Xəbərlər
13 aprel 2017
2 629


H. Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş respublika şahmat festivalının rayon turu keçirilib

H. Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş respublika şahmat festivalının rayon turu keçirilib

 

7-11 aprel tarixdə Ağstafa rayonunun şahmat fənni tədris olunan pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş respublika şahmat festivalının rayon turu keçirilib.
 
İsveçrə sistemi üzrə 9 turdan ibarət olan turnirdə rayonun 5 pilot məktəbindən 30  şagird iştirak edib. Yarışın nəticələrinə görə müvafiq olaraq II, III, IV siniflər üzrə qaliblər müəyyən olunub. 
 
Qeyd edək ki,  I yerin sahibləri aprelin 25-də Bakı şəhərində  keçiriləcək respublika turuna vəsiqə qazanıblar.
 
Yarış şahmat fənni tədris edilən pilot ümumtəhsil məktəblərində bu fənnin mənimsənilmə səviyyəsini artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etmək, istedadlı şahmatçıları aşkar etmək, şagirdlər arasında dostluq və idman əlaqələrini möhkəmləndirmək məqsədilə təşkil olunur.
 
Nəcibə Vəliyeva(Ağstafa təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)
Məqalə Göndər








Загрузка...