Xəbərlər
13 oktyabr 2017
981

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

 

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub.


1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası 1918-1920-ci illərdə 23 ay mövcud olan, müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olmuşdur.

 

Gərgin ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və digər sahələrdə həyata keçirdiyi işlər Azərbaycan tarixinin parlaq səhifəsidir.

Bu şanlı tarixi yaradanların əziz xatirəsini əbədiləşdirmək, tarixi dövlətçilik irsimizin qorunub saxlanılmasına töhfə vermək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə hazırlıq haqqında müvafiq sərancam imzalamışdır. Sərəncamda  Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi, Nazirlər Kabineti tərəfindən tədbirlər planının hazırlanıb həyata keçirilməsi, Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasının keçirilməsi tövsiyə edilib.

 

Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub. Sərgidə Cümhuriyyətin yaranmasını, fəaliyyətini, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının həyatını əks etdirən 50-ə yaxın mənbə nümayiş olunur.

 

Mənbələr arasında AMEA Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyətinin Böyük Britaniya arxivində olan sənədlərinə əsasən hazırladığı "Azərbaycan Demokratik Respublikası”, "Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası, "Azərbaycan Xalq Cümhuriyyəti tarixinin aktual problemləri”, "Azərbaycan Xalq Cümhuriyyəti və milli müstəqilliyin ideya-siyasi problemləri”, "Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin şəxsi heyəti”, "Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”, M.Ə.Rəsulzadənin müəllifi olduğu, məqalələrinin və məktublarının toplandığı "Məqalələr və məktublar toplusu”, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş, arxiv materialları və sənədlər əsasında hazırlanmış "Azərbaycan Demokratik Respublikası”, rus müəllifi H.Pçelinin "Müsavat öncəsi kəndli məsələsi”, Aydın Balayevin Məhəmməd Əmin ömrünün 1922-1943-cü illərini əhatə edən "Yad sahillərdə”, o cümlədən "Məhəmməd Əmin Rəsulzadənin siyasi portreti” və MEK-in fondlarında olan digər  kitablar sərgilənir.

 

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

 

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Mərkəzi Elmi Kitabxanada Azərbaycan Diplomatik Akademiyası (ADA) ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinə aid sənədlərin rəqəmsallaşdırılması,  Azərbaycanın istiqlal şairi, ictimai-siyasi xadim Əhməd Cavadın 125 illiyinin qeyd edilməsi, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinə aid ədəbiyyatın Milli Rəqəmsal Yaddaş bazasına salınması kimi işlər görülmüşdür.


Sərgi 2018-ci ilin sonuna qədər davam edəcək, oxucular sərgidəki kitablardan ümumi qaydada- oxucu sorğu-sifarişi əsasında istifadə edə bilərlər.

 



 





Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Bakıda Uşaq-gənclər yaradıcılıq mərkəzinin açılışı olub

Bakıda Uşaq-gənclər yaradıcılıq mərkəzinin açılışı olub

Kamal Abdulla amerikalı tələbələrə mühazirə oxuyub...tariximizdən danışılıb

Kamal Abdulla amerikalı tələbələrə mühazirə oxuyub...tariximizdən danışılıb

Avrasiya Universitetində Özbəkistanın xalq şairinə fəxri doktor adı verildi

Avrasiya Universitetində Özbəkistanın xalq şairinə fəxri doktor adı verildi

Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktub dərsliklərə salınsın - TƏKLİF

Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktub dərsliklərə salınsın - TƏKLİF

Uşaq musiqi məktəblərində silsilə tədbirlər keçirildi

Uşaq musiqi məktəblərində silsilə tədbirlər keçirildi

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

ADU-da Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu

ADU-da Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu

ADPU-nun Quba Filialında akademik Zərifə Əliyevanın 94 illik yubileyinə həsr edilən məqalə müsabiqəsi keçirilib

ADPU-nun Quba Filialında akademik Zərifə Əliyevanın 94 illik yubileyinə həsr edilən məqalə müsabiqəsi keçirilib

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—"Görəsən şəhid Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq olan bir hərbçidirmi?"

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

ADU-da təqdimat mərasimi keçirilib

ADU-da təqdimat mərasimi keçirilib

Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

Göygöl Rayon Təhsil Şöbəsində 18 oktyabr-Dövlət Müstəqillik Günü münasibətilə iclas keçirilib

Göygöl Rayon Təhsil Şöbəsində 18 oktyabr-Dövlət Müstəqillik Günü münasibətilə iclas keçirilib

Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə Kəngərli rayon Xok kənd tam orta məktəbində tədbir keçirilib

Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə Kəngərli rayon Xok kənd tam orta məktəbində tədbir keçirilib

Qax rayonunda  “Müstəqilliyimiz əbədidir”  adlı tədbir keçirildi.

Qax rayonunda “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi.

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

"Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik ?

“Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” nə bilirik ?

“Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” nə bilirik ?

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur