LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir
Türkiyə Cumhuriyyətinin Çukorova Universitetinin kənd təsərrüfatı fakültəsinin bitki bölməsinin rəhbəri, professor Saadəttin Baloğlu LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun dəvəti ilə Lənkəran Dövlət Universitetində olub. Qonaqla görüşən professor Natiq İbrahimov LDU-ya təşrif buyurduğuna görə professor Saadəttin Baloğluna minnətdarlıq bildirib.
Dostluq və səmimilik şəraitində keçən söhbət zamanı Türkiyənin Çukorova Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında qarşılıqlı əlaqələrin yaradılması,müəllim-tələbə mübadiləsinin təşkili və s. barədə ətraflı fikir mübadiləsi edilib.Professor Saadəttin Baloğlu 50 illik təcrübəyə malik Çukorova Universitetinin əldə etdiyi təhsil uğurlarından geniş bəhs edib. Söhbət zamanı bu iki ali təhsil ocağı arasında aqrar yönümlü ixtisaslarda kadr hazırlığının inkişaf perspektivləri,təlimlə təcrübənin vəhdəti,universitetlərin özünümaliyyələşdirmə istiqamətində həyata keçirə biləcəyi layihələr geniş müzakirə edilib.
LDU-ya səfəri çərçivəsində professor Saadəttin Baloğlu universitetin tədris-təcrübə sahəsinə baş çəkib,yardımçı təsərrüfatda aparılan işlərlə tanış olub.Aqrar və mühəndislik fakültəsinin dekanı Balayar Şahbazov LDU-nun 2,5 hektarlıq yardımçı təsərrüfatında aparılan işlərdən danışıb,bu günlərdə 1 hektarda yeni çay plantasiyasının salınacağını bildirib.Hörmətli qonaq sitrus bitkilərin becərildiyi istixanaya baş çəkib,feyxoa sahəsini gəzib.
İki universitet arasında tanışlıq görüşü professor-müəllim heyətinin iştirakı ilə dəyirmi stol arxasında davam etdirilib.LDU-nun elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri,tarix üzrə fəlsəfə doktoru Zaur Məmmədov LDU-nun beynəlxalq əlaqələrin genişləndirilməsində ,Türkiyə Cumhuriyyətinin aparıcı ali təhsil ocaqları ilə əlaqələrin qurulmasında maraqlı olduğunu deyib.Professor Saadəttin Baloğlu Çukorova Universiteti haqqında tanıtım çarxını təqdim edib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.
LDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən İdrak Əsgərov maraqlı görüşə və ikitərəfli əlaqələrin qurulmasında göstərdiyi dəstəyə görə rəhbərlik adından hörmətli qonağa minnətdarlıq bildirib.
Meksika səfiri Lənkəran Dövlət Universitetində olub
Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri LDU-da olub.
LDU-da gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib
Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür
BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir
BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb
LDU-da tyutor kurslarının bu ilki nəticələri sevindirici oldu-10 nəfər LDU-da işləmək imkanı qazandı!
ADU-da Frankofoniya Mərkəzi açıldı
Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı
Lənkəran Dövlət Universitetində professor-müəllim heyəti üçün hazırlanmış xidməti mənzillərin açarları bu gün təntənəli şəkildə sahiblərinə təqdim olunub.
Hacettepe Universiteti UNEC-i seçir
ADAU ilə Sloveniyanın Nova Gorica Universiteti arasında əməkdaşlıq genişlənir
Aqrar Universitetin əməkdaşları buraxılış sinif şagirdləri ilə görüşüb
LDU-da 20 ildən sonra görüş.
ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb
Bakı Mühəndislik Universiteti Riqa Stokholm İqtisad Məktəbi ilə əməkdaşlıq edəcək
Lənkəran Dövlət Universitetində Məzun günü keçirilib
UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib
Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi
UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində
ADNSU ilə Banqladeşin Stamford Universiteti arasında əməkdaşlıq genişlənir
BSU rektoru beynəlxalq mükafata layiq görülüb
LDU-da açıq qapı günü və məzun yarmarkası keçirilib.
ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib