Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır
Dövlət-biznes tərəfdaşlığı çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi 2017-2018-ci tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlayır.
Təhsil Nazirliyindən bildiriblər ki, məzunlar veb-dizayner ixtisası üzrə pulsuz təhsil alaraq yerli və beynəlxalq əmək bazarının tələblərinə cavab verən mütəxəssis kimi yetişmək imkanı qazanacaqlar. Təhsillərini müvəffəqiyyətlə başa vurmuş məzunlara dövlət nümunəli peşə diplomu ilə yanaşı, beynəlxalq səviyyədə tanınan sertifikat da veriləcək. Təhsil müddəti 1 ildir. Seçimlərdə tam orta təhsilli şəxslər iştirak edə bilərlər. Dövlət hesabına ilk peşə-ixtisas təhsili almış şəxslər seçimlərdə iştirak edə bilməzlər.
Ərizələrin qəbulu "ASAN xidmət” mərkəzlərində aparılacaq.
"ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə də sənəd qəbulu davam edir. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur. İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermiş şəxslər 10 ixtisas seçmək hüququna malikdir. Şagird qəbulu şəhadətnamə və attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir.
Ərizələrin qəbulu avqustun 22-dək "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada aparılır.
İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb
“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır
Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur
DİM: Ali və orta ixtisas təhsili müəssisələrinə 56 mindən çox abituriyent sənəd verib
Ali məktəblərə sənəd qəbulu bu gün başa çatır
Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT
Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT
Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb
Müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklik edilib
Təhsil İdarəsindən sənəd qəbulu ilə bağlı - YENİLİK
Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb
Müəllimlərlə bağlı yeni qaydalar
Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır
Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer
Sənəd verən abituriyentlərin az olmasına 11-ci sinif məzunlarının sayındakı azalma təsir edib
Macarıstanda ali təhsil üçün sənəd qəbulu başlayıb
Ali məktəblərə və kolleclərə 85 mindən çox abituriyent ərizə verib
Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub
9 illik bazadan kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb
Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı
Kolleclərə tələbə qəbulu elan edilib
Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi
Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var
"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"