Xəbərlər
10 aprel 2017
2 944


Magistratura və rezidenturaya qəbul imtahanları ilə bağlı Apelyasiya Komissiyası yaradılıb

Magistratura və rezidenturaya qəbul imtahanları ilə bağlı Apelyasiya Komissiyası yaradılıb

 

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına və rezidenturaya qəbul imtahanının aprelin 9-da keçirilmiş birinci mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.
 
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, Apelyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında (ünvan: Bakı şəhəri, A. Salamzadə küçəsi, 28) fəaliyyət göstərir.
 
Namizədlər Apelyasiya Komissiyasına 10-12 aprel tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
 
apa.az
Məqalə Göndər








Загрузка...