Rezidenturanın ümumi imtahanlarında ən yüksək bal 171 bal oldu/II mərhələnin cavabları açıqlandı
Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 5-də 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə keçiridiyi qəbul imtahanının II mərhələsini nəticələri açıqlanıb.
DİM-dən verilən məlumata görə, nəticələr iyulun 6-sı saat 18:30-dan Mərkəzin internet saytında yerləşdirilib.
İmtahanda iştirak etmiş hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Namizədlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirakı gözlənilən 655 namizəddən 3 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 652 namizəddən 510 nəfəri müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90‑dan az olmayan) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.
II mərhələ üzrə ən yüksək nəticə toplanıla biləcək maksimal 100 baldan 90 bal olub. Hər iki mərhələ üzrə ən yüksək nəticə isə toplanıla biləcək maksimal 200 baldan 171 bal olub.
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 7‑dən 14‑dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları "Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş "Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.
Rezidenturaya qəbul imtahanında 664 namizəd 2-ci mərhələyə keçib
İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir
Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir
Sınaq imtahanının nəticələri açıqlanıb
11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub
Rus bölməsi abituriyentlərinin imtahan nəticələri açıqlandı
Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb
5 abituriyentin imtahan nəticələri ləğv edildi
İki mərhələdə keçirilən magistratura imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub
Sınaq imtahanının nəticələri açıqlanıb
Magistraturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb
Buraxılış imtahanlarının nəticələri açıqlandı: 30 şagird imtahandan kənarlaşdırlıb
I və IV ixtisas qrupları üzrə nəticələr AÇIQLANDI: 7 NƏFƏR 700 BAL TOPLADI, YENİLƏNİB
Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı
Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq
Bu il magistraturaya sənəd verənlərin sayı ötən ilə nisbətən xeyli azalıb
Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş test imtаhаnının nəticələri elan olunub
Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK
30 iyun buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə
Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb
II və III ixtisas qruplar üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb
Magistraturaya yeni qəbul qaydaları açıqlanıb
Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb
DİM buraxılış imtahanı iştirakçılarına müraciət etdi