Xəbərlər
04 may 2017
4 956


Direktorluğa namizədlik üçün 2 min insan sənəd təqdim edib

Direktorluğa namizədlik üçün 2 min insan sənəd təqdim edib

 

Bu il Azərbaycanda məktəb direktoru olmaq istəyən namizədlərin sayı açıqlanıb.
 
Aztehsil.com-un məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqin Bağırov APA-ya bildirib ki, ölkədə ümumi təhsil müəssisələrində direktorların işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 aprel tarixlərində aparılıb. Həmin müddət ərzində 2 minə yaxın namizəd sənəd təqdim edib. Hələlik müraciətlərin yoxlanılması və emalı prosesinin gedir. Direktorların işə qəbulu üzrə müsabiqənin növbəti - imtahan mərhələsinin iyun ayında keçirilməsi nəzərdə tutulur.
 
Qeyd edək ki, bu il müsabiqəyə 700-ə yaxın vakant yer çıxarılıb. Ağdam, Cəlilabad, Goranboy rayonlarında məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə çıxarılacaq vakant yerlərin sayı daha çoxdur. Qaydalara əsasən ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin mərkəzləşdirilmiş qaydada 3 mərhələdə (elektron ərizənin qəbulu, imtahan, müsahibə) keçirilməsi nəzərdə tutulub. Müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilli, azı 5 il pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji sahədə çalışan şəxslər iştirak edə bilərlər.
 
Xatırladaq ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbulla bağlı yeni qayda və elektron ərizə qəbulu Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara, internat tipli təhsil müəssisələrinə, Bakı şəhərinin ümumi təhsil müəssisələrinə direktorların işə qəbuluna şamil edilmir.
Məqalə Göndər








Загрузка...