Bakıda oğurluq edən şagird azadlığa buraxıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və soyğunçuluqda təqsirləndirilən Rzaqulu Alalhquliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Aztəhsil.com report-a istinadən xəbər verir ki, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Allahquliyevin barəsində şərti cəza təyin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, prokuror Sabir Abdinov R.Abdullayevin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Nəsimi rayonu ərazisində paytaxt sakini Sədaqət Eminova bankomatlardan birindən pul çıxarıb evə gedən zaman rayonun S.Vurğun küçəsində bir nəfər naməlum şəxs ona qarşı zor tətbiq edərək, içərisində 682 manat pul və dəyəri 300 manat olan bir ədəd mobil telefon olan çantasını zorla alaraq qaçmağa cəhd göstərib.
Daxili İşlər Nazirliyinin yaydığını məlumata görə, zərərçəkmişin səs-küyünə yaxınlıqda xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Şakir Həsənov dərhal reaksiya verərək, qadının çantasını soyğunçuluq yolu ilə alıb qaçan şəxsi təqib etməyə başlayıb.
Polis əməkdaşının çevikliyi sayəsində cinayəti törədən şəxs hadisə yerindən bir neçə yüz metr kənarda yaxalanaraq soyğunçuluq yolu ilə ələ keçirdiyi maddi sübutlarla birlikdə ərazi üzrə yaxınlıqdakı Polis Bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman qeyd edilən cinayəti törədərək qaçmağa cəhd göstərən şəxsin Xızı rayon sakini Rzaqulu Allahquliyev olduğu məlum olub və o, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.
Onu da əlavə edək ki, R.Abdullayev 11-ci sinif şagirdidir.
Müəlliməni döyərək soyğunçuluq edən şəxsin məhkəməsi başlayıb
"Odlar Yurdu" Universitetinin keçmiş müəlliminə hökm oxundu
Azərbaycanda məktəb direktoru həbs olundu
Ucarda iki məktəbli qızı maşına mindirdilər və...
Təhsil Nazirliyinin dələduzluğa görə tutulan sabiq əməkdaşı: "Pulu qaytaracam"
BDU-da oxuyan qızların mobil telefonları oğurlandı
6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi
Bakıda tələbəni döyüb öldürənlər tutuldular
Məktəb şagirdinin ölümündə təqsirləndirilən direktor müavini azadlıqda qaldı- MƏHKƏMƏ QƏRAR VERDİ
Universitetə tələbə qəbulu adı ilə dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Bakıda məktəbdən 900 manat pul və sənədlər oğurlayan şəxs tutulub
Rüşvətxorluqda təqsirləndirilən bağça müdirinin məhkəməsi başlayıb
Bakıda ali məktəblərdə terror aktı planlaşdıran şəxsə cəza istənildi
Məktəbdən oğurluq edildi - 5 notbuk, 156 stul
Təhsil Nazirliyində işə düzəlmək üçün 12500 manat verdi...
6 tələbənin ölümünə səbəb olan sürücünün 14 nəfərlik mikroavtobusa 27 sərnişin götürdüyü məlum olub
Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücü əvvəl də eyni cinayətlə həbs olunub
Qubada müəllimin intiharının SƏBƏBLƏRİ məlum oldu
Tərtərdə məktəb direktorları yol qəzasına düşüb
İmtahandan kəsilən qız intihara cəhd etdi
Nizami rayonu ərazisində Şagirdi “BMW” vurub öldürdü
Şagirdin hamiləliyinə görə tutulan müəllim azad edilib
Millət vəkilinin oğlu avtomobillə tələbəni vurdu (TƏFƏRRÜAT)
Astarada 24 yaşlı gənci bıçaqlayan məktəbli saxlanılıb - YENİLƏNİB-1