Xəbərlər / Direktor
16 sentyabr 2017
4 368


Məktəb direktorundan xəbərdarlıq: Mən məsuliyyət daşımıram

 

Tovuz rayonu, Qovlar şəhər 3 saylı məktəbi uçmaq təhlükəsi ilə üz-üzə qalıb.
 
Bu barədə adı çəkilən məktəbin direktoru Nüsrət Nəsirli məlumat verib.

Direktor ünvanladığı məktubda, məktəbdə hər an bədbəxt hadisə baş verəcəyini bildirib:

"Həmin məktəbə bir ildir ki, direktor təyin olunmuşam. Mən məsuliyyətimi dərk edərək məktəb haqqında məlumatları nəzərinizə çatdırıram.Gələcəkdə baş verəcək hər hansı hadisəyə görə mən məsuliyyət daşımıram. Məktəbin belə vəziyyəti haqqında Təhsil Nazirliyinə,Tovuz rayon Təhsil Şöbəsinə və digər lazımi orqanlara dəfələrlə məlumat vermişəm”.

Məktəb direktoru bildirib ki, bina qəzalı vəziyyətdədir, "bir kubikin" üstündə dayanır, kiçik bir yeraltı təkan orda faciə törədə bilər.

"Keçən il,oktyabrın 20-də  V sinfin sinif otağında, dərs zamanı gürzə ilanını özüm şəxsən öldürmüşəm. Bir uşağı ilan çalsa, bunun məsuliyyəti kimdə olacaq? Bina 1971-ci ildə tikilib, bir pəncərə şüşəsi, bir metr elektrik naqili normal deyil. Bütün naqillərin üzəri açıqdır, bir şagirdi, müəllimi, texniki işçini elektrik vursa, bunun məsuliyyəti kimin üzərində qalacaq? Bundan başqa, məktəb binasında 4-5 ailə məktəbin otaqlarını zəbt edib. Binada istilik sistemi olmadığına görə, onlar odun sobalarından istifadə edirlər və sobaların tüstü boruları birbaşa binanın damına çıxır. Adi bir qığılcım binada gec-tez yanğına səbəb ola bilər. Buna kim məsuliyyət daşıyacaq? Eyni zamanda, məktəb binasını zəbt etmiş ailələr, məktəbin həyətində ev quşları saxlayırlar və məktəb həyətində quş hinləri tikiblər, dəfələrlə deməyimə baxmayaraq, həmin vətəndaşlar, nə məktəb binasını tərk edirlər, nə də hinlərini sökürlər. Quş və heyvan səsləri dərs proseslərinə ciddi mane törədir. Məktəbin ərazisində nə hasar, nə də qoruyucu dəmir tor var, kənd vətəndaşlarının mal-qarası, ev quşları, qoyun-quzusu birbaşa məktəbin həyətində və ərazisində yemlənir”, - deyə direktor bildirib.

Nüsrət Nəsirli məqsədinin həm də gələcək faciələrdən özünü sığortalamaq olduğunu deyib:

"Bu məktublar internetdə daimi qalacaq və istənilən an mənim deməyə sözüm var ki, mən vaxtında bu fəlakətlər haqqında məlumatımı vermişəm”.
 

 

 

 

 

 

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu – Əslində onun...-FOTO

Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu – Əslində onun...-FOTO

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI

Azərbaycanın ən bərbad məktəbi -  Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

Azərbaycanın ən bərbad məktəbi - Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Məktəb həyətində siqaret çəkmənin qadağan olunmasını təmin edən addımlar atılmalıdır-Millət vəkili

Məktəb həyətində siqaret çəkmənin qadağan olunmasını təmin edən addımlar atılmalıdır-Millət vəkili

Daşkəsəndə direktor məktəbdin həyətində arıçılığa şərait yaradıb-VİDEO

Daşkəsəndə direktor məktəbdin həyətində arıçılığa şərait yaradıb-VİDEO

Nizami rayonunda 10 saylı tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Nizami rayonunda 10 saylı tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

“Direktor dedi ki, məktəbə gəlmə, qiymətini yazacağıq…”

“Direktor dedi ki, məktəbə gəlmə, qiymətini yazacağıq…”

Azərbaycanın bu kəndində 24 ildən sonra ilk dəfə dərs keçiriləcək

Azərbaycanın bu kəndində 24 ildən sonra ilk dəfə dərs keçiriləcək

Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi

Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi

100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbi modul tipli məktəblərlə əvəzlənəcək

100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbi modul tipli məktəblərlə əvəzlənəcək

“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal

“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal

Bu direktor, direktor müavinləri dərs deyə bilməyəcək

Bu direktor, direktor müavinləri dərs deyə bilməyəcək

Məhəbbət Vəliyeva: "Sentyabrdan 20 nömrəli məktəbin köçürülməsinə başlanacaq"

Məhəbbət Vəliyeva: "Sentyabrdan 20 nömrəli məktəbin köçürülməsinə başlanacaq"

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ  SƏNƏDLƏR-I hissə

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-I hissə

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Direktorları ciddi sınaq gözləyir

Direktorları ciddi sınaq gözləyir

Balakəndə orta məktəbdə yanğın olub

Balakəndə orta məktəbdə yanğın olub

Qəzalı vəziyyətdəki kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir

Qəzalı vəziyyətdəki kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

ATV-nin “Yoxlama”sı  ilə qalmaqal yaşayan direktor vəfat etdi

ATV-nin “Yoxlama”sı ilə qalmaqal yaşayan direktor vəfat etdi