Xəbərlər
28 fevral 2017
2 505


ADAU-da magistrlara böyük qayğı və inam var

ADAU-da magistrlara böyük qayğı və inam var

 

Magistr pilləsi təhsildə elmi dərəcə hesab edilir. Hətta bu pilləni bitirən tələbələr ali təhsil müəssisələrində bilik və təcrübələri daxilində işlə təmin olunur. Deməli, magistr həm də universitetdə kadrların gəncləşməsi üçüçün baza rolunu oynayır. Elə bu səbəbdən də Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov vaxtaşırı təhsilin magistratura pilləsinin 1-ci kursuna qəbul olan tələbələrlə görüşür, onların təhsil şəraitləri, problemləri, arzu və tövsiyyələri ilə maraqlanır.
 
ADAU-nun mətbuat xidmətindən verilən məlumata görə artıq belə görüşlər bir ənənə formasını alıb və tədrisin daha uğurlu alınmasında səmərəsini verib. Bu il magitratura təhsili almaq üçün 32 ixtisas üzrə 159 nəfər tələbə məhz bu universiteti seçib. 97 nəfər magistrant isə təhsilini dövlət sifarişi əsasında alır. Magistrantların bir qismi yeni istifadəyə verilən tələbə evində yerləşdirilib. Bu dəfə keçirilən görüşdə də tələbələrlə səmimi söhbət aparılıb, onların təklifləri dinlənilib.
 
ADAU-nun rektoru İbrahim Cəfərov görüş zamanı bir daha deyib ki, siz bizim üçün əslində kadr bazası hesab edilirsiniz. Eyni zamanda dövlət və elm üçün böyük əhəmiyyət kəsb edirsiniz. Elmin gələcəyi sizlərin əlindədir. Odur ki, müəllimlərinizə tələbkar olun və çox öyrənməyə çalışın. Elmi nəzəriyyənin təcrübəyə tətbiqi üçün isə hər cür şərait var və siz bu şəraitdən istənilən formada bəhrələnə bilərsiniz.
 
Görüşdə tələbələr xaricdə təhsil, iş məsələsi, dil öyrənmək, təcrübələrdə iştirak etmək və başqa suallarına müsbət cavablar alıblar.
 
moderator.az
Məqalə Göndər








Загрузка...