Xəbərlər
27 aprel 2017
1197

ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi

 

Aprelin 27-də Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsi nəzdində fəaliyyət göstərən İngilis dilinin tərcüməsi kafedrasının təşkilatçılığı, universitetin Həmkarlar İttifaqı Komitəsinin (HİK) maliyyə dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Ardıcıl tərcümə müsabiqəsi keçirilib.
 
Cari ilin mart ayından başlayan müsabiqənin birinci mərhələsində iştirak edən 25 nəfər III kurs tələbəsi birincilik uğrunda mübarizə aparıb.
 
Müsabiqədə universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Tərcümə fakültəsinin dekanı Zərinə Aslanova, İngilis dilinin tərcüməsi kafedrasının müdiri Tamilla Əmirova və tələbə-müəllim heyəti iştirak edib.
 
Müsabiqənin yekun mərhələsində tərcümə bacarığı yüksək qiymətləndirilən tələbələr sertifikatlarla mükafatlandırılıb
 
Tələbələrdə ardıcıl tərcüməni inkişaf etdirmək məqsədi daşıyan müsabiqənin ilk üç yerini tutan və xüsusi fərqlənmə ilə təltif olunan tələbələrə pul mükafatı verilib.
 
moderator.az




Whatsapp'ta Paylaş



Загрузка...
loading...