Xəbərlər
16 mart 2017
3 800


Şabranda Milli Qəhrəman Samir Zülfüqarovun anım günü qeyd olunub

Şabranda Milli Qəhrəman Samir Zülfüqarovun anım günü qeyd olunub

 

Martın 15-də Şabran şəhər S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəbdə, məktəbin adını daşıdığı Milli Qəhrəman Samir Zülfüqarovun anım günü qeyd olunub.
 
Tədbirdə Məktəbin pedaqoji kollektivi və şagirdlərlə yanaşı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Daşqın Məmmədov, Rayon Təhsil Şöbəsinin əməkdaşı Ağaşirin Bağırzadə, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Musa Hüseynov və Milli Qəhrəmanın ailə üzvləri iştirak ediblər.
 

Şabranda Milli Qəhrəman Samir Zülfüqarovun anım günü qeyd olunub

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunduqdan sonra şagirdlər Milli Qəhrəmanın xatirəsinə həsr  etdikləri kompozisiya ilə çıxış ediblər.
 
Daha sonra Daşqın Məmmədov çıxış edərək, qəhrəmanlarımızın, şəhidlərimizin xatirəsinin bizim üçün hər zaman əziz olduğunu vurğulayıb və gənc nəslin də vətənpərvərlik ruhunda tərbiyələndirilməsində bu cür tədbirlərin təşkilinin önəmindən danışıb.
 

Şabranda Milli Qəhrəman Samir Zülfüqarovun anım günü qeyd olunub

 

Milli Qəhrəmanın ailə üzvləri də öz çıxışlarında ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüblər.
 
Gülər Hüseynova(Şabran təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)






Загрузка...