Xəbərlər
21 aprel 2017
2 665


Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

 

Magistratura səviyyəsi üzrə "Jurnalistika" ixtisaslaşmasını seçmək istəyən bakalavrların qeydiyyatı başlayıb. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Həmin bakalavrlar aprelin 21-dən 30 dək Dövlət İmtahan Mərkəzinin (DİM-in) internet saytında qeydiyyatdan keçməli və 3 - 5 may tarixində qabiliyyət imtahanı verməlidirlər.
 
Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və "məqbul” qiymət alan bakalavrlar seçə bilərlər.
 
Jurnalistika üzrə ixtisaslaşmalara qəbul olmaq istəyənlər 21 – 30 aprel tarixlərində DİM-in internet saytının müvafiq səhifəsində həmin ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər. Anketin bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. Anketi doldurmaqla qeydiyyatdan keçən bakalavrlar 2 may tarixində "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 3 – 5 may  tarixlərində vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.
 
Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 1 saat (30 dəqiqə imtahan biletinə hazırlaşmaq və 30 dəqiqə biletin suallarını cavablandırmaq üçün) vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir. Redaksiya tapşırığı yazılı formada yerinə yetirilir. 
 
apa.az
Məqalə Göndər








Загрузка...