Xəbərlər
11 may 2017
18 232


İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert

AzTehsil.com xəbər verir ki, son illər müəllimlərin bilik səviyyəsinin yoxlanılması istiqamətində aparılan uğurlu işlər öz bərhəsini verməkdədir. Təhsil Nazirliyi tərəfindən Müəllimlərin Diaqnostik Qiymətləndirilməsi müəllimlərin imtahan yolu ilə öz bilik səviyyələrinin yoxlanılmasına xidmət edir. Bu xidmət nəticəsində respublikanın ümumtəhsil məktəblərində çalışan müəllimlər öz biliklərindən xəbərdar olmaqla yanaşı, eyni zamanda, yüksək əmək haqlarına da nail olurlar. Ümumtəhsil məktəblərində dərs deyən müəllimlərin bəziləri qeyri-ixtisas sahibləri olsa da, sonradan ixtisasartırma və ixtisasdəyişmə yolu ilə müəllimlik ixtisasına da yiyələniblər. Maraqlısı odur ki, 4 il və daha çox ali təhsil müəssisələrində müəllimlik ixtisasına yiyələnənlərlə sonradan qeyri-ixtisas sahiblərinin ixtisasartırma yolu ilə müəllim  olanların fəaliyyəti arasında heç də fərq görünmür. Biri azı 4 il zəhmət çəkib müəllim ixtisasına sahib olur, digəri isə 1 il müddətinə müəllimlik ixtisasına yiyələnir.


Sual meydana çıxır ki, müəllim olmaq üçün ixtisasartırmanın mövcud olduğu halda, daha ali təhsil müəssisələrində müəllim ixtisaslarına nə ehtiyac var idi?


Məsələ ilə əlaqədar olaraq Kanal15.tv-yə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, məhz bu problem üzündən təhsilimizdə ciddi irəliləyiş olmur: "Təsəvvür edin ki, biri 4 il dinşünaslıq oxuyur, sonra gedib 6 ay ixtisas dəyişmədə vaxt keçirib gəlib Azərbaycan dili müəllimi olur. Bu, onu göstərir ki, biz müəllimlik peşəsinə adi yanaşırıq. Yəni kim iş tapa bilmirsə, eybi yox, gəlib burda vaxt keçirə bilər. Təsəvvür edin ki, Finlandiyada müəllim işləmək üçün təkcə müəllimlik ixtisasını bitirmək yetərli deyil, siz həm də bu ixtisas üzrə magistr pilləsini də bitirməlisiniz. Bilirsiz, təhsili, müəllimliyi ciddiyə almaq lazımdır. Ümummilli Lider Heydər Əliyev deyirdi ki, mən müəllim adından üstün ad tanımıram. Amma indi bir çoxalrı bu adı adiləşdiriblər”.


Ekspert bildirib ki, Azərbaycanda ümumtəhsil məktəblərində ixtisaslı kadlara olan tələbat ixtisasartırma kimi fakültənin yaradılmasına zəmin yaradıb: "İlk növbədə qeyd edim ki, ixtisas dəyişmə ancaq keçmiş possovet ölkələrinə xas olan xüsusiyyətdir. Dünyada qəbul edilmir. Amma Azərbaycanda ixtisaslı kadrların azlığı və ya bütün ixtisaslıların işləmək istəməməsi müəyyən ixtisaslar üzrə boşluqların yaranması ilə nəticələndi. Dövlət də kadra olan tələbatı aradan qaldırmaq üçün bu halı normal qəbul edib”.


K.Əsədov ixtisasartırma yolu ilə müəllimlik peşəsinə yiyələnənlərin işlərini itirmə təhlükəsinin olub-olmamasında danışıb. O bildirib ki, belə bir təhlükə onları demək olar ki, gözləmir: "Hesab edirəm ki, hal-hazırda ixtisas dəyişmə ilə müəllim kimi fəaliyyət göstərənləri hansısa bir təhlükə gözləmir. Bir halda ki, onlar qanuni əsaslarla həm əsas ali təhsil sənədini əldə ediblər, həmdə ki, ixtisasdəyişmə qanunvericilik çərçivəsində həyata keçrilib. Onlar əgər Diaqnostik Qiymətləndirmə imtahanlarında iştirak ediblərsə və minimum şərtləri ödəyiblərsə, fəaliyyətlərini davam etdirməkdə heç bir problem yoxdu”.


Səid Qərib

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?

Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

"Saxta diplom-təhsilimizə vurulan ləkə"

"Saxta diplom-təhsilimizə vurulan ləkə"

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

"Bu hallar aşkarlanan müəllimlər isə işlədiyi təhsil müəssisəsindən dərhal kənarlaşdırılır”

"Bu hallar aşkarlanan müəllimlər isə işlədiyi təhsil müəssisəsindən dərhal kənarlaşdırılır”

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

“Təhsildəki yeni qaydalar keyfiyyətə yox, kəmiyyətə hesablanıb”

“Təhsildəki yeni qaydalar keyfiyyətə yox, kəmiyyətə hesablanıb”

Diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin axırı necə olacaq? – Davam, tamam?

Diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin axırı necə olacaq? – Davam, tamam?

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Növbəti diaqnostik qiymətləndirmə keçiriləcək

Növbəti diaqnostik qiymətləndirmə keçiriləcək

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

Müəllimlik peşəsinə verilən pedaqoji tələblər

Müəllimlik peşəsinə verilən pedaqoji tələblər

“İmtahan-imtahan oyunu” vəziyətdən çıxış yolu deyil, olsa-olsa növbəti bir oyundur

“İmtahan-imtahan oyunu” vəziyətdən çıxış yolu deyil, olsa-olsa növbəti bir oyundur

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

Bu gündən 12 min müəllimin diaqnostik qiymətləndirilməsi başlayır

Bu gündən 12 min müəllimin diaqnostik qiymətləndirilməsi başlayır