Xəbərlər
22 aprel 2017
3 224


Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

 

"Ermənilərin xarakterik xüsusiyyətləri dəyişməz olaraq qalır"
 Bakıda beynəlxalq konfrans keçirilib
 
Aprelin 20-21 Xəzər Universitetinin Mərmər zalında Bakı Slavyan Universitetinin "Azərbaycan ədəbiyyatı" kafedrasının müdiri, Azərbaycan komparativ ədəbiyyat Assosiasiyasının sədri, professor Rəhilə Qeybullayevanın təşkilatçılığı ilə "Təkrarlanan mədəniyyətlərdə prototiplər və / və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.
 

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

 

Xəzər Universitetinin kamera orkestrinin ifasında Azərbaycan, finn və alman bəstəkarlarının klassik əsərlərindən parçalar səsləndirildikdən sonra, tədbirə ev sahibliyi edən, adı çəkilən Universitetinin rektoru, professor Hamlet İsaxanlı Konfransa açılış edərək qonaqları salamlayıb və bütün iştirakçılara öz işlərində uğurlar arzulayıb.
 
Professor Rəhilə Qeybullayeva öz çıxışında Elmi konfransın əhəmiyyəti barədə geniş söhbət açaraq, "Burada məqsəd, müasir xalqların mədəniyyətlərində "milli element" kimi qəbul edilən simvolları, ritualları, inancların köklərini, yayılma areallarını və transformasiya yollarını araşdırmaqdır" - deyib. 
 

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

 

Konfransa dünyanın bir sıra ölkəsindən - Finlandiya, Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələrdən gələn alimlərdən başqa, AMEA-nın Ədəbiyyat institutu, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti və İdman Akademiyasından ümumilikdə 52 alim, eləcə də çoxlu sayda dinləyici qatılıb.
 
Semiotika institutunda 25 il direktor vəzifəsində çalışmış və hazırda Helsinki Universitetinin professoru Eero Tarasti çıxışı zamanı Konfrans iştirakçıları ilə olduqca maraqlı fikir mübadiləsi aparıb.
 

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

 

Bakı Slavyan Universitetinin professoru Nizami Məmmədov - "Eynəli bəy Sultanov erməni xarakterinin xüsusiyyətləri barədə" mövzusunda çıxış edərək,  ermənilərin mövcud olduqları ilk dövrlərdən bugünədək xarakterlərindəki - dağıdıcılıq, özgəsinin maddi və mənəvi dəyərlərini özününküləşdirmə, torpağını zəbt etmə, mədəniyyətini mənimsəmə kimi xüsusiyyətlərinin dəyişməz olaraq qaldığını elmi dəlillərlə sübut edib.
 

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

 

"Əski türk abidələrində dəfn mərasimləri və ritualların təsviri" mövzusunda çıxış edən, BSU-nun Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, dosent Nuridə Novruzovanın və "Bədii fikirdə Yaradan - yaradılan münasibətləri" mövzusunda çıxış edən bu fakültənin baş müəllimi Südabə Ağabalayevanın çıxışı Konfrans iştirakçıları tərəfindən çox maraqla qarşılanıb. 
 
Konfrans zamanı, professor Aslan Məmmədlinin "Millətlər və milli dillər prototiplər kontekstində" və dosent Nuridə Novruzovanın "Türk xalqlarının dəfn mərasimləri və onların mümkün prototipləri" mövzusunda keçirdikləri Ustad-dərslər də dinləyicilərin böyük marağına səbəb olub.
 
Konfrans çərçivəsində L.Tarusevanın rəhbərliyi ilə Uşaq teatrının yeniyetmə aktyorları, "Kitabi Dədə Qorqud" dastanından müəyyən səhnəciklər göstərərək, müasir Azərbaycan mədəniyyətində "milli element" kimi qəbul edilən simvolları, ritualları, inancların köklərini və ümumiyyətlə bir çox adət-ənənələrin qədim kökdən gəldiyini təsdiq ediblər.
 
İki gün davam edən Konfrans maraqlı çıxışlarla və yaddaqalan iştirakçılarla öz işinə yekun vurub.
 

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

 

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Məqalə Göndər








Загрузка...