Xəbərlər
10 mart 2017
1286

DİM rezidenturaya sənəd verənlərə müraciət edib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

DİM rezidenturaya sənəd verənlərə müraciət edib

 

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya sənəd verənlərə müraciət edib. Aztehsil.com xəbər verir ki, DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilib ki, rezidenturaya sənəd vermək istəyən xarici ölkələrdə təhsil almış şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan, qaçqın statusu almış şəxslər, eləcə də xarici ölkələrdə diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan vətəndaşları müsabiqədə iştirak etmək üçün DİM-in rəsmi internet saytında "Namizədin elektron ərizəsi”ni doldurmalı və tələb olunan sənədləri DİM tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyasına şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.
 
Qeyd edək ki, DİM martın 10-dan 17-dək 2017/2018-ci tədris ili üçün rezidenturaya qəbul elan edib. Qəbul elanının tam mətni, "Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, rezidenturaya ərizə verən namizəd üçün təlimat, "Namizədin elektron ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar Azərbaycan və rus dillərində "Rezidentura” jurnalının 2-ci sayında təqdim ediləcək.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...