Xəbərlər
19 may 2017
2 723


Daha bir universitet təhsil haqlarını aşağı saldı

Daha bir universitet təhsil haqlarını aşağı saldı

 

Son vaxtlar Qərb Universitetindəki yeniliklərlə bağlı xəbərlərə tez-tez rast gəlirik. Universitet genişlənir, yeni ixtisasları tədris proqramına daxil edir. Universitetin illik təhsil haqlarını aşağı salması barədə xəbər də maraqla qarşılandı. 
 
Universitetdən "Qafqazinfo”a bildirdilər ki, hazırda universitet infrastrukturunun müasirləşdirilməsi üçün əsaslı işlər aparır, maddi-texniki bazanın gücləndirilməsi təmin edilir və nəhəng kompleks, yeni binalar və müasir kampusun tikintisi həyata keçirilir, müxtəlif sahələrlə bağlı müasir, unikal laboratoriyalar qurulur. Qərb Universitetinin Qəyyumlar Şurasının mövqeyi bundan ibarətdir ki, universitet regionun aparıcı universitetinə çevrilməlidir.

Tələbə sayının ciddi şəkildə artacağını nəzərə alaraq universitet illik təhsil haqlarını aşağı sala bilib. Bundan əlavə, universitet təhsil müddətində fərqlənən tələbələrə təqaüdlər ayırır və bundan sonrakı dövrdə bu imkanlar daha da genişlənəcək.

Məlumat üçün bildirək ki, Qərb Universiteti ABŞ və Avropanın aparıcı universitetləri ilə ayrı-ayrı proqramlar çərçivəsində əməkdaşlıq edir, nüfuzlu təhsil ocaqlarının mütəxəssisləri mühazirələr üçün universitetə dəvət olunur. Universitetin beynəlxalq əməkdaşlıq şəbəkəsi dünyanın 200-dən artıq təhsil müəssisəsini əhatə edir.

Eyni zamanda universitetdə bütün region üçün unikal hesab edilə biləcək laboratoriyalar qurulur.  Xüsusilə mühəndislik istiqamətləri üzrə ixtisaslarla bağlı müasir standartlara cavab verən laboratoriyalar formalaşdırılıb və bu laboratoriyaların təşkilinə bu sahədə böyük təcrübəsi olan ABŞ və Avropa şirkətləri cəlb edilib. Mexatronika və robototexnika mühəndisliyi, maşınqayırma, həmçinin meşəçilik, ağac emalının texnologiyası ixtisasları üzrə də laboratoriyalar təşkil edilib. Ağac emalı ilə bağlı istifadə olunacaq qurğular ölkədə ilk dəfə Qərb Universitetində tətbiq olunacaq.

Universitetdə daha bir unikal laboratoriya - genetik analizlərin aparılmasına imkan verən laboratoriya da qurulmaqdadır. Ekologiya mühəndisliyi sahəsi üzrə qurulmaqda olan laboratoriyanı da xüsusilə vurğulamaq olar. Burada aparılacaq bir sıra proseslər ölkə üzrə ilk dəfə Qərb Universitetində reallaşdırılacaq.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Qərb Universitetində müasir laboratoriyalar qurulur

Qərb Universitetində müasir laboratoriyalar qurulur

Qərb Universiteti bu aktual istiqamət üzrə də kadr hazırlayacaq

Qərb Universiteti bu aktual istiqamət üzrə də kadr hazırlayacaq

“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”

“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”

Qərb Universiteti illik təhsil haqlarını aşağı saldı

Qərb Universiteti illik təhsil haqlarını aşağı saldı

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

Qərb Universitetinin tələbələri üçün iş imkanı

Qərb Universitetinin tələbələri üçün iş imkanı

Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?

Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?

Tanınmış yazıçı Varis Yolçiyev Qərb Universitetin filoloq tələbələrinə seminar keçib

Tanınmış yazıçı Varis Yolçiyev Qərb Universitetin filoloq tələbələrinə seminar keçib

Qərb Universitetinin Kolleci bu ixtisaslara qəbul elan edir

Qərb Universitetinin Kolleci bu ixtisaslara qəbul elan edir

Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

Qərb Universitetində Xocalı faciəsi anılıb

Qərb Universitetində Xocalı faciəsi anılıb

Qərb Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu

Qərb Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu

Universitet idarəetməsində yeni addım

Universitet idarəetməsində yeni addım

Qərb Universitetinin Kolleci qəbul elan edir

Qərb Universitetinin Kolleci qəbul elan edir

Qərb Universitetindən daha bir yenilik: Tələbə imtahan formasını özü seçəcək

Qərb Universitetindən daha bir yenilik: Tələbə imtahan formasını özü seçəcək

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

UNEC uniRank dünya universitetlərinin reytinqində birinci olub

UNEC uniRank dünya universitetlərinin reytinqində birinci olub

Qərb Universitetində “İdarəetmə etikası” mövzusunda seminar keçirildi

Qərb Universitetində “İdarəetmə etikası” mövzusunda seminar keçirildi

Azərbaycanın 6 universiteti dünyanın  ən yaxşı 200 universitet sırasına daxil edilib.

Azərbaycanın 6 universiteti dünyanın ən yaxşı 200 universitet sırasına daxil edilib.

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

Bakı Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb

Bakı Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb

Qərb Universitetinin tələbələri cəbhə bölgəsində əsgərlərlə birgə

Qərb Universitetinin tələbələri cəbhə bölgəsində əsgərlərlə birgə

Qərb Universitetinin Karyera Mərkəzi tələbələrə uğurlu karyera qurmaqda kömək edir

Qərb Universitetinin Karyera Mərkəzi tələbələrə uğurlu karyera qurmaqda kömək edir

700 bal toplayan abituriyentlər UNEC-də

700 bal toplayan abituriyentlər UNEC-də