-birinə qarşıb”.
 
Ekspert bildirdi ki, müəllimlərin biliyinin qiymətləndirilməsi yalnız attestasiya yolu ilə mümkündür:
 
"Müəllimlərin axırıncı attestasiyası 1994-cü ildə olub, o vaxt müəllimlərin kateqoriyaları müəyyənləşib. 1999-cu ildə Dövlət islahat komissiyası "Təhsil sahəsində islahat Proqramı”nı qəbul etdi və sənəddə pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, onların əmək haqqının ödənilməsinə diferensial yanaşmanın tətbiqinə lazımi diqqət yetirilməməsi xüsusi olaraq vurğulanmışdı. Bu məqsədlə də rəhbər və pedaqoji kadrların attestasiyasını 2004-cü ilə qədər başa çatdırılması nəzərdə tutulmuşdu.
 
Amma Misir Mərdanov nədənsə attestasiyanı keçirmədi. Sonra müəllimlərin attestasiyası sertifiktasiya, sonra isə könüllü attestasiya ilə əvəz olunacağını bildirdilər. Nəhayət müəllimlərin biliyinin diaqnostik qiymətləndirilməsi məsələsi aktuallaşdı. Nazir də dəfələrlə çıxışında bildirib ki, bu, atestasiyaya hazırlıq mərhələsidir. Atestasiya müəllimlərin stimullaşdırılması, müəllim əməyinin diferensial qiymətləndirilməsi üçündür. Məktəb direktorunun nə ixtiyarı var ki, yuxarı sinif müəllimlərinə göstəriş versin, ibtidai sinif müəllimlərini imtahan etsin.
 
İbtidai sinif müəllimliyi ayrıca bir sahədir, metodikisaı, pedaqogikası tam fərqlidir. Unutmamalıyıq ki, bu cür özbaşınalıqlar onsuz da cəmiyyətin ən qayğılı təbəqəsi olan müəllimlərin ovqatını pozub, stress yaratmaqla təhsili növbəti zərbəyə məruz qoyur”.
Məqalə Göndər








Загрузка...