Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət qurumları ilə iş aparıla bilər
Məktəbəqədər təhsildə əsas çətinliklərdən biri də motivasiyalı əməkhaqqı sisteminin tətbiq olunmamasıdır.
Aztəhsil.com trend-ə istinadla xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.
Qeyd olunur ki, məktəbəqədər təhsilin inkişafı istiqamətində dövlət proqramının hazırlanması nəzərdə tutulsa da, yalnız məktəbəhazırlıq məsələləri ilə bağlı dövlət proqramı hazırlanıb. Yüksək ixtisaslı pedaqoqların hazırlanması istiqamətində işlər sürətləndirilə və məktəbəqədər təhsilin inkişafı istiqamətində dövlət proqramı hazırlana bilər.
Sənəddə bildirilir ki, 2016-2017-ci dərs ilində 2795 dövlət ümumtəhsil məktəbində məktəbəhazırlıq qrupları təşkil edilib, təhsilalanlar və müəllimlər üçün tədris vəsaitləri hazırlanıb, müəllimlər təlimlərə cəlb edilib. Ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında çalışan müəllimlərin vəzifə maaşı diaqnostik qiymətləndirmə çərçivəsində 2 dəfə artırılıb. "Məktəbəqədər Təhsil Haqqında” qanun qəbul edilib.
Hesabatda deyilir ki, peşə təhsilinin inkişafı istiqamətində müəyyən addımlar atılsa da, özəl sektorun peşə təhsili müəssisələri ilə tərəfdaşlığa cəlb edilməsi istiqamətində işlər sürətli şəkildə getmir.
Tövsiyə edilir ki, pilot peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında tərəfdaşlığa mane olan amillər dəqiq müəyyənləşdirilə və maraqlı olan işəgötürənlərlə əməkdaşlıq qurula bilər.
İnkişaf və tədqiqat sahələrinə özəl sektorun investisiya qoyması üçün stimullaşdırıcı tədbirlərin keçirilməsi (Rusiya, Belarusiya təcrübəsi öyrənilə bilər) və yüksək texnologiyalar parklarının fəaliyyətinin səmərəli təşkili istiqamətində aidiyyəti qurumlarla birgə iş planının hazırlanması istiqamətində iş aparıla bilər. Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aidiyyəti dövlət qurumları ilə iş aparıla bilər.
Təhsil Nazirliyi: Məktəbəqədər təhsil haqqında dövlət standartlarının layihəsi hökumətə təqdim olunub
Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq
“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təlimlər davam edir
Bu ilin sonunadək “Peşə təhsili haqqında” qanun qəbul oluna bilər
Məktəbəhazırlıq qrupları ilə bağlı öyrədici təlimlərə start verilib
Məktəbəqədər hazırlıq qrupları üçün dərs vəsaitləri artıq Təhsil Nazirliyi tərəfindən təmin edilib
Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur
Daha iki şəhərdə “ASAN peşə” təhsil mərkəzləri yaradılır
Avqustun 15-dən bölgələrdə məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılacaq
Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub
Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun
Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?
Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir
Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır
Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib
13 təhsil müəssisəsi haqqında mənfi rəy İqtisadiyyat Nazirliyinə təqdim edilib
Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır
Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib
Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB
"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"
2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib
Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər
Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb
Bakıda məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq