Xəbərlər
05 iyun 2017
1102

Məktəblilər üçün audio kitab və yeni jurnalın təqdimatı keçirilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Məktəblilər üçün audio kitab və yeni jurnalın təqdimatı keçirilib

 

"Səsli kitablar” layihəsi və "Birlikdə” jurnalının təqdimat mərasimi keçirilib.
Tədbir Təhsil Nazirliyi və Community.az portalının dəstəyi, "Pasha  Holding”, "Access Bank”, "AXA MBASK” sığorta şirkəti, Referans Klinik Laboratoriya Mərkəzi və LOR Hospitalının təşəbbüsü ilə təşkil olunub.
 
Mərasimdə "Məktəb icmaları” layihəsi çərçivəsində reallaşdırılan "Səsli kitablar” və "Birlikdə” jurnalı haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, "Səsli kitablar” layihəsi çərçivəsində görmə qüsuru olan insanlar üçün Azərbaycan və dünya yazıçılarının əsərlərindən ibarət xüsusi audio kitablar hazırlanıb.
 
Layihənin həyata keçirilməsində əsas məqsəd görmə qüsurlu, eləcə də vaxt məhdudiyyəti səbəbindən kitab oxuya bilməyən şəxslərin "Səsli kitablar”dan yararlanmalarına kömək etməkdir. 
Layihə çərçivəsində yeni kitabların səsləndirilməsi də planlaşdırılır. Proses bitəndən sonra audio kitablara www.community.az portalında qulaq asmaq mümkün olacaq.
 

Məktəblilər üçün audio kitab və yeni jurnalın təqdimatı keçirilib

 

Bildirilib ki, "Birlikdə” jurnalı "Azərbaycan müəllimi” qəzeti və Community.az portalının əməkdaşlığı ilə çap olunub.
 
"Birlikdə” jurnalının nəşr edilməsində əsas məqsəd məktəbliləri, valideynləri, müəllimləri maarifləndirmək, dünyagörüşlərini artırmaq və asudə vaxtlarının daha səmərəli keçməsinə kömək etməkdən ibarətdir.
 
Nəşrdə "Mən”, "Sağlam ol”, "Tədbirlərimiz”, "Top 10 kitablar”, "İşıqlı gələcək”, "Süjet”, "Maraqlıdır bilmək”, "Gənc səyahətçi”, "Danışır peşəkar” bölmələri mövcuddur.
 
Jurnaldakı bölmələr üzrə istedadlı məktəblilər, xəstəliklərə qarşı mübarizə yolları, idman növləri, keçirilən tədbirlər, kitablar, teatrlar, geyim tərzi, Azərbaycanın bölgələri, keyfiyyətli təhsil, I sinfə şagird qəbulu, uşaqlarla davranış qaydaları və digər məsələlər barədə ətraflı məlumat almaq mümkündür.
 
"Birlikdə” jurnalı mövzuların fərqliliyi, orijinallığı cəhətdən məktəblilərə aid jurnallar arasında özünəməxsusluğu ilə seçilir. Məktəblilərin maarıflənməsi üçün zəngin vasitə olan "Birlikdə” jurnalı tərtibat baxımından da seçilir. Jurnalda hər bir mövzuya uyğun şəkillərin rəngarəngliyi diqqəti cəlb edir. 
 
Qeyd edək ki, "Məktəb icmaları” layihəsinə BŞTİ-nin tabeliyində olan 150 ümumi təhsil müəssisəsi cəlb edilib.
 
aztehsil.com




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib

“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub

BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub

Ağstafa məktəbliləri karate idman növü üzrə yarışlarda II yerə  layiq görülüb

Ağstafa məktəbliləri karate idman növü üzrə yarışlarda II yerə  layiq görülüb

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

“Məktəb bağları” layihəsi Zaqatalada davam etdirilib

“Məktəb bağları” layihəsi Zaqatalada davam etdirilib

ADPU-da “Bizi tanıyın!” layihəsi çərçivəsində növbəti konsert proqramı

ADPU-da “Bizi tanıyın!” layihəsi çərçivəsində növbəti konsert proqramı

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Zaqatala rayon məktəbliləri şimal-qərb bölgəsinə səfərə yollanıblar

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Zaqatala rayon məktəbliləri şimal-qərb bölgəsinə səfərə yollanıblar

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Göygöl məktəbliləri şimal bölgəsinə səfərə yollanıblar

ADNSU-nun rektoru “Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüşüb

ADNSU-nun rektoru “Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüşüb

ADU tələbələri üçün “Gənc Elçilər” proqramı çərçivəsində təqdimat keçirilib

ADU tələbələri üçün “Gənc Elçilər” proqramı çərçivəsində təqdimat keçirilib

"Abituriyent" jurnalının 1-ci sayı nəşr olunub

ADPU-da “Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı keçirilib

ADPU-da “Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı keçirilib

UNEC pilot universitet seçilib

UNEC pilot universitet seçilib

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ  SƏNƏDLƏR-I hissə

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-I hissə

Bakı şəhəri  84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

Bakı şəhəri 84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

“Uşaqlar gələcəyimizin sığortasıdır” layihəsi başa çatıb

“Uşaqlar gələcəyimizin sığortasıdır” layihəsi başa çatıb

“Yaz həyəti” layihəsinə yekun vuruldu

“Yaz həyəti” layihəsinə yekun vuruldu

Məktəblilər üçün yeni dərs vəsaiti  -

Məktəblilər üçün yeni dərs vəsaiti - " Yaşıl paket"in təqdimatı keçirilib