Xəbərlər
04 may 2017
3 113


BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

 

Bu gün Bakı Dövlət Universitetində (BDU) Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
 
BDU-dan bildirilib ki, universitetin rektoru, akademik Abel Məhərrəmov H. Əliyevin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyasının ölkə həyatının bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaratdığını, onu qüdrətli dövlətə çevirdiyini bildirib. Qeyd edib ki, respublikada demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində əldə edilən uğurlar da onun formalaşdırdığı möhkəm təmələ əsaslanır.
 
"Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o vaxt daha da xoşbəxt olur ki, bu siyasi kurs ölkədə uğurla davam etdirilir” - deyən rektor Abel Məhərrəmov prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələri kimi xalqın milli-mənəvi, mədəni və elmi-intel­lektual potensialının gücləndirilməsinin ön planda dayandığına da diqqət çəkib.
 

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

 

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov məruzə ilə çıxış edib. Heydər Əliyevin Azərbaycan quruculuğu, daxili və xarici siyasət istiqamətindəki fəaliyyəti haqqında danışan Əli Əhmədov bildirib ki, onun tarixi missiyaları sırasında onun ölkəmizdə dərin və hərtərəfli islahatların müəllifi olması ayrıca yer tutur: "Dahi şəxsiyyətə xas olan quruculuq xüsusiyyətləri onun islahatçı, yenilikçi xarakteri ilə üzvi surətdə qovuşaraq XXI əsrin birinci onilliyində yeni iqtisadi möcüzə kimi qəbul edilən fenomenin - Azərbaycanın möhtəşəm yüksəlişinin fundamental əsasını təşkil edib. Heydər Əliyev irsinə məxsus olan yenilikçilik ruhu ölkəmizdə bu gün davam etdirilən və böyük uğurlara səbəb olan dərin islahatlar konsepsiyasının əsasını təşkil etməkdədi”r.
 

Sonra universitetin kafedra müdirləri – akademik Vasim Məmmədəliyev və professor İzzət Rüstəmov ulu öndərlə bağlı xatirələrini bölüşüblər.

Tədbir BDU-nun xeyli sayda əməkdaşı və tələbəsinin YAP-a üzv qəbul olması ilə başa çatıb.
 
apa.az

 


Məqalə Göndər








Загрузка...