Xəbərlər
03 mart 2017
3338

Qərb Universitetinin Kolleci qəbul elan edir


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Qərb Universitetinin Kolleci qəbul elan edir

 

2017/2018-ci tədris ilində fəaliyyətə başlayacaq Qərb Universitetinin Kolleci aşağıdakı ixtisaslar üzrə ümumi orta və tam orta təhsil bazalarında Azərbaycan bölməsinə tələbə qəbulu elan edir.
 
1. Dizayn

2. Mühasibat uçotu

3. Maliyyə işi

4. Bank işi

5. Vergi və vergitutma

6. Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti

7. Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı

8. Yer quruluşu və torpaq müfəttişliyi

9. Turizm və onun təşkili

10. Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə

Qəbul imtahanları Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcəkdir.

Kollecdə dərslər müasir tələblərə cavab verən, ən yeni təlim və tədris avadanlıqları ilə təchiz edilmiş, ixtisaslaşdırılmış fənn kabinetləri və laboratoriyalarda keçiriləcəkdir. Dərslər Qərb Universitetinin professor-müəllim heyəti, yüksək peşəkarlıq səviyyəsi və zəngin təcrübəyə sahib olan mütəxəssislər tərəfindən aparılacaqdır.
 

Qərb Universitetinin Kolleci qəbul elan edir

 

Kolleci 9 illik təhsil bazasında bitirən tələbələrə müvafiq ixtisaslar üzrə diplom verilməklə yanaşı, tam orta təhsil hüquqları da verilir.
 
Kolleci əla qiymətlərlə bitirən məzunlar Qərb Universitetində ixtisasları üzrə təhsillərini davam etdirdikdə müəyyən imtiyazlar əldə edəcəklər.
 

Qərb Universitetinin Kolleci qəbul elan edir

 

9 illik təhsil bazasından qəbul olanlar oxuduqları müddət ərzində hərbi xidmətdən azad olunurlar.
 
Qəbul imtahanlarında ən yüksək bal toplayan tələbələrə təhsil haqqının ödənişində 10% güzəşt olunacaq.
 

Qərb Universitetinin Kolleci qəbul elan edir

 

Kollecdə tələbələrə zəngin elektron kitabxana xidmət göstərəcəkdir. Kollec Qərbi Avropa təhsil sisteminə qoşulmuşdur.
 
moderator.az




Whatsapp'ta Paylaş



Загрузка...
loading...